Q a y d a L a r I


D. 1.20. Heyətə olan tələblər. Öyrədilmə və



Yüklə 4,97 Mb.
Pdf görüntüsü
səhifə35/204
tarix26.12.2022
ölçüsü4,97 Mb.
#97900
1   ...   31   32   33   34   35   36   37   38   ...   204
АЗЕРБАЙДЖАН нефть (1)

 
D. 1.20. Heyətə olan tələblər. Öyrədilmə və 
təlimatlandırma 
 
1.20.1. Dənizdə yerləşən obyektlərdə çalışan işçilərə 
əlavə olaraq aşağıdakılar öyrədilməlidir: 
üzmək; 
dənizdə batan adama xilasetmə üsulları; 
kollektiv və fərdi xilasetmə vasitələrindən istifadə qayda-
ları; 
həyəcan siqnalları üzrə davranış (hərəkət). 
1.20.2. DNQT-yə (DDÖ, ÜQQ, ÖQQ) ilk dəfə gəlmiş işçi-
lərə və həmçinin bir DNQT növündən digərinə (DDÖ-dən 
ÜQQ-yə və s.) köçürülmüş işçilərə əlavə olaraq həmin 
obyektlərdə işlərin xüsusiyyətləri öyrədilməli, aidiyyatı jurnalda 
qeyd edilməklə müvafiq təhlükəsizlik texnikası təlimatı 
keçirilməli və məsul şəxsin rəhbərliyi altında onlar bir həftə 
ərzində təcrübə keçməlidir. 
1.20.3. Səbəbindən asılı olmayaraq 60 gündən artıq 
DNQT-də işləməmiş (fasilə vermiş) işçilər, işə çıxarkən tam 
həcmdə təlimatlandırılmalıdır. 
1.20.4. DNQT-nin qaldırıcı qurğularında işləməyə lazımi 
proqram üzrə öyrədilmiş və imtahan verərək müvafiq vəsiqə 
almış şəxslər buraxılır. 
vk.com/club152685050 | vk.com/id446425943


94 
1.20.5. Yükləmə-boşaltma işlərinə cəlb olunmuş DNQT-
nin işçiləri, ilməkçilər üçün proqram üzrə öyrədilməli, DNQT-ni 
istismar edən təşkilatın ixtisas komissiyasından attestasiyadan 
keçməlidir (sonda müvafiq vəsiqə almaqla). 
1.20.6. Hər bir DNQT-də daxili nizam-intizam qaydaları, 
yanğınların, qazneft təzahürlərinin, açıq fontanların və digər 
qəzaların qarşısının alınması və ləğvi üzrə təlimatlar və 
həmçinin DNQT-dən təxliyə olunma planı olmalıdır. Qeyd 
olunan sənədləri DNQT-nin bütün işçiləri mükəmməl 
öyrənməli və bu sənədlərin tələblərinə uyğun davranmağı 
bacarmalıdırlar. 
Bundan başqa DNQT-də, işlərin təhlükəsiz yerinə yetiril-
məsinə dair təlimatlar və avadanlıqların təhlükəsiz istismarı 
üzrə müvafiq sənədlər olmalıdır. 
1.20.7. Həyəcan siqnalları üzrə bilik və bacarıqların yox-
lanılması, müəssisənin baş mühəndisi tərəfindən təsdiqlənmiş 
cədvəl üzrə hər bir növbə üçün (vaxta) ayda bir dəfə təlim və 
məşğələlər keçməklə həyata keçirilməlidir. 
1.20.8. DNQT heyətinin tərkibində nəfəsalma apparatla-
rında işləmək (istifadə) üçün xüsusi öyrədilmiş şəxslər 
olmalıdır. 
1.20.9. DNQT-də çalışan bütün işçilər (müvafiq jurnalda 
qeyd olunmaqla) Dəniz gəmilərində təhlükəsizlik texnikası 
Qaydalarının «Xidməti heyət işləyərkən və özünə xidmət 
edərkən təhlükəsizliyin təmini» bölməsini mükəmməl 
bilməlidirlər. 
1.20.10. DNQT-nin heyəti və oraya ezam olunmuş 
şəxslər yerinə yetirdikləri işlərə uyğun olaraq müvafiq paltar 
və ləvazimatla təchiz olunmalıdır. 

Yüklə 4,97 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə