Q a y d a L a r I


D. Dayaq blokunun yedəklənməsi



Yüklə 4,97 Mb.
Pdf görüntüsü
səhifə59/204
tarix26.12.2022
ölçüsü4,97 Mb.
#97900
1   ...   55   56   57   58   59   60   61   62   ...   204
АЗЕРБАЙДЖАН нефть (1)

D. Dayaq blokunun yedəklənməsi 
2.8.30. Dayaq blokunu yedəyə alıb tikinti nöqtəsində qu-
raşdırmaq üçün yuxarı təşkilatın əmrinə əsasən bu işdə bir 
başa iştirak edən işin rəhbəri və onun müavinləri təyin 
edilməlidir. 
2.8.31. Dayaq blokunun yedəklənməsi və tikinti 
nöqtəsində 
quraşdırılması, 
qəbul 
edilmiş 
qaydada 
razılaşdırılmış və təsdiq edilmiş layihəyə əsasən yerinə 
yetirilməlidir. Dayaq blokunun yedəklənməsi və tikinti 
nöqtəsində quraşdırılması üçün təlimat, layihənin əsas 
hissəsini təşkil etməlidir. Layihənin bir nüsxəsi işin rəhbərində 
olmalıdır. 
2.8.32. Dayaq blokunun yedəklənməsini Xəzərdənizneft-
donanma Idarəsinin təşkil etdiyi ekspedisiya yerinə 
yetirməlidir. Onlar yedəklənmənin keçid (hərəkət) planını və 
təhlükəsizliyini təmin edən təlimatı hazırlamalıdır. Yedəklənmə 
zamanı gəmilərin və digər üzən qurğuların dəniz şəraitində 
təhlükəsiz yedəklənməsini təmin edən təlimatı rəhbər tutmaq 
lazımdır. 
2.8.33. Dayaq blokunun təhlükəsiz yüklənməsi üçün 
məsuliyyət işin rəhbərinə və onun müavini-ekspedisiyanın 
rəisinə həvalə edilir. 
2.8.34. Dayaq blokunun keçəcəyi istiqamətlərdə dənizin 
dərin olmayan yerləri haqda hidroqrafik məlumat olmalıdır. 
Məlumat olmadıqda əvvəlcədən dərinlik ölçülməli, dənizin di-
vk.com/club152685050 | vk.com/id446425943


176 
bindən çıxa bilən əşyaların olması ehtimalı olan yerlər dalğıc 
müayinəsindən keçməlidir. 
2.8.35. Dayaq blokunun yedəklənməsi zamanı və onun 
lövbərdə dayandığı zaman, gecə vaxtı dayaq bloku yedək 
gəmisinin projektorları ilə işıqlandırılmalıdır. 
2.8.36. Dayaq blokunun yedəklənməsi və qoyulması, 
«Dayaq blokunun yedəklənməsi və tikinti nöqtəsində 
quraşdırılması təlimatı»nda nəzərdə tutulmuş hidrometeoroloji 
şərtlərə uyğun yerinə yetirilməlidir. Işin rəhbərinin layihədə 
nəzərdə tutulmuş işin yerinə yetirilmə vaxtına bərabər vaxt 
ərzində yaxşı hava olacağı haqda məlumatı olmalıdır. Yaxşı
hava olmadıqda dayaq blokunun yedəklənməsinə başlamaq 
qadağandır. Küləyin güclənəcəyi haqda məlumat alındıqda,
dayaq bloku yedəyə alınıb layihədə nəzərdə tutulmuş 
daldalanacağa aparılmalı, orada yedəklərin və bərkidicilərin 
vasitəsilə saxlanılmalıdır. 
2.8.37. Dayaq blokunun tikinti nöqtəsinə çatma vaxtına 
yaxın əlverişsiz hava şəraiti (dalğalanma 3 baldan yuxarı, 
küləyin sürəti 10m/san-dən yuxarı) məlumatı alınarsa, işin 
rəhbəri dayaq blokunu fırtınadan qorumaq üçün onun
təhlükəsiz yerə gətirilməsinə dair tədbir görməlidir. 
2.8.38. Dayaq blokunun yedəklənməsi zamanı onun üzə-
rində adamların olması qadağandır. 
2.8.39. Dayaq blokunun tikinti nöqtəsinə çatması ərəfəsin-
də bu rayonda layihədə nəzərdə tutulmuş üzən vasitələr olma-
lıdır. 
2.8.40. Sualtı-texniki və dalğıc işləri zamanı dayaq bloku-
nun yerinin dəyişdirilməsi, eləcə də üzən vasitələrin ona yaxın-
laşması və yan alıb bərkidilməsi qadağandır. 
2.8.41. Üzmə qabiliyyətinə malik olmayan dayaq bloklarının 
nəqli və qoyulması, kran-quraşdırma gəmisinin göyərtəsində və 
vk.com/club152685050 | vk.com/id446425943


177 
yaxud dönə bilən endirmə qurğusu ilə təchiz edilmiş xüsusi nəq-
liyyat-endirici barjalardan istifadə etməklə yerinə yetirilməlidir. 
DNQT-nin metal konstruksiyalarının nəqli üçün istifadə 
edilən gəmilərin, dənizin dalğalanması zamanı onların 
yerdəyişməsinin qarşısını almaq məqsədi ilə, göyərtə boyu 
metal konstruksiyaların yığılması və bərkidilməsi üçün tərtibatı 
olmalıdır. 
2.8.42. DNQT-nin blok modulları və metalkonstruksiyala-
rı kran-quraşdırma gəmisinin və yaxud yedək üzən 
vasitələrinin göyərtəsinə bərkidilməlidir. Bərkidilmiş hissələr 
əllə asanca sökülə bilən olmalıdır. 
2.8.43. Dayaq bloku üzən vasitələrin göyərtəsinə etibarlı 
bərkidilməlidir. 

Yüklə 4,97 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə