Q a y d a L a r I


 Dəniz hidrotexniki qurğularının tikilməsi və təmiri



Yüklə 4,97 Mb.
Pdf görüntüsü
səhifə57/204
tarix26.12.2022
ölçüsü4,97 Mb.
#97900
1   ...   53   54   55   56   57   58   59   60   ...   204
АЗЕРБАЙДЖАН нефть (1)

2.8. Dəniz hidrotexniki qurğularının tikilməsi və təmiri 
2.8.1. Quraşdırılmaq üçün təyin olunmuş məmulatlar və 
konstruksialar quraşdırılma ardıcıllığına uyğun şəkildə yerləşdi-
rilməlidir. Məmulatların (konstruksiyalar) markalanmış üzləri 
keçidə tərəf olmalıdır. 
2.8.2. Blokların bir tipli qovşaqları və detalları quraşdırma 
sahəsində bir-birinin üzərinə elə yığılmalıdır ki, onların ele-
mentləri arasında əmələ gələn keçidlər onları yığıma 
hazırlamağa imkan versin. 
2.8.3. DNQT-nin metal konstruksiyalarıını hazırlayan qu-
raşdırıcıların yüksəklikdə işləmələrinə icazələri olmalıdır. 
2.8.4. Dayaq bloklarının hazırlanması üzrə tikinti-quraş-
dırma işləri, müəssisənin əmri ilə təyin edilmiş cavabdeh 
işçinin rəhbərliyi altında aparılmalıdır. 
2.8.5. Cavabdeh şəxs, metal konstruksiyaların quraşdırıl-
masına başlamazdan əvvəl, quraşdırıcıları, işin aparılması ardı-
cıllığı və təhlükəsiz yerinə yetirilməsi tədbirləri ilə tanış 
etməlidir. 
2.8.6. Dayaq blokunun qoyulmasından əvvəl yeni 
buraxılış yolları üçün sahil hissəsinin tikinti işləri tam yerinə 
yetirilməli, əvvəlki buraxılış yollarının texniki vəziyyəti dayaq 
blokunun quraşdırma yüklərinə uyğun yoxlanmalıdır. Dayaq 
vk.com/club152685050 | vk.com/id446425943


172 
blokunun tikinti rəhbərinə göstərilən işlərin tam və keyfiyyətlə 
yerinə yetirilməsini təsdiq edən sənədlər təqdim olunmalıdır. 
2.8.7. Konstruksiyaların 
ilməklənməsi 
quraşdırma 
işlərinin layihəsində nəzərdə tutulmuş tələblərə uyğun olaraq 
yerinə yetirilməlidir. 
2.8.8. Iş yerində, DNQT-nin hər bir qaldırılan metal-
konstruksiyasının ilməklənməsinin sxemləri və düyünləri 
olmalıdır. 
2.8.9. Konstruksiyaların qaldırılması və endirilməsi, təhlü-
kəli zonadan işçilər çıxdıqdan sonra yerinə yetirilməlidir. 
Təhlükəli zonanın sərhəddi, işlərin yerinə yetirilməsi layihəsi 
ilə müəyyən edilir. 
2.8.10. Dayaq bloklarının yığılması zamanı yüksəklikdə 
metalkonstruksiyaların quraşdırılması və qaynaq edilməsi üçün 
xüsusi səkilərdən (məhəccərli çəpəri olan işçi meydança), 
qaldırıcılardan istifadə edilməlidir. 
2.8.11. DNQT-nin dayaq bloklarının yastı panellərinin şaquli 
vəziyyətə döndərilməsi və yığılması əməliyyatında, quraşdırma-
yığma meydançasında istifadə edilən bütün yükqaldırma vasi-
tələrinin və bucurqadların sinxron işləməsi təmin olunmalıdır. 
2.8.12. Şaquli vəziyyətdə qoyulmuş yastı panellərin mü-
vəqqəti bərkidilməsi üçün bərk dayaqlardan istifadə 
edilməlidir. 

Yüklə 4,97 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə