Q a y d a L a r I


D. 1.26.2. Kollektiv xilasetmə vasitələri



Yüklə 4,97 Mb.
Pdf görüntüsü
səhifə42/204
tarix26.12.2022
ölçüsü4,97 Mb.
#97900
1   ...   38   39   40   41   42   43   44   45   ...   204
АЗЕРБАЙДЖАН нефть (1)

D. 1.26.2. Kollektiv xilasetmə vasitələri 
1.26.2.1. Kollektiv xilasetmə vasitələri yalnız birbaşa təyi-
natları üzrə istifadə edilməlidir. Onlardan digər məqsədlər 
üçün istifadə etmək qadağandır. 
DDÖ-də (ÜQQ) kollektiv xilasetmə vasitələrinin illik təkrar 
müayinəsi müəssisənin rəhbərliyi tərəfindən təyin edilmiş ko-
missiya tərəfindən və «Dəniz gəmilərinin konvension təchizatı 
üzrə Qaydalar»ın tələblərinə əsasən aparılır. 
1.26.2.2. DDÖ (ÜQQ) layihələndirilərkən kollektiv xilaset-
mə vasitələrinin yaşayış bloku ərazisində quraşdırılması 
nəzərdə tutulmalıdır.
DDÖ-dəki (ÜQQ) xilasetmə qayıqları onlar üçün nəzərdə 
tutulmuş yerlərə etibarlı bərkidilməlidir. Bərkidilmə əl ilə rahat 
və tez açılmanı təmin etməlidir. 
1.26.2.3. Gəmilərdə, DDÖ və ÜQQ-da yerləşdirilmiş xilas-
etmə qayıqlarının və sallarının (plot) təchiz olunması [262] II 
hissəsinin və üzən qazma qurğularının konvension təchizatı 
üzrə Qaydaların tələblərinə uyğun həyata keçirilməlidir. 
1.26.2.4. Gəmidə, DDÖ-də (ÜQQ) xilasetmə qayıqlarının 
təchiz olunması hər vaxta dəyişərkən məsul şəxs tərəfindən 
yoxlanılmalıdır. 
vk.com/club152685050 | vk.com/id446425943


115 
Yoxlamanın nəticələri xüsusi jurnalda qeyd olunmalıdır. 
D. 1.26.3. Fərdi xilasetmə vasitələri 
1.26.3.1. DDÖ-də özülün (platformanın) yaşayış otaqla-
rındakı yataq yerlərinin sayına bərabər və üstəlik bir vaxta 
üçün də əlavə olaraq (miqdarda) hesablanmış xilasetmə 
jiletləri nəzərdə tutulmalıdır. 
1.26.3.2. DDÖ iplə bağlanmış xilasetmə dairəsi ilə təchiz 
olunmalıdır. Ipin uzunluğu dairənin dəniz səviyyəsindən hün-
dürlüyünün 2 mislindən az olmamalıdır. Dairələrin ümumi sayı 
DDÖ-nün ölçülərinə görə müəyyən edilir. DDÖ-də xilasetmə 
dairələri minmə-yanalma meydançasının, piyada körpüsünün 
(əgər mövcuddursa) hər iki tərəfinə bərabər sayda 
paylanmaqla, həmçinin DDÖ-nün hər yarusunun perimetri 
boyu hər 20 m-dən bir yerləşdirilməlidir. 
Xilasetmə dairələrinin ümumi sayının 50%-dən çoxu öz-
özünə alışan alovlu siqnal üzgəcli (buyki) və 25%-dən çoxu 
avtomatik hərəkət edən tüstü buraxan şaşkalı olmalıdır. 
1.26.3.3. Gəmilərdə, DNQT-də quraşdırılan fərdi 
xilasetmə vasitələri [194, 195] tələblərinə uyğun olmalıdır. 
1.26.3.4. Fərdi xilasetmə vasitələrinin vəziyyəti müəyyən 
olunmuş müddət başa çatdıqda məsul şəxs tərəfindən, 
xilasetmə jiletləri isə mənsub olduqları şəxs tərəfindən hər 
vaxta başlamazdan əvvəl yoxlanılmalıdır. 
1.26.3.5. Registr nəzarətində olan gəmilərdə və ÜQQ-da 
xilasetmə jiletləri və dairələri hər il müəyyən olunmuş vaxtda 
(faktlar barədə sertifikatlarda qeydlər aparmaqla) təkrar müa-
yinədən keçməlidir, DNQT-də isə müayinə-müəssisə 
rəhbərliyinin təyin etdiyi komissiya tərəfindən [262]-in 
tələblərinə uyğun aparılmalıdır. 
1.26.3.6. Fərdi xilasetmə vasitələrindən təlimatlara 
uyğun olaraq istifadə edilməlidir. «Həyəcan» siqnalı üzrə 
vk.com/club152685050 | vk.com/id446425943


116 
məşqlər zamanı, təlim keçən rəhbər, heyətin fərdi xilasetmə 
vasitələrindən istifadə etmə bacarığını yoxlamalıdır. 

Yüklə 4,97 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə