Q a y d a L a r I


 Elektrik və rabitə xətlərinin çəkilməsi



Yüklə 4,97 Mb.
Pdf görüntüsü
səhifə55/204
tarix26.12.2022
ölçüsü4,97 Mb.
#97900
1   ...   51   52   53   54   55   56   57   58   ...   204
АЗЕРБАЙДЖАН нефть (1)

 
2.6. Elektrik və rabitə xətlərinin çəkilməsi 
2.6.1. Elektrik xətlərinin çəkilməsi [15, 57, 154]–ün 
tələblərinə uyğun aparılmalıdır. 
2.6.2. Hava və kabel EVX-in və həmçinin rabitə xətlərinin 
quraşdırıldığı (söküldüyü) yerlərdə digər işlərin görülməsi qa-
dağandır. 
2.6.3. Dayaqlarda (dirəklərdə) naqillərin quraşdırılmasına 
başlamazdan əvvəl bu işlərə rəhbərlik edən şəxs flans 
birləşmələrinin, dayaq pazlarının, traversin və s. sazlığını 
yoxlamaqla dayaqları (dirəkləri) nəzərdən keçirməlidir. 
2.6.4. Dayaqların (dirəklərin) möhkəmliyinə və işlərin 
təhlükəsizliyinə təsir edəcək və ya xətlərin istismarı zamanı 
təhlükə yarada biləcək hər – hansı bir nasazlıq (qüsur) aşkar 
edilərsə, nasazlıqlar aradan qaldırılana qədər naqillərin 
quraşdırılması və sökülməsi qadağandır. 
2.6.5. Naqillərin, xətti armaturların, izolyatorların və bər-
kidici detalların dayaqlara qaldırılması yalnız montaj blokları 
vasitəsilə yerinə yetirilməlidir. Qaldırılan əşyaların düşə 
biləcəyi zonada adamların olması qadağandır. 
2.6.6. Naqilləri dayaqlara (dirəklərə) bərkidilməmiş (tarım 
vk.com/club152685050 | vk.com/id446425943


166 
çəkilməmiş) vəziyyətdə gecəyə saxlamaq qadağandır. 
2.6.7. Bir dirəkdə 380/220 V elektrik xətti ilə birgə radio-
translyasiya xətti (RX) çəkildikdə RX yalnız izolə olunmuş na-
qillə yerinə yetirilməlidir və onların arasındakı məsafə [15] 
tələblərinə uyğun olmalıdır. 
2.6.8. Bir dirəkdə hava elektrik xətti ilə birgə rabitə xət-
lərinin və kabellərinin çəkilməsi qadağandır. 
2.6.9. Bir dirəkdə 380/220V yuxarı olmayan gərginlikli 
elektrik xətləri ilə birgə telemexanika xətlərinin çəkilməsinə 
(əgər telemexanika xətlərindən telefon rabitə xətti kimi 
istifadə olunmursa) icazə verilir. 
2.6.10. 1000V-dan yüksək gərginlikli elektrik xətləri qu-
raşdırılmış dirəklərdə hər – hansı bir digər xətlərin (rabitə, 
telemexanika, radiotranslyasiya) çəkilməsi qadağandır. 
2.6.11. 1000V-dan yüksək gərginlikli hava elektrik xətlə-
rindən yaşayış yeri olmayan sahələrədə yerə qədər, yaşayış 
yerlərində yerə, binalara və tikililərə qədər olan şaquli məsafə
və bina, tikili və ağaclara qədər olan üfqi məsafə [15, 32] -nin 
tələblərinə uyğun olmalıdır. 
2.6.12. Kabellərin çəkilməsi, tras boyu olan müxtəlif yer-
altı kommunikasiyalar göstərilmiş, təsdiqlənmiş cizgilərə 
əsasən yerinə yetirilməlidir. Trassa bölünərkən yeraltı 
kommunikasiyalarla kəsişmə və yaxınlaşma yerlərinə xüsusi 
diqqət yetirilməlidir. 
2.6.13. Yeraltı güc (yüksək gərginlikli) kabellərinin rabitə 
və radiofikasiya kabelləri (xətləri) və qaz xətləri ilə və s. yeraltı 
kommunikasiyalarla kəsişdiyi yerlərdə kabel əllə quraşdırlımalı 
və bu işlər hökmən yeraltı kommunikasiyanı istismar edən 
müəssisənin nümayəndəsinin iştirakı ilə yerinə yetirilməlidir. 
2.6.14. Binaların damında rabitə xətlərini və qurğularını 
quraşdırarkən və onlara xidmət edərkən qoruyucu kəmər, 
qaloş və ya rezin altlığı olan ayaqqabı geyməli, dama daxili 
pilləkənlə, çardaqdan və xüsusi girəcəkdən, iki mərtəbəyə 
vk.com/club152685050 | vk.com/id446425943


167 
qədər olan binalarda isə yanğın pilləkənləri vasitəsilə 
qalxmağa icazə verilir. 
Mailliyi 30
0
–dən artıq olan damlarda metal rabitə dayaq-
larının yanında çıxacaq və işçi meydançası qurulmalıdır, tol, 
ruberoid, kirəmit və s. ilə örtülmüş damlarda isə maillikdən 
asılı 
olmayaraq 
xidmət 
üçün 
xüsusi 
körpücüklər 
quraşdırılmalıdır. 
2.6.15. Kabeli əl ilə açarkən kabel barabanının qoyulduğu 
dayaq-domkrat möhkəm dayanmalı və baraban fırlanarkən 
dayaq yellənməməlidir. 
2.6.16. Kabeli binanın divarları ilə çəkərkən saz nərdivanlar-
dan, ayaqaltılardan və yaxud avtovışkalardan istifadə edilməlidir. 
2.6.17. Divarda deşik açarkən gizli çəkilmiş (suvaq altı) 
elektrik naqillərinə toxunmanı istisna etmək üçün həmin yerlər 
gizli çəkilmiş cərəyan xəttini müəyyən edən cihazla etibarlı 
yoxlanılmalıdır. 
Əgər telefon kabeli elektrik naqillərinə paralel olaraq 
divarla çəkilirsə onların arasında ən azı 25 mm məsafə 
olmalıdır. 
Elektrik naqilləri və kabelləri ilə kəsişən yerdə telefon 
xətləri izoləedici borucuqda çəkilməlidir. 
2.6.18. Kabel (rabitə) quyularının daxilində güc kabelləri-
nin və qaz kəmərlərinin yerləşdirilməsi qadağandır. 
2.6.19. Lehimləyici lampa yer səthində kabel quyusundan 
ən azı 2 m məsafədə alışdırılmalıdır. 
Lehimləyici lampanı alışdırmazdan qabaq onun saz olma-
sını yoxlamaq lazımdır. 
Lehimləyici lampadan istifadə edərkən aşağıdakı 
qaydalara riayət edilməlidir: 
-lampa onun tutumunun 3/4 hissəsindən artıq olmayaraq 
yanacaqla doldurulmalıdır; 
-yanacaq tökülən yerin tıxacı axıra qədər kip bağlan-
malıdır; 
vk.com/club152685050 | vk.com/id446425943


168 
-açıq od yanında lampaya yanacaq tökmək və 
boşaltmaq, onu sökmək qadağandır; 
-lampanın odluğunun nippeli vasitəsilə ona yanacaq 
tökərək yandırmaq qadağandır, odluğu o vaxt çıxarmaq olar 
ki, sıxılmış hava buraxılmış olsun; 
-lampada hər hansı nasazlıqlar aşkar edildikdə (tutumdan 
yanacaq sızması, odluğun yivindən qaz sızması, tutumun 
əzilməsi və s.) təcili olaraq bu lampa ilə işləməyi dayandırmalı; 
-lehimləyici lampanın partlamasının qarşısını almaq üçün 
onu həddindən artıq təzyiqləndirmək olmaz; 
-yanan lampanı quyunun içərisinə lehimləyici vedrənin 
içərisində vermək lazımdır. Bundan qabaq qaz analizatoru 
vasitəsilə quyuda qazın olub-olmaması yoxlanılmalıdır. 

Yüklə 4,97 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə