Q a y d a L a r I


D. 1.24. Korroziyaya qarşı mübarizə işləri



Yüklə 4,97 Mb.
Pdf görüntüsü
səhifə38/204
tarix26.12.2022
ölçüsü4,97 Mb.
#97900
1   ...   34   35   36   37   38   39   40   41   ...   204
АЗЕРБАЙДЖАН нефть (1)

D. 1.24. Korroziyaya qarşı mübarizə işləri 
1.24.1. DNQT-nin qoruyucu örtükləri tədricən yararsız 
hala düşdükcə bərpa olunmalıdır. Korroziyaya qarşı işlər ca-
vabdeh şəxsin rəhbərliyi altında müəssisənin müvafiq 
komissiyasının qərarı və layihə təşkilatının iştirakı ilə 
aparılmalıdır. 
DNQT-ın yüksək dərəcədə korroziyaya uğramış (yararsız 
hala düşmüş) elementləri (hissələri), dərhal dəyişdirilməlidir.
1.24.2. Tərkibində zərərli komponentlər olan yeni növ 
örtüklərin tətbiqinə, yalnız Dövlət Sanitar müfəttişliyinin, 
Dövlət Sənayedə Işlərin Təhlükəsiz Görülməsinə Nəzarət və 
Dağ-Mədən Işlərinə Nəzarət Komitəsinin, Ekologiya və Təbii 
Sərvətlər Nazirliyinin, Baş Dövlət Yanğın Təhlükəsizliyi 
Idarəsinin və Həmkarlar Ittifaqları Konfederasiyasının əmək 
müfəttişliyinin razılığından sonra icazə verilə bilər. 
1.24.3. Korroziyaya qarşı örtüklərin təmizlənməsi və 
vurulması zamanı mütləq fərdi mühafizə vasitələrindən istifadə 
olunmalıdır. 
vk.com/club152685050 | vk.com/id446425943


100 
1.24.4. Təzyiq altında işləyən boyaq püskürdücülər və 
digər pnevmatik aparatlar, qabaqcadan gözlənilən işçi 
təzyiqdən 1,5 dəfə artıq hidravlik təzyiqlə sınanılmalıdır. 
1.24.5. Katod mühafizəsi qurğularında işlərin aparılması 
zamanı [16, 17]-in tələblərinə əməl olunmalıdır.
1.24.6. Metal konstruksiyaların səthlərinə korroziyaya 
qarşı örtüklərin çəkilməsi və elektrokimyəvi mühafizə üzrə 
işlərin təhlükəsiz yerinə yetirilməsi üçün səyyar qaldırıcı qurğu 
və tərtibatlardan istifadə olunmalıdır. 
1.24.7. Korroziyaya qarşı işlərin aparılmasına aşağıdakı 
hallarda icazə verilir:
a) dənizdə dalğalanma 2 bala qədər olduqda özülün və 
ya estakadanın döşəməsi altında (dəniz səthindən 3 m qədər 
hündürlükdə) yerləşən metal konstruksiyaların səthindən 
pasın, 
qabıqlanmanın, 
neft 
məhsulları 
qalıqlarının 
təmizlənməsinə, qumvuran maşınla təmizləmə işlərinin 
aparılmasına, rəng, lak və digər qoruyucu örtüklərin 
çəkilməsinə; 
b) küləyin sürəti 8 m/san qədər olduqda, dayaqların (tir-
lərin), fermaların, boru kəmərlərinin yuxarı tikililərinin və 
özülün və ya estakadaların digər metal konstruksiyalarının 
səthindən köhnə rənglərin, lakların, neft məhsulları qalıqlarının 
təmizlənməsinə, qumvuran maşınla təmizləmə işlərinin 
aparılmasına, səthlərin rənglənməsinə, qoruyucu örtüklərin 
çəkilməsinə. 
Qeyd: 
Küləyin sürəti 11 m/san qədər olduqda, özül və 
estakadalarda xüsusi meydança və asma tərtibatlardan 
istifadə zərurəti yaranmadığı halda korroziyaya qarşı mübarizə
işlərinin aparılmasına icazə verilə bilər. 
1.24.8. Dəniz qurğularında elektrik kabelləri və yüksək 
təzyiq altında olan boru kəmərləri mövcud olduğu halda
aparılan işlərə cavabdeh olan şəxs baş verə biləcək bədbəxt 
hadisələrin və həmin obyektlərin (kommunikasiyaların) 
vk.com/club152685050 | vk.com/id446425943


101 
zədələnmələrinin qarşısını almaq üçün tədbirlər görməlidir. 
Korroziyaya qarşı işlər aparılan ərazidə katod mühafizəsinin 
şinləri söndürülməlidir (açılmalıdır). 
Avadanlığı, tərtibatları, rənglə dolu vedrələri kabel keçən 
qanovlardan, elektrokimyəvi mühafizə şinlərindən, boru kə-
mərlərindən asmaq qadağandır. 
1.24.9. Katod mühafizəsinin qoşulmuş (işə salınmış) və-
ziyyətində karroziyaya qarşı mübarizə işlərinin aparılması 
qadağandır. 
1.24.10. Yalnız müvafiq xidmət tərəfindən təhkim 
olunmuş işçinin rəhbərliyi altında elektrik kabellərinin və boru 
kəmərlərinin yerdəyişməsinə icazə verilə bilər. Bu vaxt kabel 
açılmalı və boşalmalı, boru kəmərində isə təzyiq atmosfer 
təzyiqinə qədər endirilməlidir. 
1.24.11. Korroziyaya qarşı mübarizə işlərinin elektrik 
kabelinə toxunmaqla aparılması zərurəti yarandığı halda, kabel 
onu istismar edən xidmətin nümayəndəsinin iştirakı ilə açılma-
lıdır. Kabelin (hətta qısa vaxt ərzində) yerinin dəyişdirilməsi 
zərurəti yarandığı halda, kabeli istismar edən xidmətdən icazə 
alınmalıdır. 
1.24.12. Lak və boya materialları saxlanılan anbarlar 
ventilyasiya qurğusu ilə təchiz olunmalıdır. Ventilyasiya 
qurğusu havada zərərli buxarların qatılığının sanitar normaları 
ilə YVH-yə qədər azaldılmasını təmin etməlidir. 
1.24.13. Lak və boya materialları saz və germetik metal 
tarada saxlanılmalı və daşınmalıdır. 
1.24.14. Taranın ağzını taxta tıxac, əski və s. ilə 
bağlamaq qadağandır. 
1.24.15. Dolu və boş taralar daima germetik bağlı olmalı-
dır. Hər bir çəlləyin, bidonun üzərində lak və boya materialları-
nın adı yazılmış etiket olmalıdır. 
vk.com/club152685050 | vk.com/id446425943


102 
1.24.16. Boş tara istehsalat və məişət otaqlarından, 
anbarlardan 20 m az olmayan məsafədə yerləşdirilmiş xüsusi 
meydançalarda saxlanılmalıdır. 
1.24.17. Lak və boya materialları anbarlarda bir sırada 
yerləşdirilməlidir.
1.24.18. Anbarlarda siqaret çəkmək, oddan, qığılcım ya-
rada bilən alətlərdən istifadə etməklə işlərin aparılması qada-
ğandır.
Anbarların gözə çarpan yerlərində aşağıdakı məzmunda 
plakatlar asılmalıdır: «Siqaret çəkmək və oddan istifadə etmək 
qadağandır». 
1.24.19. Lak və boya materiallarının boşaldılması və qa-
rışdırılması üzrə görülən işlər mexaniki və ya pnevmatik üsulla 
aparılmalıdır. 
1.24.20. Lak və boya hazırlığı, rəngləmə işləri aparılan 
otaqların döşəmələri zərbədən qığılcım verməyən və 
yanmayan materialdan hazırlanmalıdır. 
1.24.21. Lak və boyaları lazımi özlülüyə qədər həlledicilər 
vasitəsi ilə durulaşdırmaq üçün germetik avadanlıqdan istifadə 
olunmalıdır. Həmin avadanlıq üfürücü-sorucu ventilyasiya ilə 
təchiz olunmuş izolə edilmiş otaqlarda və ya meydançalarda 
yerləşdirilməlidir. 
1.24.22. Lak və boya materiallarının töküldüyü yer 
dərhal təmizlənməlidir. 
1.24.23. Lak və boya materiallarına bulaşmış alət və 
aparatlar xüsusi olaraq bu məqsədlər üçün nəzərdə tutulmuş 
yerdə yuyulmalı və təmizlənməlidir. 
1.24.24. Alüminium tozu quru otaqda saxlanılmalıdır. 
1.24.25. Alüminium tozu ilə dolu tutumları daşıyarkən və 
boşaldarkən onları zərbədən qorumaq lazımdır. Alüminum 
tozu ilə dolu tutumları yırğalamaq, diyirlətmək qadağandır. 
vk.com/club152685050 | vk.com/id446425943


103 
1.24.26. Konstruksiyaların korroziyaya qarşı örtük təbə-
qəsi tam quruyana qədər 5 m-dən az olan məsafədə odlu 
işlərin aparılması qadağandır. 
1.24.27. DNQT-da odlu işlər aparılan dövrdə onların icra-
çılarına aşağıdakılar qadağandır.
a) yeni rənglənmiş, izolə edilmiş, yağsızlaşdırılmış 
səthləri açıq elektrik qızdırıcıları və ya digər od təhlükəli 
cihazlar vasitəsi ilə qurutmaq; 
b) lak, rəng, izolyasiya və digər materialları qızdırıcılarda, 
ocaqlarda qızdırmaq. 
1.24.28. Izolyasiya və bitum mastikalarının əridilməsi və 
qızdırılmasında istifadə olunan qazanlar temperaturu ölçən ci-
hazlar və kip bağlanan qapaqlarla təchiz olunmalıdır. Qazana 
doldurulan izolyasiya məhsulu quru olmalıdır. Əritmə 
qazanının yanında yanğınsöndürmə vasitələri olmalıdır. 
Qazanın odluğunun ağzı yanmayan materialdan hazırlanmış 
geriyə atılan 
sipərlə 
təchiz 
olunmalıdır. 
Izolyasiya 
materiallarını əridərkən və qızdırarkən qazanları nəzarətsiz 
qoymaq qadağandır. 
1.24.29. Qazan deşilərsə dərhal ocağı (odluğu) 
söndürmək, məhsulu boşaltmaq, qazanı təmizləmək və təmir 
etmək lazımdır. Qazanı təmir etmək mümkün olmadıqda onu 
dəyişmək lazımdır. 
1.24.30. Bitum mastikası ilə işləyərkən aşağıdakı tələbləri 
yerinə yetirmək lazımdır: 
a) işə başlamazdan əvvəl çömçələrin, bakların və iş pro-
sesində istifadə olunan digər alətlərin sazlığını yoxlamaq; 
b) qızdırılmış bitum mastikasını iş yerlərinə ağzı kip bağ-
lanan, təsadüfü düşmə nəticəsində ağzı açılmayan, xüsusi m-
etal baklarda daşımaq. Qızdırılmış mastikanın açıq tarada da-
şınması qadağandır; 
c) mastikanın dağılmaması üçün bakları onların həcminin 
3/4-dən çox doldurmaq qadağandır. 
vk.com/club152685050 | vk.com/id446425943


104 
1.24.31. Tikinti meydançalarındakı izolyasiya materialları 
hazırlanan bağlı otaqlar layihədə nəzərdə tutulmuş çəkib – vu-
rucu ventilyasiya sistemi və yanğınsöndürmə vasitələri ilə 
təchiz olunmalıdır. 
1.24.32. Bitumun həlledicilərlə (benzin, skipidar və s.) 
qarışdırıldığı yerdən 20 m radiusda açıq oddan istifadə etmək 
və qaynaq işlərinin görülməsi qadağandır.
Qarışdırılma prosesində qızdırılmış bitumu həlledicinin 
üzərinə tökmək lazımdır və bu zaman qarışdırılma yalnız taxta 
çömçə ilə aparılmalıdır. 
1.24.33. DNQT-rə ingibitorlar xüsusi olaraq bu məqsədlər 
üçün ayrılmış və müvafiq surətdə təchiz olunmuş gəmilərlə, 
müvafiq dövlət orqanlarının icazəsi və məsul şəxsin rəhbərliyi 
ilə daşınmalıdır. 

Yüklə 4,97 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə