Q a y d a L a r I


D. 1.25.2. Heyətin təxliyəsi



Yüklə 4,97 Mb.
Pdf görüntüsü
səhifə40/204
tarix26.12.2022
ölçüsü4,97 Mb.
#97900
1   ...   36   37   38   39   40   41   42   43   ...   204
АЗЕРБАЙДЖАН нефть (1)

D. 1.25.2. Heyətin təxliyəsi 
1.25.2.1. DDÖ (ÜQQ) və gəmi heyəti kollektiv xilasetmə 
vasitələri üzrə qeydə alınmalıdır; eyni vaxtda obyektdə iki və 
daha artıq müəssisə heyəti çalışarsa xilasetmə vasitələri üzrə 
yalnız bir qeydiyyat olmalıdır (tutulmalıdır). 
1.25.2.2. DDÖ-nün (ÜQQ) hər bir işçisi «qayıq siqnalı» 
üzrə öz yerini və vəzifəsini bilməlidir (DDÖ-nü (ÜQQ) kollektiv 
xilasetmə vasitələri ilə tərk etmək). 
1.25.2.3. Köçürülmə yolları, kollektiv xilasetmə vasitələri-
nin yerləşdiyi yerlər, onların suya endirilməsi üçün qurğular da 
daxil olmaqla yerləşdikləri yerlər, həmçinin endirilmə yerində 
dənizin səthi sutkanın qaranlıq vaxtı əsas və qəza işıqlandırıl-
ması ilə təmin edilməlidir. 
1.25.2.4. DDÖ-dən (ÜQQ) təxliyə üsulu şəraitdən (gəmi-
lərlə, vertolyotlarla, kollektiv xilasetmə vasitələri ilə) asılı olaraq 
vk.com/club152685050 | vk.com/id446425943


112 
müəyyən edilir. Təxliyə, tutulmuş qeydiyyata uyğun aparılmalı-
dır. 
1.25.2.5. Kollektiv xilasetmə vasitələri ilə təxliyə xüsusi 
komanda (siqnal) üzrə həyata keçirilir. 
Heyətin təxliyəsi barədə komandanı DDÖ-nün (ÜQQ) 
rəisi və ya əmrlə təyin edilmiş onu əvəz edən şəxs verməlidir. 
Həmin şəxs növbə çəkən gəmilərə və vertolyotlara məlumat 
verir, lazım gələrsə, beynəlxalq fəlakət siqnalı verir. 
1.25.2.6. Ştormtraplar (ip nərdivanlar) DDÖ-nün (ÜQQ) 
hər bir tərəfində kolletiv xilasetmə vasitələri quraşdırılmış 
yerlərdə yerləşdirilməlidir. Ştormtrapın uzunluğu onun aşağı 
məhəccər sütununun suya toxunmasını təmin etməlidir. 
1.25.2.7. Ştormtraplardan yalnız qəza hallarında istifadə 
edilməlidir. Ştormtrapların yoxlanılması müvafiq təlimata 
uyğun aparılmalıdır. 
1.25.2.8. DDÖ (ÜQQ) heyəti ilə mütəmadi olaraq, ayda 1 
dəfədən az olmayaraq, hər vaxtada fərdi və kollektiv 
xilasetmə vasitələrindən düzgün istifadə edilməsi üzrə məşqlər 
keçirilməlidir. 
1.25.2.9. Hər bir xilasetmə qayığına DDÖ-nün (ÜQQ) rəi-
sinin əmri ilə qayıq komandiri və onun müavini təhkim edilməli 
və onların müvafiq vəsiqələri olmalıdır. Hər bir xilasetmə 
salına (plot) onun endirilməsinə görə məsuliyyət daşıyan şəxs 
təhkim edilir. 
1.25.2.10. DDÖ-nün (ÜQQ) rəisi (onun müavini və ya 
əmrlə təyin edilmiş digər məsul şəxs), radist və xilasetmə 
qrupu obyektdə heç bir kəsin qalmadığına əmin olduqdan 
sonra, axırıncı olaraq təxliyə olunurlar. 

Yüklə 4,97 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə