Q a y d a L a r I


Qazma və istismar avadanlıqlarının quraşdırılması



Yüklə 4,97 Mb.
Pdf görüntüsü
səhifə52/204
tarix26.12.2022
ölçüsü4,97 Mb.
#97900
1   ...   48   49   50   51   52   53   54   55   ...   204
АЗЕРБАЙДЖАН нефть (1)

 
Qazma və istismar avadanlıqlarının quraşdırılması,
vk.com/club152685050 | vk.com/id446425943


150 
sökülməsi və təmiri 
2.5.72. Avadanlıqların, blokların və mexanizmlərin quraşdı-
rılması Azdövdağtexnəzarət Komitəsi ilə razılaşdırılmış, təsdiq 
olunmuş sxem, layihə və texniki şərtlərə uyğun yerinə yetiril-
məlidir. 
2.5.73. Avadanlıqlar və bloklar qazma aparılacaq yerə 
gətirilməli və onların yığılma ardıcıllığı nəzərə alınmaqla yerləş-
dirilməlidir. 
2.5.74. Avadanlıqların sürüdülüb gətirilməsində və quraş-
dırılmasında istifadə olunan qaldırıcı vasitələr və traktorlar işə 
başlamazdan əvvəl qabaqcadan işlənilmiş sxemə əsasən yer-
ləşdirilməlidir. 
2.5.75. Avadanlıqların ilməklənməsi yükqaldırma qabiliy-
yəti qaldırılacaq yükə uyğun olan xüsusi kanatların və ya ağız-
ların (götürümlər) köməyi ilə yerinə yetirilməlidir. 
2.5.76. Ilməklər avadanlığın çəkisi,əndazə ölçüləri və il-
məyin yükqaldırma qabiliyyətinə əsasən seçilməlidir. 
2.5.77. Quraşdırılacaq avadanlıqların və blokların bütün 
hissələrinə və bərkidici bəndlərinə işin rəhbəri tərəfindən baxış 
keçirilməli, aşkar edilmiş qüsurlar aradan qaldırılmalıdır. 
2.5.78. Quraşdırılma qurtardıqdan sonra orada qalmış 
alətləri, tərtibatları (boltları, qaykaları, pazları və i.a.) aşkar et-
mək məqsədi ilə avadanlıq diqqətlə baxışdan keçirilməlidir. 
2.5.79. Avadanlığın sınaqdan keçirilməsinə yalnız işin 
rəhbərinin iştirakı ilə və bütün çəpərlər qoyulduqdan sonra 
icazə verilir. 
2.5.80. Avadanlığın sınaqdan keçirilməsinin başlanğıcı 
barədə bütün briqada üzvləri xəbərdar edilməlidir. 
2.5.81. Avadanlıq işlədiyi zaman hər hansı quraşdırma iş-
lərinin aparılması qadağandır. Çatışmamazlıqlar yalnız aqre-
qatlar tam dayandırıldıqdan sonra aradan qaldırılmalıdır. 
vk.com/club152685050 | vk.com/id446425943


151 
2.5.82. 
Qazma 
avadanlıqlarının 
quraşdırılması 
(sökülməsi) işlərinin təhlükəsiz yerinə yetirilməsi 

221, 222

-in 
tələblərinə uyğun aparılmalıdır. 
2.5.83. Qazma avadanlıqları istehsalçı-zavodların texniki 
sənədlərinə uyğun olaraq quraşdırılmalıdır. 
2.5.84. Vışka və dorların kəlləçarx meydançasına ağır his-
sələr və materiallar bucurqadın və oxu üstdən vurulmuş (nadel-
ka) xamıtla bərkidilmiş qaldırıcı diyircəklərin köməyi ilə 
qaldırılmalıdır. 
Kəlləçarxın işləyən və ya təzyiq altında olan quyu 
üzərində sökülməsi qadağandır. 
2.5.85. Qazma nasoslarının sarğısının vurucu xəttinin di-
varı qalınlığı hesablama yolu ilə təyin edilən tikişsiz borulardan 
quraşdırılmalıdır. Sökülə bilən birləşmələr QOST və texniki 
şərtlərin tələblərinə uyğun kipləşdirilir (sıxlaşdırılır). 
Vurucu xətlərin titrəyişinin qarşısını almaq üçün vurucu 
xətlər dayaqlara bərkidilməlidir. Xətlərin döndərilməsi səlis və 
90
0
-dən az olmayan bucaq altında olmalıdır.
2.5.86. Elektrik intiqallı qazma qurğusunun sökülməsinə 
elektrik avadanlığının istismarına cavabdeh işçidən qazma qur-
ğusunun elektrik şəbəkəsindən açılması barədə yazılı 
təsdiqedici sənəd alındıqdan sonra icazə verilir. 
2.5.87. Quyu ağzında təzyiq olduqda qazma vışkasının 
quraşdırılması, sökülməsi qadağandır.
2.5.88. Quraşdırılmış qazma qurğularının işə buraxılması 
vurucu boru kəmərlərinin, pnevmo-sistemlərin, avadanlıqların 
idarəetmə sistemlərinin sınanılmasından,yerləbirləşdirilmənin 
keyfiyyətinin yoxlanılmasından sonra həyata keçirilməlidir. 
2.5.89. Istismarda olan mancanaq dəzgahları, onların 
texniki vəziyyətləri yoxlanıldıqdan, təmir edildikdən və 
müəssisə üzrə əmrlə təyin edilmiş qəbul komissiyası 
tərəfindən akt tərtib edildikdən sonra quraşdırıla bilər. 
vk.com/club152685050 | vk.com/id446425943


152 
2.5.90. Mancanaq dəzgahlarının bütöv (monolit) 
binövrəyə quraşdırılmasına yalnız işin aparılması layihəsində 
nəzərdə tutulmuş, tökülmüş sementin bərkimə müddəti başa 
çatdıqdan sonra yol verilir. 
2.5.91. Mancanaq dəzgahı dayağının kran vasitəsi ilə qu-
raşdırma meydançasından qaldırılması və hərəkət etdirilməsi 
zamanı polispast sisteminin şaquliliyi saxlanılmalı və 
mancanaq dəzgahının dayağı sıçrayışlar olmamaq üçün 
qoruyucu kanatlarla dartılmalıdır. 
2.5.92. Mancanaq dəzgahı dayağını quraşdırmazdan 
əvvəl onun dabanındakı deşiyin çərçivənin deşiyi ilə 
uyğunluğunu yoxlamalı. Mancanaq dəzgahının dayağının 
yerinin dəyişməsini ling vasitəsi ilə etmək qadağandır. 
2.5.93. Balansirin yığım bəndləri ilə birlikdə yığılması xü-
susi altlıq üzərində aparılmalıdır. 
2.5.94. Balansiri quraşdırmazdan əvvəl aşağıdakıları yox-
lamalı: 
-onun başlığının işçi vəziyyətində dayandırılmasının eti-
barlılığını və dayandırıcı qurğunu azad etdikdə onun səlis dön-
məsini; 
-barmaqlarda yuxarı şatun başlığının təsbit edilməsini və 
traversin vtulkasında sərbəst fırlanmasını; 
-dayaq yastığının gövdəsinin balansirlə etibarlı bərkidil-
məsini; 
-yastıqlarda və şarnirli bəndlərdə sürtgü yağının 
olmasını. 
Dayağa sürüşkən olmayan ayaqqabıda və qoruyucu kə-
mərdə qalxmalı. 
Bərkidilməmiş dayağa qalxmaq qadağandır. 
2.5.95. Mancanaq dəzgahını quraşdırdıqdan sonra onun 
tormozlanmasının etibarlılığını və elektrik mühərriki şəbəkədən 
açıldıqda onun krivoşipin istənilən vəziyyətində dayandırılması-
nı yoxlamalı. 
vk.com/club152685050 | vk.com/id446425943


153 
2.5.96. 
Transmissiyaya 
və 
işəsalma-mühafizə 
aparatlarına xidmət meydançası çərçivənin aşağı müstəvisi 
səviyyəsində olmalıdır. 
Meydançaya giriş mancanaq dəzgahının əyləci tərəfdən 
olmalıdır. 
2.5.97. Neft qazlarını sıxmaq üçün xüsusi təyinatlı kom-
pressorlar tətbiq olunmalıdır. 
Kompressor qurğusunun texniki layihəsini işləyən təşkila-
tın və kompressoru istehsal edən zavodun icazəsi olmadan, 
təyinatına uyğun olmayan kompressorlardan qazların sıxılması 
üçün istifadə edilməsi qadağandır. 
2.5.98. Yanar və partlayış təhlükəli qazlı kompressor 
stansiyası otağında kompressorlarla texnoloji və konstruksiya 
əlaqəsi olmayan aparat və avadanlıqların yerləşdirilməsinə 
icazə verilmir. 
2.5.99. Kompressorlara elektrik mühərriki ilə hərəkət 
verdikdə bilərzik reduktordan və ya müstəsna halda pazvarı 
qayış ötürücüsündən istifadə edilməlidir. Yastı qayış 
ötürücüsündən istifadə etməyə icazə verilmir. 
2.5.100. Qaztoplayıcı kollektorlar kompressor stansiyası 
binasının xaricində yerləşdirilməlidir, müstəsna hallarda texno-
logiya baxımından lazım gələrsə, onlar kompressor stansiyası 
otağında (məsələn, kondensat ayrılmaları olarkən və 
kondensatın donması) yerləşdirilə bilər. 
2.5.101. Hər bir kompressor qurğusunun müvafiq 
qapayıcı armaturu olmalıdır.
2.5.102. Vurucu boru kəmərlərində paylayıcı, qapayıcı 
qurğu (ventil, kran, siyirtmə və s.) qarşısında, eləcə də aralıq 
təzyiqli qazgötürmə boru kəmərində əks-klapan qoyulmalıdır 
və onun gövdəsində ox işarəsi ilə qaz axımının istiqaməti 
göstərilməlidir. 
vk.com/club152685050 | vk.com/id446425943


154 
Əks-klapanın en kəsiyi kompressorun həmin pilləsinin 
vurucu klapanlarından sonra vurucu xətdə qoyulan əks-kla-
panların en kəsiyindən az olmamalıdır. 
2.5.103. Kompressorun hər bir sıxıcı pilləsi bilavasitə vu-
rucu xəttdə qoyulan qoruyucu klapanla təchiz olunmalıdır. 
Kompressorun son sıxma pilləsinin vurucu xəttində qoyu-
lan qoruyucu klapan qapayıcı armaturdan və əks-klapandan 
əvvəl qoyulmalıdır. 
Qoruyucu klapanı yoxladıqdan, təmir etdikdən və nizam-
ladıqdan sonra akt tərtib edilməli və klapana plomb 
vurulmalıdır. 
2.5.104. Kompressorun axırıncı sıxma pilləsinin vurucu 
xəttində qoruyucu klapanın əvəzinə sistemin təzyiqi 10% qalx-
dıqda dağılan qoruyucu membran qoyulmasına icazə verilir. 
Membranın 
üzərində 
membranın 
dağılma 
təzyiqi 
göstərilməlidir. Membran dağılarkən qapalı qaz sistemə 
yönəlməlidir. 
2.5.105. Kompressorlar qəzasız iş təmin edən təcridetmə 
və qəza siqnalı vasitələrilə təchiz olunmalıdırlar. 
2.5.106. Qaz-lift sistemində kompressor stansiyasının iş 
prosesində aşağıdakı yoxlamalar aparılmalıdır: 
-bütün texnoloji boru kəmərlərinə, separatorlara, tutum-
lara, qapayıcı-nizamlayıcı armaturlara, nəticələri vaxt jurnalına 
yazılmaqla aylıq baxışlar; 
-yanğınsöndürmə, qazquruducu, işıqlandırma, ventilyasi-
ya, 
qəza 
siqnalları, 
ildırımdan 
mühafizə, 
statik 
elektrikləşmədən mühafizə sistemlərinə və telemexanikanın 
işləmə qabiliyyətinə təsdiq olunmuş cədvəl üzrə daimi nəzarət. 
2.5.107. Xidmət heyətinin iş yerindən və eləcə də avto-
matlaşdırıcı lövhə yerləşən otaqdan kompressorların işinin 
dayandırılmasının mümkünlüyü nəzərə alınmalıdır. 
vk.com/club152685050 | vk.com/id446425943


155 
Kompressorların qəza saxlanma düymələri maşın zalının 
əsas çıxışlarında, rahat və təhlükəsiz yerlərdə idarəetmə mən-
təqəsində yerləşdirilməlidir. 
2.5.108. Yağlama sisteminin avtomatik dayandırılan əla-
hiddə nasoslarının elektrik mühərriklərinin əl ilə (düymə ilə) 
dayandırılması nəzərə alınmalıdır. 
2.5.109. Porşenli kompressorların bütün sıxma 
pillələrinin vurucu xətlərində, qazın ən az döyüntüsü olan 
yerlərdə üç gedişli kranla təchiz olunan manometrlər 
qoyulmalıdır. 
2,5MPa təzyiqdə ikinci manometr qoymaq üçün ventil və 
kran əvəzinə qapayıcı quruluşu olan ştuser qoyulmasına icazə 
verilir. 
2.5.110. Təzyiqi 16MPa-dan yüksək olan kompressorların 
pillələri soyuducudan əvvəl və sonra manometrlə təchiz olunma-
lıdır. 
2.5.111. Kompressorun vurucu xətti və sıxıcı kompres-
sorların sorucu xətləri göstərilən manometrlərdən əlavə təzyiqi 
özü yazan manometrlə təchiz edilməlidir. Lazım gəldikdə belə 
manometrlər aralıq sıxma pillələrində də qoyulmalıdır. 
2.5.112. Kompressorların sorucu və vurucu xətlərində 
qoyulan yaylı manometrlərin sinifləri: 
sorucu və vurucu kollektorlarda-1,5; 
pillələrarası xətlərdə və qablarda-2,5; 
su boru kəməri və yağ boru kəmərində-4,0; 
hava toplayan qurğuda -2,5-dən az olmamalıdır. 
2.5.113. Dövrü yağlama sistemində süzgəcdən əvvəl və 
yağ soyuducusundan sonra manometrlərin qoyulması nəzərə 
alınmalıdır. 
2.5.114. Kompressorların işlədiyi vaxt baş verən titrəyişin 
təsirini azaltmaq üçün aşağıdakı şərtlərə əməl olunmalıdır: 
-kompressorların özülləri binanın konstruksiyasından ay-
rılmalıdır (özüllər, divar, örtüklər və s.); 
vk.com/club152685050 | vk.com/id446425943


156 
-qonşu kompressorların özüllərinin sahəsi özüllərə 
sərbəst söykənməklə qoyulmalıdır; 
-titrəyişdən mühafizə olunmaq üçün lazım gələrsə 
özüllərdə izoləetmə işləri aparılmalıdır; 
-kompressorların boru kəmərlərinin bina konstruksiyası 
ilə sərt birləşməsi olmamalıdır. 
2.5.115. Boru kəmərlərində qazın döyünməsi nəticəsində 
baş verən titrəyişin azaldılması üçün lazım gələn hallarda 
aşağıdakılar nəzərə alınmalıdır: 
-sistemdə döyünməni söndürmək üçün kompressorların 
bilavasitə yaxınlığında və ya hesablama yolu ilə təyin olunan 
məsafələrdə bufer və akustik həcmlərin qoyulması; 
-birləşdirici boru kəmərində ən az dönmələrin olması. 
Boru kəmərinin istiqamətinin dəyişdirilməsi səlis və 90
0
-
dən az olmayan bucaq altında olmalıdır. 
2.5.116. Kompressorlara əsas xidmət keçidi və kompres-
sorlar arasında daimi iş yeri olduqda keçidin eni 1,5m-dən, 
pəncərə oyuğu yaxınlığındakı keçidin eni isə 1m-dən az 
olmamalıdır. Kompressorla blokun divarı arasındakı məsafə isə 
0,7m-dən az olmamalıdır. 
2.5.117. Quraşdırılıb-sökülən və dəyişilən qovşaqların 
ağır detallarının daşınması üçün stansiyanın ərazisində və 
kompressor stansiyasının otağında stasionar və ya səyyar 
yükqaldırıcı qurğu və ya tərtibat nəzərdə tutulmalıdır. Blok 
bokslarda quraşdırma aralığı, lyüklar və ya diyirlətmə qurğusu 
nəzərə alınmalıdır. 
2.5.118. Qaz separatorları avtomatik drenaj qurğusu və 
yuxarı səviyyə siqnalvericisilə, manometrlə, qoruyucu klapanla 
və ya diafraqma ilə təchiz olunmalıdır. Separatorlar və yağ-
nəm ayırıcıları yuma və üfürmə üçün ştuserlə təmin 
edilməlidir. 
vk.com/club152685050 | vk.com/id446425943


157 
2.5.119. Kompressor stansiyasında səthinin temperaturu 
45
0
C və daha çox olan hissələr izolə edilməli və ya çəpərlən-
məlidir. 
2.5.120. Qaz boru kəmərləri, eləcə də təzyiqi 10MPa 
qədər olan hava boru kəmərləri qaynaqla birləşdirilməlidir. 
Avadanlıq və armatura birləşmək üçün flans birləşməsinə 
icazə verilir.
Qaynaq işlərinin aparılmasına Azdövdağtexnəzarət Komi-
təsinin tələblərinə uyğun olaraq xüsusi hazırlığa və sertifakata 
malik olan qaynaqçılar buraxılmalıdır. 
2.5.121. Kompressor stansiyasını istismara buraxmazdan 
əvvəl, eləcə də əsaslı təmirdən sonra stansiyanın hər bir 
texnoloji sisteminin xətti, eləcə də stansiyadan qaz və hava 
paylayıcı batareyaya qədər boru kəmərləri və siyirtmə 
qovşaqları işçi təzyiqin 1,5 misli qədər möhkəmliyə və kipliyə 
sınanmalıdır. 
10MPa-dan yüksək təzyiqli hava boru kəmərləri, eləcə də 
bina və kompressor stansiyası daxilində qaz boru kəmərləri 
quraşdırıldıqdan sonra yoxlanılmalı və işlənib hazırlanmış 
texniki şərtlərə müvafiq möhkəmliyə və kipliyə sınanmalıdır. 
2.5.122. Kompressor stansiyasını bloklarla quraşdırarkən 
qaz boru kəmərləri ancaq kipliyə sınanmalıdır. 
2.5.123. Qablar və kompressor stansiyasının cihazları 
quraşdırıldıqdan və ilkin baxışlardan sonra, əlavə olaraq 
yenidən germetikliyə neft qazları ilə və ya işçi mühitdə 
maksimal işçi təzyiqlə kipliyə sınanmalıdır. Sınağın nəticəsi 1 
saat müddətində təzyiq düşgüsü 0,2%-dən çox olmadıqda 
qənaətbəxş sayılır. 
2.5.124. Vurucu xətt ilə birgə quraşdırılan və ondan 
ayrılmayan bufer çənləri, soyuducular, yağdan nəmi ayıran 
qurğular kipliyə, vurucu xətt ilə birgə maksimal işçi təzyiqə 
sınaqdan keçirilməlidir. 
vk.com/club152685050 | vk.com/id446425943


158 
2.5.125. Kompressor stansiyasının qaz boru kəmərinin 
hər bir qaynaq tikişinə bütün perimetr boyu dağıdıcı olmayan 
nəzarət üsulu ilə nəzarət olunmalıdır. 
2.5.126. Qovşaqlarda sınaq işləri aparılarkən-kompres-
sorların fərdi olaraq yüksüz işi yoxlanmalıdır. Onların 
təhlükəsiz işi isə yük altında yoxlanmalı, mühafizə relesi və 
qoruyucu klapanlar nizamlanmalıdır. 
2.5.127. Kompressor stansiyasının bütün avadanlıqlarının 
iş yükü altında kompleks sınaqdan keçirilməsi kompressoru is-
tehsal edən zavodun təlimatında göstərilən hallar istisna ol-
maqla hava ilə yerinə yetirilməlidir. 
2.5.128. Kompressorların son nəzarət sınağı tam iş reji-
mində, kompressoru istehsal edən zavodun təlimatlarında 
göstərilən müddətdə fasiləsiz aparılmalıdır. 
2.5.129. Kompressor stansiyasının avadanlıqları və 
texnoloji boru kəmərlərinin sınağı layihə təşkilatı tərəfindən 
işlənmiş və istehsalçı müəssisə ilə razılaşdırılmış proqram üzrə 
aparılmalıdır. Sınaq proqramında təhlükəsizlik texnikasına, 
istehsalat sanitariyasına, mühafizə mexanizm və tərtibatlarının 
işinin yoxlanmasına riayət, eləcə də titrəyiş, səs-küy və başqa 
parametrlərin ölçülməsi nəzərə alınmalıdır.
2.5.130. Kompressor qurğularının avadanlıqları təmirdən, 
təmizləmədən və yoxlamadan sonra və həmçinin onun bir 
neçə qovşaq və detalları dəyişdirildikdən sonra istismara 
verilməzdən əvvəl xüsusi olaraq yoxlanılmalı və nəzarət 
sınağından keçirilməlidir. 

Yüklə 4,97 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə