Q a y d a L a r I


DƏNIZ ŞƏRAITI ÜÇÜN ƏLAVƏ TƏLƏBLƏR



Yüklə 4,97 Mb.
Pdf görüntüsü
səhifə56/204
tarix26.12.2022
ölçüsü4,97 Mb.
#97900
1   ...   52   53   54   55   56   57   58   59   ...   204
АЗЕРБАЙДЖАН нефть (1)

DƏNIZ ŞƏRAITI ÜÇÜN ƏLAVƏ TƏLƏBLƏR 
(Tikinti – quraşdırma və təmir işləri) 
 
2.7. Ümumi tələblər 
2.7.1. DNQT-nin konstruksiyaları qurğuların verilmiş 
nöqtəyə nəqli və istismarı zamanı

66, 67, 68, 69

-un 
müəyyən etdiyi normalara və qaydalara uyğun olaraq onlara 
təsir edən qüvvələrə davam gətirməlidir. 
2.7.2. Quraşdırma-yığma işlərini aparmaq üçün 
nümunəvi layihə aşağıda göstərilənləri özündə əks 
etdirməlidir: 
-iş yerlərinin və keçidlərin təşkilini; 
-texnoloji əməliyyatların ardıcıllığını; 
-işlərin təhlükəsizliyi üçün üsulları və tərtibatları; 
-quraşdırma mexanizmlərinin təsir zonalarını və yerləş-
dirilməsini; 
-ilməklənmiş blokun müxtəlif vəziyyətlərində ilməklərə 
vk.com/club152685050 | vk.com/id446425943


169 
düşən qüvvələri. 
2.7.3. DNQT-nin ölçüləri, «küt» şəkildə qazılacaq quyula-
rın sayı, onların arasındakı məsafə və yerləşməsi, yatağın geo-
loji quruluşu, iqtisadi amillər və quyuların texnologiyasında 
əldə edilmiş nailiyyətlər nəzərə alınmaqla konkret olaraq hər 
yataq üçün işlənilmiş layihəyə əsasən təyin edilir. 
2.7.4. Quyuların eyni zamanda qazılması və istismarı 
üçün blok-modul tipli çox radiuslu DDÖ-nün konstruksiyası, 
istismar edilən quyuların quyu ağızlarının, texnoloji istismar 
avadanlıqlarının və qazılan quyuların tullanışa qarşı 
avadanlıqlarının aşağı yarusda, qazılan quyu ağızlarının və 
qazma avadanlıqlarının yuxarı yarusda yerləşməsini təmin 
etməlidir. 
2.7.5. Tikiləcək DNQT-nin tikilmiş DNQT-lə estakada va-
sitəsilə əlaqəsi yoxdursa, onların arasındakı məsafə 250m-dən 
az olmamalıdır. EYM-lər arasındakı məsafə 100m-dən az olma-
malıdır.
2.7.6. Istismar prosesində baxış keçirmək və təmir 
işlərini aparmaq üçün döşəmə altındakı metal konstruksiyalara 
yaxınlaşmaqdan ötrü bütün növ qurğularda (DNQT-lərdə) 
daimi keçidlər və yaxud inventar tərtibatlar (daşınan asma 
nənnilər, döşəmələr) olmalıdır. Keçidlərə təhlükəsiz düşmək 
üçün xüsusi qurğular (meydançalı pilləkən) nəzərdə 
tutulmalıdır. Bu qurğular, EYM-də və DDÖ-də (dənizin 
dərinliyi 40 metrə qədər olduqda) 2 ədəddən az olmamalı, 
dərin DDÖ-rinın hər dayaq bloku üçün 1 ədəd və estakada 
boyu hər 80-100m-dən bir olmalıdır. 
2.7.7. DNQT-nin hər yarusu onun perimetri boyu metal 
məhəccərli çəpərlə çəpərlənməlidir. Bu çəpərlər kran 
gəmilərinin yan aldığı tərəfdən çıxarılıb-taxılan olmalıdır. 
2.7.8. DNQT-nin tikintisi, istismarı və yaxud təmiri 
zamanı bir işçinin tək olaraq hər hansı bir iş görməsi 
qadağandır. Bu işləri ən azı iki işçi yerinə yetirməlidir. 
vk.com/club152685050 | vk.com/id446425943


170 
2.7.9. DNQT-nin quraşdırılması (sökülməsi) zamanı onun 
yanında kran gəmisi yoxdursa, qurğularda fəhlələrin istirahəti 
və qızınması üçün müvəqqəti mədəni budka, iş paltarlarının 
qurudulması üçün otaq, sanitariya qovşağı və qadınların şəxsi 
gigiyenası üçün otaq quraşdırılmalıdır. 
2.7.10. DNQT-nin tikintisi və təmiri zamanı gecə növbə-
sində iş yerləri su-toz keçirməyən projektorlar və çıraqlarla 
işıqlandırılmalıdır. 
Projektorlar 
DNQT-nin 
döşəməsinin 
səthindən ən azı 6m hündürlükdə quraşdırılmalıdır. Iş 
yerlərinin işıqlandırılması 

211

-ə uyğun olmalıdır. 
2.7.11. Metal konstruksiyaların quraşdırılması zamanı 
qaynaq tikişlərini müvafiq vəsiqəsi olan qaynaqçılar layihədə 
nəzərdə tutulmuş qaynaq materialları və avadanlığından 
istifadə etməklə yerinə yetirilməlidirlər. 
Qaynaqçıların soyadları və vəsiqələrinin nömrələri qəbul-
təhvil aktına əlavə edilən icraçı texniki sənədlərdə göstərilməlidir. 
2.7.12. Qurğunun su üzərindəki hissələrində qaynaq 
işləri, hündürlüyü 1m-dən az olmayan məhəccərli çəpəri olan 
asma meydançadan və yaxud nənnidən istifadə etməklə ikinci 
işçinin müşahidəsi altında yerinə yetirilməlidir. Açıq iş 
yerlərində qaynaq işlərinin ancaq bu iş üçün ayrılmış bağlı 
(örtüyü olan) yerdə aparılmasına icazə verilir. 
2.7.13. DNQT-nin tikintisi (sökülməsi) zamanı, eləcə də 
onlarda korroziyaya qarşı mübarizə işləri aparıldığı zaman, iş 
aparılan sahələrdə mühafizəçi olmalıdır. Iş yerində hər bir işçi 
üçün xilasetmə kəməri və kəndirdən tutacaqları olan 2-3 ədəd 
xilasetmə dairələri qoyulmalıdır. 
2.7.14. DNQT layihəyə tam uyğun olaraq istismara veril-
məlidir. Tikintisi başa çatmış EYM-lər və bir yaruslu DDÖ-lər, 
onların üzərində texnoloji avadanlığın quraşdırılmasına qədər 
dövlət nəzarət orqanlarının iştirakı ilə təyin edilmiş xüsusi ko-
missiya tərəfindən yerindəcə qəbul edilməli və qəbul təhvil 
aktı ilə rəsmiləşdiriliməlidir. 
vk.com/club152685050 | vk.com/id446425943


171 
Qəbul-təhvil aktına icraçı texniki sənədlər, gizli (qapalı) 
işlərin aktı, dalğıc müayinəsi, eləcə də qurğunun pasportu 
əlavə edilməlidir. 
2.7.15. Texnoloji bloku mənzil-məişət kompleks bloku ilə
birgə olan DDÖ-də yaşayış blokunun quyu ağzına olan tərəfi,
su pərdəsi (vodyanaya zavesa) sistemi ilə təchiz edilməlidir 
(yanğın təhlükəsizliyi baxımından). 
2.7.16. DNQT-nin dayaq bloklarına (su üstündə və su al-
tında olan hissələr) hər il baxış keçirilməlidir. 

Yüklə 4,97 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə