Q a y d a L a r I


Yükqaldırma qurğularının (vışkaların, dorların) və



Yüklə 4,97 Mb.
Pdf görüntüsü
səhifə53/204
tarix26.12.2022
ölçüsü4,97 Mb.
#97900
1   ...   49   50   51   52   53   54   55   56   ...   204
АЗЕРБАЙДЖАН нефть (1)

Yükqaldırma qurğularının (vışkaların, dorların) və
qazma avadanlıqlarının nəqli 
vk.com/club152685050 | vk.com/id446425943


159 
2.5.131. Qazma vışkalarının şaquli vəziyyətdə və qazma 
avadanlıqlarının iri bloklarla nəql etdirilməsi

221, 222

-in 
tələblərinə müvafiq yerinə yetirilməlidir. 
2.5.132. Iri blokların qazma vışkası ilə birlikdə və ya vış-
kanın ayrıca şaquli vəziyyətdə nəqlinin layihəsi, trasın aidiyyatı 
(marağı) olan bütün təşkilatlarla razılaşdırılmasından sonra 
vışkaquraşdırma işlərini yerinə yetirən təşkilatın rəhbərliyi tə-
rəfindən təsdiq edilməlidir. Mobil qazma qurğularının 
bloklarının nəqli müəyyən edilmiş qaydada aparılmalıdır. Işlər, 
belə işlərə rəhbərlik etməyə icazəsi olan cavabdeh 
mütəxəssisin rəhbərliyi altında yerinə yetirilməlidir. 
Layihədə aşağıdakılar öz əksini tapmalıdır: 
-avadanlığın nəqli üsulu; 
-avadanlığın hərəkət etdirilmə trası, saxlayıcı və 
qoruyucu texnikanın hərəkət yolu; 
-xəndəklərin, yarğanların, trasın düzləndirilməsinin, o 
cümlədən kəsilmiş meşədə, yolun o biri tərəfinə keçdikdə, 
EVX-ni, su səddini dəf etməyin üsulları; 
-əsas və köməkçi texnikanın sayının müəyyən edilməsi; 
-avadanlığın nəqlində iştirak edən briqada üzvlərinin sayı 
düzülməsi, EVX-ni istismar edən təşkilatın, dəmir yolunun 
(onları kəsib keçmə hallarında) nümayəndəsinin iştirakı. 
2.5.133. Qazma vışkaları və qazma avadanlıqlarının iri 
blokları, bilavasitə vışkaquraşdırma sexinin rəisinin və ya iş 
icraçısının rəhbərliyi altında nəql olunmalıdır. Nəql olunan ava-
danlıq EVX trasını kəsib keçdikdə bu EVX-ni istismar edən 
təşkilatın nümayəndəsinin iştirakı vacibdir. 
2.5.134. Qazma vışkasının hərəkət etdirilmə yolu yerüstü 
qurğulardan (binalar, dəmir yolu və s.) kənarda, həmçinin 
hava EVX-nin mühafizə zonasından vışkanın hündürlüyündən 
10m-dən az olmayan bir məsafədə salınmalıdır. 
Bu tələbin yerinə yetirilməsi mümkün olmadıqda, 
yanından keçiləcək (ötüb keçiləcək) qurğunun əks tərəfində 
vk.com/club152685050 | vk.com/id446425943


160 
bu qurğunu keçən zaman vışkanın traktorla saxlanması üçün 
əlavə dartıcı qoyulmalıdır. Yüksək gərginlikli elektrik xətlərinə 
qədər olan minimal məsafə 

223

və 

32

-nin tələblərinə 
uyğun olmalıdır. 
vk.com/club152685050 | vk.com/id446425943


161 
2.5.135. Qazma vışkası və blokların hərəkət yolu, 
hərəkət istiqamətində yolun solunda trasdan 5m məsafədə 
sıra ilə düzülmüş payacıqlarla qeyd edilməlidir. 
Payacıqlar trasın yaxşı görünməsini təmin etməli, yolun 
düz və açıqlıq sahələrində, bir-birindən 100m-ə qədər 
məsafədə, döngələr və bağlı yerlərdə isə trasın görünməsini 
təmin edən məsafədə qoyulmalıdır. 
Qeyd: 
Yaxşı görünən səmtdə payacıqların qoyulması 
vacib deyildir. 
2.5.136. Trasın bölünməsində bütün döngələr böyük 
radiuslarla işarə edilməlidir ki, qazma vışkası və blokların 
hərəkəti zamanı onların döndərilməsini dərhal (bir dəfəyə) 
həyata keçirmək mümkün olsun. 
2.5.137 Qazma vışkası və qazma avadanlıqlarının iri 
bloklarını hərəkət etdirməyə başlamazdan əvvəl cavabdeh iş 
rəhbəri trasın hazırlığını yoxlamalıdır. 
2.5.138. Vışkanın hərəkət etdirilməyə hazırlanması üzrə 
briqadanın və vışkanın daxilində işləyən avadanlıqlara xidmət 
briqadasının eyni vaxtda işləməsi qadağandır. 
2.5.139. Qazma 
vışkasının 
hərəkət 
etdirilməyə 
hazırlanması işinə yalnız aşağıdakılar təmin olunduqda 
başlanıla bilər: 
-nəql olunacaq tras üzrə elektrik xəttini istismar edən 
təşkilatın işçiləri olduqda; 
-elektrik cərəyanını kəsdikdən, gərginlik verilməsi 
mümkün olan bütün tərəflərdən kabellər və hava EVX-nin 
kəsilməsi yazılı surətdə təsdiq edildikdən sonra; 
- qazma avadanlıqları və vışka ətrafı qurğular (tikililər) 
söküldükdən sonra. 
2.5.140. Qazma vışkasının özüldən götürülməsinə, yalnız 
quyu ağzındakı armaturun siyirtməsini bağladıqdan və atqı 
xəttini ayırdıqdan sonra başlamaq olar. Bu zaman fontan 
vuran quyu boğulmalıdır. 
vk.com/club152685050 | vk.com/id446425943


162 
2.5.141. Qazma vışkasının özüldən götürülməsi zamanı 
neftqazçıxarma müəssisəsi nümayəndəsinin iştirakının zərurili-
yini Istehsalat Birliyi (yuxarı təşkilat) Azdövdağtexnəzarət 
Komitəsi ilə razılaşdırdıqdan sonra müəyyən etməlidir. 
2.5.142. Qazma vışkasını şaquli vəziyyətdə nəql edən za-
man onu aşmadan qorumaq üçün AzDƏMTTETI tərəfindən iş-
lənilmiş və traktor-dartıcıya bərkidilmiş xüsusi tərtibatdan 

224

-dən istifadə edilməlidir. 
2.5.143. Bütün tipli qazma vışkalarını şaquli vəziyyətdə 
hərəkət etdirməyə başlamazdan əvvəl tal bloku ya vışkanın 
ayağı və ya kəmərinə (2-ci yarusdan yuxarı olmamaq şərti ilə) 
möhkəm bərkidilməli, ya da döşəməyə uzadılmalı və 
bərkidilməlidir. 
2.5.144. Qazma vışkasının və blokların hərəkət 
etdirilməsi zamanı bilavasitə bu işlə əlaqəsi olmayan 
adamların vışkanın hündürlüyündən 10m-dən az olan 
məsafədə dayanması qadağandır. Həmçinin blokları hərəkət 
etdirərkən dartıcı və qoruyucu kanatların, ağır yükdaşıyanların 
işlək hissələri və başqa nəqliyyat vasitələrinin yaxınlığında 
adamların dayanması qadağandır. 
2.5.145. Qazma vışkasının aşağı (quraşdırma) kəmər 
olmadan özüldən götürülməsi, hərəkət etdirilməsi və özül 
üzərinə qoyulması qadağandır. 
Quraşdırma kəmərinin, vışka hərəkət etdirilərkən yalnız 
quyu ağzında yerləşən armaturdan çıxarılmasına icazə verilir. 
2.5.146. Hərəkət etdiriləcək qazma vışkasından traktora 
qədər olan məsafə vışkanın hündürlüyündən 10m artıq 
olmalıdır. Əgər yerli şəraitə görə bu tələbi yerinə yetirmək 
mümkün deyilsə, onda əks tərəfdən əlavə traktor tətbiq 
etməklə, bu məsafənin azaldılmasına icazə verilir. Bu 
traktordan gələn dartıcının ucu vışkanın yuxarı hissəsinə 
bərkidilməlidir. 
2.5.147. Qazma vışkasını saxlayan traktorlar yoxuşu qal-
vk.com/club152685050 | vk.com/id446425943


163 
xarkən vışkadan qabaqda trasdan 25m-dən az olmayan məsa-
fədə onun yan tərəfində irəliləməlidirlər. 
2.5.148. Qazma vışkasını yeni nöqtədə quraşdırmaq 
üçün bütün hazırlıq işləri onu hərəkət etdirməyə başlamazdan 
əvvəl yerinə yetirilməlidir. 
2.5.149. Nəql zamanı qazma vışkası bərabərtərəfli üçbu-
cağın bucaqlarına doğru yönəldilmiş üç dartıcı ilə saxlanılmalı 
və bunun mərkəzində yerləşməlidir. 
2.5.150. Qazma vışkasının özül üzərində tam qoyulması 
və onun mərkəzləşdirilməsi daimi dartıcılar bərkidildikdən 
sonra yerinə yetirilməlidir. 
2.5.151. Lafetlərin və ağır yükdaşıyanların blokun 
daşıyıcı tirinin altına qoyulub çıxarılması zamanı lafetdə, ağır 
yükdaşıyanda və onların hərəkət yolunda kimsənin olması 
qadağandır. 
2.5.152. Blok qaldırılmamışdan əvvəl, daşıyıcı tir lafetə 
və ya ağır yükdaşıyana blokun, lafet və ya ağır yükdaşıyanın 
konstruksiyasında nəzərdə tutulmuş xüsusi tərtibatın köməyi 
ilə bərkidilməlidir. 
2.5.153. Blokun lafet və ya ağır yükdaşıyan üzərinə qo-
yulması üçün qaldırılması, habelə onun özül üzərinə 
endirilməsi domkrat-arabaların eyni zamanda səlis işləmələri 
ilə yerinə yetirilməlidir. 
2.5.154. Blok domkratlarla qaldırıldıqdan sonra 10-15 
dəqiqə asılı vəziyyətdə qalmalı, sonra hidropnevmosistemin 
kipliyini, 
daşıyıcı 
tirlər, 
bəndlər 
və 
birləşmələrin 
zədələnmədiklərini, deformasiyaya uğramadıqlarını nəzərdən 
keçirmək yolu ilə yoxlamaq lazımdır. 
2.5.155. Bloku tormozlamaq üçün qürğü olmadıqda, 
onun enişlərdə qabaqdakı traktora dəyməsinin qarşısını almaq 
məqsədi ilə blokun arxa hissəsinə əlavə traktorlar bərkitmək 
lazımdır. 
Traktorların sayı blokun çəkisi, lafetin və ya ağır yükdaşı-
vk.com/club152685050 | vk.com/id446425943


164 
yanın konstruksiyası, yerin mailliyi və torpağın vəziyyətindən 
asılı olaraq müəyyən edilir. 
2.5.156. Blok qaldırıldıqda və istismar avadanlığı quraşdı-
rılmış quyu ərazisindən kənara dartıldıqda, avadanlığın 
zədələnməsinə imkan verməyən tədbirlər görülməlidir. 
Istismar avadanlığı armaturunun hündürlüyü vışkaaltı 
əsasın tirinin fermasından 0,5m-dən az olmayaraq aşağı 
olmalıdır. 

Yüklə 4,97 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə