Q a y d a L a r I


Istismar vışkalarının, dorların (eklipslərin)



Yüklə 4,97 Mb.
Pdf görüntüsü
səhifə51/204
tarix26.12.2022
ölçüsü4,97 Mb.
#97900
1   ...   47   48   49   50   51   52   53   54   ...   204
АЗЕРБАЙДЖАН нефть (1)

Istismar vışkalarının, dorların (eklipslərin)
quraşdırılması və sökülməsi 
vk.com/club152685050 | vk.com/id446425943


148 
2.5.57. Istismar yükqaldırma qurğularının (vışkalar, dor-
lar, eklipslər) quraşdırılması və sökülməsi 

223

-ün tələblərinə 
uyğun aparılmalıdır. 
2.5.58. Istismar yükqaldırma qurğularını (vışkalar, dorlar, 
eklipslər) quraşdırmaq üçün təyin edilmiş işçi meydança əvvəl-
cədən: 
-yerüstü və yeraltı boru kəməri və kabellərdən təmizlən-
məli; 
-ağacdan, koldan və otlardan təmizlənməli; 
-50m-dən az olmayan radiusda hamarlanmalı; 
-giriş və çıxış yolları ilə təchiz edilməlidir. 
2.5.59. Əgər istismar yükqaldırma qurğusunun quraşdı-
rıldığı zonadakı quyuları, şurfları və açıq neft-yığım torpaq 
anbarlarını doldurmaq mümkün deyilsə, onlar örtülməli və ya 
çəpərlənməlidirlər. 
2.5.60. Yolların qurulması, işçi meydançanın hamarlan-
ması və hazırlanması, torpağın işlənməsi, avadanlıq üçün özül 
tökülməsi və dayaq qurulması inşaat norma və qaydalarının 
tələblərinə uyğun olaraq yerinə yetirilməlidir. 
2.5.61. Fəaliyyətdə olan kommunikasiyalar yerləşən 
zonada torpaq işlərinin aparılmasına, ancaq onları istismar 
edən təşkilatın yazılı icazəsi və əldə həmin sahənin kommuni-
kasiyalarının sxemi olduqda, icazə verilir. 
Idarə edilməsində xüsusi vəsiqə tələb edilən yerqazan və 
başqa maşınlardan istifadə edilərkən cavabdeh iş rəhbərləri 
tərəfindən işə başlamazdan əvvəl iş icraçılarında da belə 
vəsiqələrin olması yoxlanılmalıdır. 
2.5.62. Tikinti meydanına gətirilmiş avadanlıq və 
materiallar səmərəli sxem üzrə yerləşdirilməlidir. Burada 
avadanlıq, işdə istifadə ediləcək maşın və mexanizmlər üçün
keçid saxlamaqla, quraşdırılacağı yerə yaxın məsafədə 
qoyulmalıdır. 
vk.com/club152685050 | vk.com/id446425943


149 
2.5.63. Işçi meydançaya giriş, avadanlıq və materialların 
daşınma yolları başqa əşyalarla tutulmamalıdır. 
2.5.64. Mədəni budka və digər köməkçi otaqlar, quraş-
dırılacaq vışkanın, dorların (eklipslərin) layihə hündürlüyündən 
10m-dən az olmayan məsafədə yerləşdirilməlidir. 
2.5.65. Müəssisənin baş mühəndisi tərəfindən təsdiq 
edilmiş siyahıda göstərilmiş çox təhlükəli işlər, iş yerlərinin 
ilkin yoxlanmasından və əldə icazə olduqdan sonra işin 
rəhbəri və ya cavabdeh icraçı tərəfindən aparılmalıdır. 
2.5.66. Qülləli tipli istismar vışkalarının quraşdırılması və 
sökülməsi 

223

-ün tələblərinə uyğun aparılmalıdır. 
2.5.67. Dorun (eklipsin) quraşdırılması ancaq mancanaq 
dəzgahı dayandırıldıqdan, qidalandırıcı elektrikötürmə xəttində 
gərginlik götürüldükdən və bu haqda elektrikötürmə xətlərinin 
istismarına cavabdeh işçidən yazılı surətdə təsdiqedici sənəd 
alındıqdan sonra aparılmalıdır. 
2.5.68. Dor (eklips) yığılmış vəziyyətdə, bucurqadın və 
ya traktor-qaldırıcının vasitəsi ilə qaldırılmalıdır. 
Dorun (eklipsin) aşmasının qarşısını almaq üçün qaldırıl-
ma zamanı əks tərəfdə traktor-qaldırıcı (bucurqad) və ya 
lövbərə bərkidilmiş 2 dartıcı qurulmalıdır. Dorun (eklipsin) 
traktor-dartıcı və avtomobillərlə qaldırılması qadağandır. 
2.5.69. Dorun (eklipsin) qaldırılması üçün tətbiq edilən 
bucurqad və ya traktor-qaldırıcı dorun(eklipsin) özülündən 
onun hündürlüyündən 10m-dən az olmayan məsafədə 
yerləşdirilməli və etibarlı bərkidilməlidir. 
2.5.70. Qaldırıcı kanat dordan (eklipsdən) ancaq onun özü-
lü binövrəyə, dartıcılar isə lövbərə bərkidildikdən sonra 
çıxarılmalıdır. 
2.5.71. Dorun (eklipsin) quraşdırılması və sökülməsi 

223

-ün tələblərinə uyğun aparılmalıdır. 

Yüklə 4,97 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə