Q a y d a L a r I


D. Dayaq blokunun suya buraxılması



Yüklə 4,97 Mb.
Pdf görüntüsü
səhifə58/204
tarix26.12.2022
ölçüsü4,97 Mb.
#97900
1   ...   54   55   56   57   58   59   60   61   ...   204
АЗЕРБАЙДЖАН нефть (1)

 
D. Dayaq blokunun suya buraxılması 
2.8.13. Dayaq bloku suya layihəyə uyğun buraxılır. Layi-
hənin bir nüsxəsi suya buraxılma işinin rəhbərində olmalıdır. Iş 
vaxtı layihədən kənara çıxmalara yalnız layihənin rəhbəri ilə 
razılaşdırıldıqdan sonra icazə verilir. 
2.8.14. Suya buraxılma işlərinin təşkilinə və təhlükəsiz ye-
rinə yetirilməsinə ümumi rəhbərlik, suya buraxılma işinin rəhbə-
vk.com/club152685050 | vk.com/id446425943


173 
rinə həvalə olunur. Suya buraxılma işlərini yerinə yetirmək üçün 
mühəndis texniki işçilər və briqadalar, tikinti idarəsinin rəhbəri-
nin əmri ilə təyin edilir. Həmin işçilər layihə təşkilatı tərəfindən 
hazırlanmış və yuxarı təşkilat tərəfindən təsdiq edilmiş əsas və-
ziyyətlərə uyğun və suya buraxılma işlərində praktiki təcrübə 
əldə etmək üçün xüsusi proqram əsasında təlimatlandırılmalı-
dırlar. 
2.8.15. Dayaq bloklarının suya buraxılması zamanı üzən 
təminetmə (köməkçi) vasitələrin kapitanları, suya buraxılma 
işinin rəhbərinə tabedirlər. 
2.8.16. Dayaq blokunu qəbul etmək, nəqletmə 
qurğusunun hazırlığını, eləcə də üzən vasitələrin hazırlığını 
yoxlamaq üçün Istehsalat Birliyinin (yuxarı təşkidatın) əmrinə 
əsasən komissiya yaradılır. Həmin komissiya qəbul aktı tərtib 
edir və dayaq blokunun suya buraxılmasına icazə verir. 
2.8.17. Dayaq blokunun suya buraxılması əsasən günün 
işıqlı vaxtında, dənizdə dalğalanma 2 baldan və küləyin sürəti 
10m/san-dən çox olmadıqda yerinə yetirilməlidir. Meydançanın 
işıqlandırılması [211]-ə uyğun olarsa bu işlərin gecə vaxtında da 
görülməsinə icazə verilir. Buraxılış yolu ilə blokun çəkilməsinə 
başlanan andan sayılmaq şərtilə, suya buraxılma işinin 
rəhbərində 2 günlük əlverişli hava haqqında məlumat olmalıdır. 
2.8.18. Dayaq blokları buraxılacaq rayonun akvatoriyası 
kənar üzən və yaxud dəniz dibində olan əşyalardan təmizlən-
məlidir. 
2.8.19. Suya buraxılma işlərinə başlamazdan əvvəl 
qurğunun bucurqadının əyləc sistemi boş və polispastla 
dartılaraq yoxlanmalıdır. Dartılma qüvvəsi dayaq blokunun suya 
buraxılması təlimatında verilməlidir. Bucurqadın elektrik 
intiqalının 
qəza 
yüklənməsində, 
elektrik 
mühərrikinin 
söndürülməsi üçün bloklayıcı olmalıdır. Bucurqadın özülə 
bərkidilməsinə və polispastla dartılıb sınanmasına dair akt tərtib 
vk.com/club152685050 | vk.com/id446425943


174 
edilməlidir. 
2.8.20. Dayaq bloklarının suya buraxılması üçün istifadə 
edilən takelaj tərtibatları sınaqdan çıxarılmalı və onların 
pasport birkaları olmalıdır. 
2.8.21. Polispast sisteminin takelaj telləri dayaq 
blokunda bərkidilmək üçün quraşdırılmış xüsusi yerlərə 
bərkidilməlidir. 
2.8.22. Dayaq blokunu suya buraxmazdan əvvəl işin rəh-
bəri pontonların etibarlı bərkidilməsinə, ballast sisteminin tamlığı-
na (bütövlüyünə) əmin olmalı, siyirtmələrin və döndərici dirsək-
lərin 
işləməsini, 
tıxacların 
bərkidilməsinin 
etibarlılığını 
yoxlamalıdır. 
2.8.23. Buraxılma yollarındakı müşahidəçilərlə buraxılma 
işinin rəhbəri arasında əlaqə radiotelefon və yaxud səsucaldan 
vasitəsilə yaradılmalıdır. Bucurqadlara və qaldırıcı traktorlara 
xidmət edən operatorlar, buraxılma işinin rəhbərinin verdiyi 
siqnalları yerinə yetirməlidirlər. Qəza saxlamaları siqnalı kim 
tərəfindən verilməsindən asılı olmayaraq yerinə yetirilməlidir. 
2.8.24. Dayaq blokunun buraxılması zamanı bucurqadla-
rın və qaldırıcı traktorların idarə postunda operatorlardan 
başqa onların əvəzediciləri də olmalıdır. 
2.8.25. Dayaq blokunun buraxılması zamanı takelaj 
tellənməsinin tros sisteminin təsir ərazisində adamların olması 
qadağandır. 
2.8.26. Dayaq blokunun əlavə üzmə qabiliyyəti qurğusu-
nun pontonları əvvəlcədən möhkəmliyə, sıxlığa və layihə 
üzrə hidravlik üsulla təzyiqə sınaqdan keçirilməlidir. 
2.8.27. Dayaq blokunun əlavə üzmə qabiliyyəti qurğusu-
nun batırmaq və yaxud üfürmək üçün borucuqları suyun 
səthindən ən azı 2m hündürlüyə çıxmalıdır. 
2.8.28. Dayaq blokunun əlavə üzmə qabiliyyəti qurğu-
sunda onun batırılması və yaxud üfürülməsi işi aparılanda 
qurğunun üzərində adamların olması qadağandır. 
vk.com/club152685050 | vk.com/id446425943


175 
2.8.29. Dayaq bloku suya buraxıldıqdan sonra işin 
rəhbəri 
blokun 
suyun 
üzərində 
qalan 
hissələrinin 
konstruksiyasına, dayaq blokunu yedəyə alıb tikinti nöqtəsində 
qoymaq qurğusuna baxış keçirməli, onların saz vəziyyətdə 
olmalarına əmin olmalıdır. Bundan başqa işin rəhbərində 
qurğunun sualtı hissəsinə dalğıc baxış aktı olmalıdır. 

Yüklə 4,97 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə