Q a y d a L a r I


 Sıxılmış və mayeləşdirilmiş qaz balonlarının



Yüklə 4,97 Mb.
Pdf görüntüsü
səhifə29/204
tarix26.12.2022
ölçüsü4,97 Mb.
#97900
1   ...   25   26   27   28   29   30   31   32   ...   204
АЗЕРБАЙДЖАН нефть (1)

1.14.6. Sıxılmış və mayeləşdirilmiş qaz balonlarının
yüklənməsi, boşaldılması və nəqli 
1.14.6.1. Sıxılmış və mayeləşdirilmiş qazla doldurulmuş 
balonlar 
xüsusi 
olaraq 
quraşdırılmış 
avtomobillərdə 
daşınmalıdır. 
1.14.6.2. Sıxılmış və mayeləşdirilmiş qazla dolu 
balonların yüklənməsi, boşaldılması və nəqli zamanı son 
dərəcə ehtiyatlı olamaq lazımdır, çünki onlar bir yerə dəyərsə, 
düşərsə partlaya bilər. 
1.14.6.3. Baş verə biləcək partlayışın qarşısını almaq 
üçün yanar qazla dolu balonlarla birgə oksigen, asetilen olan 
balonlar və başqa balonlar saxlanılmamalıdır. 
Oksigen balonları yağ və piy olan qablarla bir yerdə ol-
mamalıdır.
1.14.6.4. Müvafiq rəngə boyanmış balonların üstündə 
qazın adı yazılmalı, balonların ventillərinin yan ştuserlərinə 
qoruyucu başlıqlar və tıxaclar qoyulmalıdır. 
1.14.6.5. Sıxılmış (mayeləşdirilmiş) qaz balonları daşınan 
avtomobillər balonların diametrinə uyğun olan və çökəkləri 
keçə ilə örtülmüş xüsusi rəflərlə təchiz olunmalıdır. 
Balonlar, onların qoruyucu başlıqları bir tərəfə olmaqla
avtomobilin banının (kuzovunun) eninə və onun bortları hün-
dürlüyü hədlərinə qədər yığıla bilər. 
Qoruyucu başlıqlar axıra qədər burulub bağlanmalıdır. 
1.14.6.6. Qaz balonlarını, onlar saxlanılan yerdən 
yüklənən yerə qədər və ya boşaldılan yerdən saxlanılan yerə 
qədər xüsusi əl arabalarında üfqi vəziyyətdə aparmaq 
lazımdır. Əl arabasında balon ölçüsündə keçə çəkilmiş yuvalar 
olmalıdır. 
Yanar qazla dolu balonları çiyində aparmaq qəti qadağan-
dır. 
vk.com/club152685050 | vk.com/id446425943


80 
1.14.6.7. Oksigen balonlarının saxlanması, yüklənib-bo-
şaldılması və nəqli zamanı onların üstünə yağın düşməsi və 
yağlı maddəyə bulaşmış avadanlığa, əskiyə və s. toxunması 
istisna edilməlidir. 
1.14.6.8. Oksigen balonlarını yanar qazlar və xlor balon-
ları, kalsium karbid barabanları, piy, yağ, asan alışan və yanar 
maye tutumları ilə birgə daşımaq qadağandır. 
1.14.6.9. Oksigen balonuna kant çəkilən zaman 
ventildən əl ilə tutmaq qadağandır. 
1.14.6.10. Avtomobili müşayiət edən yükləyicinin sıxılmış 
qaz balonlarını daşımaq hüququ verən sənədi olmalıdır. Balon-
ları yükləyərkən və boşaldarkən onları tullamaq və yaxud bir-
birinə zərbə ilə dəyməsinə yol vermək olmaz. 
1.14.6.11. Avtomobilin banına (kuzovuna) bir cərgədən 
artıq balonlar yığılarsa, onların bir-birinə toxunmasının 
qarşısını almaq üçün xüsusi qoruyucu altlıqlardan (çökəkli) 
istifadə etmək lazımdır. 
1.14.6.12. Ilin isti fəslində (aylarında) balonları günəş 
şüalarından qorumaq üçün, onların üstünə brezent və ya 
başqa günəşdən qoruyan material örtmək lazımdır. 
1.14.6.13. Balonları qızmış əşyaların və ya sobanın 
yanında saxlamaq qadağandır. 

Yüklə 4,97 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə