Q a y d a L a r I


D. DNQT-nin yuxarı quruluşunun blok-modullarının



Yüklə 4,97 Mb.
Pdf görüntüsü
səhifə61/204
tarix26.12.2022
ölçüsü4,97 Mb.
#97900
1   ...   57   58   59   60   61   62   63   64   ...   204
АЗЕРБАЙДЖАН нефть (1)

 
D. DNQT-nin yuxarı quruluşunun blok-modullarının 
quraşdırılması (sökülməsi) 
2.8.62. Blok-modul üzərində ilməkləri bərkitmək üçün 
qurğuların yerləri və ilməklərin uzunluğu, ilməklərin gərilməsi 
zamanı onların blok-modul üzərində qurulmuş avadanlıqlara 
və kommunikasiyalara dəyməsini istisna etməlidir. 
2.8.63. Kran gəmilərinin köməyi ilə tikinti-quraşdırma 
(sökülmə) işlərinin görülməsinə küləyin sürəti 10m/s-dən və 
dənizdə dalğalanma 3 baldan çox olmadıqda icazə verilir. 
Küləyin sürəti artdıqda, (dalğalanma 3 baldan çox olduqda) 
işlər dayandırılmalı və lazım gəldikdə işçilər obyektdən 
çıxarılmalıdır. 
vk.com/club152685050 | vk.com/id446425943


180 
2.8.64. Tikinti zamanı DDÖ-nün yanında xilasetmə 
gəmisi növbə çəkməlidir. Əgər tikilən DDÖ-lərin arasındakı 
məsafə 1,5km-dən artıq deyilsə, onların ikisinin arasında 1 
xilasetmə gəmisi növbə çəkə bilər. Əgər DDÖ-nün yanında 
nəqliyyat-quraşdırma gəmiləri varsa və yaxud tikilən obyektdə 
insanlar yoxdursa xilasetmə gəmisinin növbə çəkməsinə 
ehtiyac yoxdur. 
2.8.65. DDÖ-də ən azı iki minik meydançası olmalı və 
onlar küləyin əsmə istiqamətinin müxtəlifliyi nəzərə alınmaqla 
elə quraşdırılmalıdır ki, adamlar gəmiyə minib düşə bilsinlər. 
2.8.66. Minik meydançalarının şəbəkəli döşəmələri, 
məhəccərli çəpərləri olmalıdır. Minik meydançasından DDÖ-yə 
qalxmaq üçün məhəccərli addım pilləkənləri və suyun 
səthindən 1,5m-ə qədər batırılmış asma pilləkənlər olmalıdır. 
2.8.67. DDÖ-nün blok-modullarının konstruksiyası elə ol-
malıdır ki, o asanlıqla yığılsın (sökülsün), eləcə də DDÖ-nün 
üzərində yerləşdirilmiş qaldırıcı vasitələrin köməkliyi ilə 
avadanlığın dəyişdirilməsi mümkün olsun. 
2.8.68. Blok-modulların qazma və texnoloji kompleks 
avadanlıqları quraşdırıldıqdan, işə salma-sazlama və sınaq 
işləri yerinə yetirildikdən sonra DDÖ-nün qəbul komissiyası 
tərəfindən qəbulu aparılmalıdır. 

Yüklə 4,97 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə