Q a y d a L a r I


partlayış və yanğın təhlükəli işlər onların təhlükəsiz təşkili üzrə



Yüklə 4,97 Mb.
Pdf görüntüsü
səhifə44/204
tarix26.12.2022
ölçüsü4,97 Mb.
#97900
1   ...   40   41   42   43   44   45   46   47   ...   204
АЗЕРБАЙДЖАН нефть (1)


partlayış və yanğın təhlükəli işlər onların təhlükəsiz təşkili üzrə 
nümunəvi təlimatın tələblərinə müvafiq aparılmalıdır. 
2.2. Elektrik qövs və qaz qaynaq işləri. Elektrik alətləri 
ilə kəsmə və səthi təmizləmə (cilalama) işləri 
vk.com/club152685050 | vk.com/id446425943


122 
Elektrik qövs və qaz qaynaq işləri 
2.2.1. Işə başlamazdan əvvəl odlu işlərin aparılmasına 
cavabdeh şəxs qaynaqçı ilə birlikdə qaynaq transformatoruna, 
kabellərə, elektrod tutucusuna, yerləbirləşdirmə naqillərinə və 
iş yerinə baxış keçirməli; yanar materialların, ətraf mühitdə 
qazlılığın 
olmamasına 
və 
müvafiq 
işıqlandırmanın 
mövcudluğuna əmin olmalıdır. Bundan əlavə, odlu işlərin apa-
rılması ilə bağlı qonşu otaqlarda (arakəsmələrin arxasında və 
s.) yanğının baş vermə ehtimalının olmamasına əmin olmaq 
lazımdır. 
2.2.2. Elektrik naqillərinin və qaynaq avadanlıqlarının 
yanmasının qarşısını almaq üçün məftillərin en kəsiyi 
cərəyanın maksimal gücünə, izolyasiyası isə işçi gərginliyinə 
müvafiq seçilməlidir. 
2.2.3. Elektrik qaynaq aqreqatı və ya transformator, 
həmçinin onların kommunikasiyaları yanar qaz, buxar olmadığı 
və neft məhsulları tökülməmiş yerlərdə yerləşdirilməli, 10m 
radiusda yanar materiallardan təmizlənməlidir. 
2.2.4. Elektrik qaynaq işləri zamanı əks ötürücü kimi 
metal konstruksiyalardan, texnoloji aparatların gövdələrindən 
və boru kəmərlərindən istifadə edilməsi qadağandır. Bu 
məqsədlə elektrod tutucusu üçün tətbiq olunan naqilə uyğun 
kabel götürülməlidir. 
2.2.5. Elektrik qaynaq aparatları, transformatorları və 
qaynaq ediləcək konstruksiyalar qaynaq zamanı yerləbirləş-
dirilməlidirlər. Yerləbirləşdirilmə qaynaq işinə başlamazdan 
əvvəl aparılmalı və işin axırınadək açılmamalıdır. 
2.2.6. Xüsusi təhlükəli şərait üçün nəzərdə tutulan (metal 
çənlərin içərisində, qazanlarda, gəmilərin bölmələrində, açıq 
yerlərdə görülən işlər) sabit və dəyişən cərəyan mənbəli bütün 
elektrik qaynaq qurğuları xüsusi quruluşla təchiz olunmalıdır. 
Bu quruluşlar 0,5 san müddətində yüksüz işləmə gərginliyini 
vk.com/club152685050 | vk.com/id446425943


123 
avtomatik açmalı və ya onu 12 V gərginliyə qədər məhdudlaş-
dırmalıdır. 
2.2.7. Izolyasiyasız və ya nasaz izolyasiyalı, burulmaqla
birləşdirilmiş kabellərdən, naqillərdən, əldəqayırma (kustar) 
elektrik qoruyucularından istifadə edilməsi qadağandır. 
Qaynaq kabellərinin birləşdirilməsi üçün preslənmədən
qaynaqdan, lehimləmədən və xüsusi sıxacdan istifadə 
edilməlidir. 
2.2.8. Qaynaq prosesində elektrodlar dəyişdirilərkən on-
ların qalıqları qaynaq işi aparılan yerlərdə qoyulmuş xüsusi 
metal yeşiklərə yığılmalıdır. 
2.2.9. Elektrik kabellərinin və qaz şlanqlarının birgə çəkil-
məsi və onların eyni səviyyədə kəsişməsi qadağandır. 
2.2.10. Elektrik qaynaq və qazla kəsmə işləri şaquli (ver-
tikal) sahələrdə yerinə yetirilən zaman odlu işlər aparılan yer 
qaynaq və ya kəsmə nöqtəsinin hündürlüyundən asılı olaraq 
cədvəl 2-də göstərilən radius daxilində yanar maddə və 
materiallardan təmizlənməlidir. 
vk.com/club152685050 | vk.com/id446425943


124 
Cədvəl 2 
Qaynaq və kəsmə 
nöqtəsinin maksimal 
hündürlüyü, m 
Qığılcımların dağılma radiusu, m 
Qaynaq 
zamanı
Kəsmə zamanı
0 4

2 6

5 8
10 
7 10
12 
10 12
14 
2.2.11. Qaz qaynağı işləri zamanı oksigen balonlarının, 
şlanqların, odluğun, həmçinin asetilen qeneratorunun üzərinə 
yağ, neft və neft məhsullarının dağılmasının qarşısını alan təd-
birlər görülməlidir. 
2.2.12. Oksigen balonlarından 10m qədər olan məsafədə 
açıq alovdan istifadə edilməklə (qaynaq, dəmirçi və s.) işlərin 
aparılması və yanacaq-sürtgü materiallarının saxlanılması qa-
dağandır. 
2.2.13. Məhsuldarlığı 5m
3
/saata qədər olan stasionar ge-
neratorlar quraşdırılan asetilen qurğuları otaqlarında xüsusi 
aralıq anbarlar olmazsa, barabanlarda 200kq qədər kalsium - 
karbidin saxlanılmasına və bu halda ancaq bir barabanın açıq 
vəziyyətdə olmasına icazə verilir. 
2.2.14. Müvəqqəti qaynaq işlərinin aparılması üçün 
səyyar asetilen generatorları yanğın və partlayış baxımından 
təhlükəsiz otaq və yerlərdə yerləşdirilməlidir. Istehsalat 
otaqlarında qeneratorlar, ancaq otaqların havası yaxşı 
vk.com/club152685050 | vk.com/id446425943


125 
dəyişdirildiyi halda yerləşdirilə bilər. Səyyar asetilen 
generatoru qaynaq işi aparılan yerdən, açıq alov mənbəyindən 
və bərk qızmış əşyalardan 10m az olmayan məsafədə 
yerləşdirilməli və çəpərlənməlidir. 
2.2.15. Qaz qaynağı aparılan yerdə ikidən artıq oksigen 
balonunun saxlanılması qadağandır. Oksigenlə dolu və boş ba-
lonlar müvəqqəti aparılan odlu işlər qurtardıqdan sonra yığış-
dırılmalıdır. 
2.2.16. Asetilen generatoru kalsium - karbid ilə doldurul-
duqdan sonra, odluq (qorelka) yandırılmazdan əvvəl 
qazqolder və şlanqdakı hava qazla sıxışdırılıb çıxarılmalıdır. 
2.2.17. Nasaz və ya su doldurulmamış hidravlik sürgülü 
asetilen generatorları ilə qaynaq işinin aparılması qadağandır. 
2.2.18. Qaz qaynağı işləri aparılmazdan əvvəl şlanqların 
sazlığı və onların odluğa etibarlı bərkidilməsi yoxlanılmalıdır. 
Qaz buraxan şlanqlardan istifadə etmək, həmçinin 
asetilen şlanqını oksigen şlanqı ilə və ya əksinə dəyişmək 
qadağandır. 
Qaz qaynağı işləri zamanı qaz şlanqları yüksək 
temperatur təsirindən və mexaniki zədələnmələrdən 
qorunmalıdır. 
2.2.19. Qaynaq işləri zamanı odluğun (qorelka) bərk qız-
masına yol verilməməlidir. Bərk qızma hallarında vaxtaşırı iş 
dayandırılmalı, odluq suya salınmaqla soyudulmalıdır. 
2.2.20. Asetilen generatorundan işlənmiş kalsium - 
karbid yanğın təhlükəsizliyi xidməti ilə razılaşdırılmış xüsusi 
ayrılmış meydançalarda yerləşdirilmiş lil çalasına (quyusuna) 
boşaldılmalıdır. Lil çalası 10m-dən yaxın olmayan yerdə 
küləkdöyən tərəfdə olmalıdır. 
2.2.21. Qaz qaynağı zamanı qadağandır: 
-nasaz aparat və şlanqlarla qaynaq işinin aparılması, 
donmuş generatorun və onun hissələrinin, reduktorların, 
ventillərin, boru xətlərinin və qaynaq qurğusunun digər 
vk.com/club152685050 | vk.com/id446425943


126 
detallarının açıq alov və ya bərk qızmış əşya ilə qızdırılması. 
Qızdırma qaynar su və ya buxar ilə aparılmalıdır; 
-qaz balonlarının içərisindəki qaz tamamilə çıxarılmadan 
və balon üfürülmədən ventillərin təmir edilməsi. Balondakı qaz 
otaqdan kənarda və açıq alovdan uzaq yerdə boşaldılmalıdır; 
-asetilen generatorundan, oksigen balonlarından, şlanq-
lardan, qaz xətlərindən və lil çalalarından 10m yaxın məsafədə 
siqaret çəkilməsi və açıq alovdan istifadə edilməsi; 
-sıxılmış və mayeləşdirilmiş qaz balonlarının üstü açıq 
halda günəş şüaları altında saxlanılması; 
-qaynaq 
işləri 
qurtardıqdan 
sonra 
asetilen 
generatorlarının kalsium - karbid qalığından və lildən 
təmizlənməmiş və həmçinin retortaların, yeşiklərin və 
generatorun digər hissələrinin yuyulmamış halda saxlanılması; 
-oksigen şlanqlarının generatora tərəf üfürülməsi; 
-asetilen balonunun başlığına (kolokoluna) əşyalar yığ-
maqla generatorda təzyiqin artırılması; 
-asetilen generatorunun işləyən qazanxana və isti 
sexlərdə, həmçinin kompressorların hava vurucularının və 
ventilyatorların hava sorucusunun yaxınlığında yerləşdirilməsi. 
2.2.22. Elektrik qövs və qaz qaynaq işləri [253]–ə uyğun 
aparılmalıdır 
2.2.23. Odlu işlər qurtardıqdan sonra, ehtimal olunan 
alovlanmanın qarşısını almaq üçün işlərin aparıldığı və onlara 
qonşu olan otaq və ya sahələr diqqətlə yoxlanılmalı və lazım 
gələrsə 1 saat ərzində nəzarətdə saxlanılmalıdır. 

Yüklə 4,97 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə