Q a y d a L a r I


D. Estakada tipli qurğuların tikintisi



Yüklə 4,97 Mb.
Pdf görüntüsü
səhifə62/204
tarix26.12.2022
ölçüsü4,97 Mb.
#97900
1   ...   58   59   60   61   62   63   64   65   ...   204
АЗЕРБАЙДЖАН нефть (1)

D. Estakada tipli qurğuların tikintisi
2.8.69. Estakada tikilən sahənin yaxınlığında (ətrafında) 
naviqasiya avadanlığı vasitələri (siqnal üzgəci, çəlləklər və s.) 
qoyulmalıdır. 
2.8.70. Estakadanın, ona birləşən EYM ilə asfalt örtüklü 
dəmir-beton döşəməsi olmalıdır. 
2.8.71. Estakadanın döşəməsi və məhəccərli çəpəri esta-
kadanı tikən mexanizmlər (estakada tikən kran) irəlilədikcə 
onun ardınca qurulmalıdır. Estakadanın tikilib qurtarmış hissəsi 
vk.com/club152685050 | vk.com/id446425943


181 
ilə kran arasındakı məsafə 75m-dən çox olmamalıdır. 
Göstərilən sahədə müvəqqəti döşəmə düzülməli və 
çəpərlənməlidir. Çəpəri olmayan element və konstruksiyaların 
üzəri ilə quraşdırıcıların keçməsinə icazə verilmir. 
2.8.72. Estakadanın işlək hissəsi hər iki tərəfdən maşın 
və mexanizmlərin təkərlərini dəf etmək üçün hündürlüyü 
0,18m-dən az olmayan tirlərlə (bordör) çəpərlənməlidir. 
Estakadanın işlək hissəsinin eni tirlərin kənarlarından 
hesablanmaqla 3,4m-dən (əsaslı təmir olunan estakadada 
3,2m), piyada səkilərinin eni 0,75m-dən az olmamalıdır. 
2.8.73. Xilasetmə dairələrini qoymaq üçün estakada trası 
boyu hər 50m-dən bir yerlər nəzərdə tutulmalıdır. EYM-də xi-
lasetmə dairələri EYM-in çəpəri (perimetri) boyu hər 20m-dən 
bir qoyulmalıdır. 
2.8.74. EYM-də işçilərin istirahəti və qızınması üçün nə-
zərdə tutulmuş otaqlar, vışkanın yaxın qoşa ayaqlarından 
onun hündürlüyündən az olmayan məsafədə yerləşdirilməlidir. 
2.8.75. Estakada tikən kranın və kopyorun meydançaları-
nın döşəməsi bütöv olmalı və taxtadan düzəldilməlidir. 
Döşəmə 130kq-dan az olmayan yükə hesablanmalıdır. 
2.8.76. Işçi vəziyyətində olmayan dirəkvuran avadanlığın 
yıxılmaması üçün onlar etibarlı bərkidilməlidir. 
2.8.77. Dirəkləri sürgüyə (rigel) qoyanda dirəkvuran ava-
danlığın altında durmaq qadağandır. 
2.8.78. Dirəkvuran avadanlıq dayandırıldıqdan sonra 
dirəyin vurulma dərinliyini ölçmək olar. 
2.8.79. Hazırlıq işləri görüldükdən sonra xüsusi tərtibat-
ların köməyi ilə çəp dirəklər vurulmalıdır. 

Yüklə 4,97 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə