97
1.22.4. Şelfdəki neft-qaz yataqlarında kəşfiyyat və
onların işlənilməsi prosesində
obyektlərdə tətbiq olunan
avadanlıqlar (o cümlədən xaricdə istehsal olunmuş
avadanlıqlar) təlimatın və texniki şərtlərin (istehsalçı-firmaların
tövsiyələrinin) tələblərinə əsasən quraşdırılmalı və istismar
edilməlidir.
1.22.5. DNQT-də (ÜQQ)-da avadanlıqlar quraşdırıldıq-
dan sonra yüksüz sınanmalıdırlar. Sınanma aidiyyatı üzrə
məsul şəxsin (baş mexanik, baş energetik) rəhbərliyi altında
aparılmalıdır.
1.22.6.
Dizel generatorlar, mühərriklər və s. üçün
yanacaq tutumları, yanacaq-sürtgü materialları ehtiyatı layihə
üzrə nəzərdə tutulmuş yerlərdə yerləşdirilməlidir.
vk.com/club152685050 | vk.com/id446425943
98
1.23. Dəniz hidrotexniki qurğuları
1.23.1. Bu Qaydalar qüvvəyə mindikdən sonra istismarda
olan obyektlər Azdövdağtexnəzarət Komitəsi ilə razılaşdırılmış
müddətdə bu Qaydaların tələblərinə uyğunlaşdırılmalıdır.
1.23.2. Layihə təşkilatı ilə razılaşdırılmadan DNQT-dən öz
təyinatına uyğun olmayaraq istifadə etmək qadağandır.
1.23.3. Estakadada hərəkət edən nəqliyyatdan, eləcə də
EYM-də yığılmış yüklərdən yaranan yüklənmə, layihədə nəzər-
də tutulmuş yüklənmədən artıq olmamalıdır. Uzun müddət (20
ildən çox) istismarda olmuş DNQT-də buraxıla bilən yüklən-
məni təyin etmək üçün layihə təşkilatı tərəfindən qurğunun
vəziyyəti haqqında ekspertiza keçirilməlidir.
1.23.4. Estakadada daşınan yüklər estakadanın
hərəkət
yolu sərhəddini keçməməlidir.
1.23.5. Estakada üzərində nəqliyyatın hərəkət sürətini
məhdudlaşdıran, eləcə də buraxıla bilən yüklənməni göstərən
yol
nişanı
qoyulmalıdır.
Təcili
yardım,
qəza
və
yanğınsöndürmə maşınlarının sürətinə məhdudiyyət qoyulmur
və bu avtomobillərin sürücüləri ehtiyat tədbirlərinə riayət
etməlidirlər.
1.23.6. Sutkanın qaranlıq vaxtında estakada (DNQT)
işıqlandırılmalıdır.
1.23.7. DNQT-nin metal konstruksiyalarına baxış vaxtı
aşkar olunmuş qüsurlar (baxış jurnalına yazılmaqla) tez bir za-
manda aradan qaldırılmalıdır. Baxış jurnalında qüsurun yeri və
görülən
işin xarakteri, eləcə də iş icraçılarının və işi qəbul
edən məsul şəxsin soyadları və imzaları olmalıdır. Baxış jurnalı
NQÇI-nin istismar xidmətində saxlanılmalıdır. DNQT-nin minik
meydançası qəza vəziyyətində olarsa, gəmi kapitanları bu
haqda vaxtında xəbərdar edilməlidirlər.
1.23.8. DDÖ-də (ÜQQ) keçidlərin, göyərtələrin, işçi mey-
dançaların və s. tutulması qadağandır.
Istifadə olunmayan
vk.com/club152685050 | vk.com/id446425943
99
materiallar, tutumlar, boş qablar (tara) və s. sahilə
göndərilməlidir.
1.23.9. DNQT-nın inşa edilməsi və ÜQQ-nin şelfdə yerləşdi-
rilməsi
üçün yer, qurğunun və ya quyunun layihələndirilməsi
mərhələsində
Xəzər
Gəmiçilik
Idarəsinin
və
Xəzərdənizneftdonanma Idarəsinin Hidroqrafik xidmətləri ilə
razılaşdırılmalıdır.
1.23.10. Müəssisədə sualtı və suüstü kommunikasiyaların
miqyaslı sxemi olmalıdır. Sxemdən
Xəzər Gəmiçilik Idarəsinin
və
Xəzərdənizneftdonanma
Idarəsinin
Hidroqrafik
xidmətlərinin hər birinə 1 nüsxə göndərilməlidir.
1.23.11. Hidrotexniki qurğuların təhlükəsizliyinə dair
digər məsələlər
5
-in tələbləri ilə tənzimlənir.
Dostları ilə paylaş: