90
1.17.6. Iş yerlərinin attestasiyası zamanı hər bir iş yeri
üzrə işçilərin müvafiq normalara
uyğun fərdi mühafizə
vasitələri ilə təmin edilməsi və onların səmərəliliyi də müəyyən
edilməlidir.
1.17.7. Müəssisənin attestasiya komissiyasının işinin nə-
ticələri əmək şəraiti üzrə iş yerlərinin attestasiya protokolu ilə
rəsmiləşdirilir.
1.17.8. Iş yerlərinin attestasiyasının nəticələri əsasında
müəssisədə əmək şəraitinin yaxşılaşdırılması və sağlamlaşdırıl-
ması üzrə tədbirlər planı işlənib hazırlanmalıdır. Plan bütün iş
yerlərinin
əməyin
mühafizəsi
üzrə
tələblərə
uyğunlaşdırılmasını nəzərdə tutmalıdır.
1.17.9. Plan attestasiya komissiyasının sədri tərəfindən
imzalanır və əmək mühafizəsi
üzrə ümumi komitə ilə
(komissiya ilə), müəssisənin Həmkarlar Ittifaqı Komitəsi və
Rayon
Gigiyena
və
Epidemiologiya
mərkəzi
ilə
razılaşdırıldıqdan sonra müəssisənin
rəhbərliyi tərəfindən
təsdiqlənərək kollektiv müqaviləyə daxil edilir.
1.17.10. Istehsalat obyektlərinin təkcə iş yerlərindən
ibarət olmadığını (ərazilər, infrastruktura və s.) və iş yerlərinin
attestasiyası zamanı yalnız iş
yerlərinin əmək şəraitinin
yoxlanıldığını nəzərə alaraq,
müəssisələrdə obyektlərin
sanitar-texniki pasportlaşdırılması da aparılmalıdır.
1.17.11. Hər bir obyektin, sanitar-texniki pasportlaşdırıl-
masının nəticələrinə əsasən tərtib olunmuş «Sanitar-texniki
pasport»u olmalıdır.
1.17.12. Obyektin sanitar-texniki pasportlaşdırılması beş
ildə bir dəfədən az olmayaraq aparılmalıdır.
1.17.13. Sanitar-texniki pasportlaşdırılmanın aparılması
zamanı əməyin təhlükəsizliyi standartlar sistemi, müvafiq
sanitar normaları və digər aidiyyatlı normativ sənədlər rəhbər
tutulmalıdır.
vk.com/club152685050 | vk.com/id446425943