Q a y d a L a r I


Qülləli və dor (A-ya bənzər) tipli qazma vışkalarının



Yüklə 4,97 Mb.
Pdf görüntüsü
səhifə49/204
tarix26.12.2022
ölçüsü4,97 Mb.
#97900
1   ...   45   46   47   48   49   50   51   52   ...   204
АЗЕРБАЙДЖАН нефть (1)

Qülləli və dor (A-ya bənzər) tipli qazma vışkalarının
quraşdırılması və sökülməsi 
2.5.13. Qülləli və dor (A-ya bənzər) tipli qazma 
vışkalarının quraşdırılması və sökülməsi 

221, 222

-in 
tələblərinə müvafiq aparılmalıdır. 
vk.com/club152685050 | vk.com/id446425943


142 
2.5.14. Qülləli və dor (A-ya bənzər) tipli qazma 
vışkalarının quraşdırılması və sökülməsi işlərini briqadirin (iş 
icraçısının) rəhbərliyi altında yerinə yetirmək lazımdır. 
2.5.15. Quraşdırılacaq qülləli və dor (A-ya bənzər) tipli 
vışkaların bütün hissə və bərkitmə bəndləri iş icraçısı və ya 
briqadir tərəfindən yoxlanılmalı, aşkar edilmiş qüsurlar aradan 
qaldırılmalıdır. 
2.5.16. Qülləli və dor (A-ya bənzər) tipli vışkaların quraş-
dırılmasında və sökülməsində, pasport üzrə nominal yükqaldır-
ma qabiliyyəti, quraşdırma və sökülmə prosesində maksimum 
yükdən az olmayan qaldırıcılar və bucurqadlar tətbiq edilmə-
lidir. 
 
Qülləli tipli qazma vışkalarının
quraşdırılması və sökülməsi 
2.5.17. Qaldırıcı yığılmamışdan əvvəl vışkaquraşdırıcılar 
əsasın üfqiliyini yoxlamalıdırlar. Aşkar edilən qeyri üfqilik ara-
dan qaldırılmalıdır. 
2.5.18. Yığılmadan əvvəl qaldırıcının bütün hissə və
bəndləri nəzərdən keçirilməli, diqqət yetirilməli ki: 
-qoruyucu qurğu bloklarının kanat qasnağı və istiqamət-
ləndirici diyircəklər əl ilə sərbəst fırlansınlar; 
-yağlayıcı qurğular yağları saxlasınlar; 
-bərkidici qurğuların yiv birləşmələri saz olsun; 
-metal konstruksiyaların oxları düzxətli olsun; 
-dirəklər əzilmiş olmasın; 
-vışkaquraşdırıcıların hündürdə işləmələri üçün taxtalar 
kifayət qədər möhkəm olsun; 
-kəndirlər saz olsun. 
vk.com/club152685050 | vk.com/id446425943


143 
2.5.19. Vışka qaldırıcısı üfqi düzlənmiş meydanda 
möhkəm dayaq və ya quraşdırılacaq vışka özülü üstündə 
quraşdırılmalı və polad kanat dartıcılarla bərkidilməlidir. 
2.5.20. Vışka qaldırıcısının tal sistemi ilə təchizi üfqi 
vəziyyətdə hər iki köndələn tirin (travers) eyni vaxtda 
qaldırılmasını təmin etməlidir. Vışka qaldırıcısının qoruyucu 
qurğusu olmadan vışkanın quraşdırılması və sökülməsi 
qadağandır. 
2.5.21. Vışka qaldırıcısı yığılarkən onun başlığı altına 
dirək parçası və ya xüsusi metal ayaqaltı qoyulmalıdır. Bu 
məqsəd üçün təsadüfi əşyaların tətbiqi qadağandır. 
2.5.22. Növbəti bölməni qaldırıb-endirməzdən əvvəl 
vışka qaldırıcısı tirinin aparıcı müstəvisinin və aparıcı borunun 
üfqiliyini yoxlamaq lazımdır. Tirlərdən birinin üfqiliyi pozularsa, 
onun vəziyyətini uyğun tal kanatlarını dartmaqla düzəltməli. 
2.5.23. Vışkanın quraşdırılmasına başlamazdan əvvəl da-
şıyıcı borularda dairəvi prokatdan hazırlanmış xüsusi qarmaq-
cıqdan qalınlığı 50-80mm, eni 0,6m və uzunluğu 8m olan 
taxta səki (ayaqaltı) asmaq lazımdır. 
Quraşdırılacaq bölmələrin yuxarı hissələrinin quraşdırıl-
ması üzrə bütün işlər ancaq xüsusi səkilərdən yerinə 
yetirilməlidir. 
2.5.24. Vışkaquraşdırıcılar hər növbəti bölməni qaldırıb-
endirməzdən əvvəl onu yoxlamalıdırlar. Bölmələrdə bərkidil-
məmiş qalmış əşya və alətlər yığışdırılmalıdır. 
2.5.25. Növbəti bölmə qaldırılıb-endirilən zaman vışkaqu-
raşdırıcılar qaldırılacaq bölmənin hündürlüyündən 10m-dən az 
olmayan məsafəyə çəkilməlidirlər. 
Qaldırıcı mexanizmi idarə edən briqadir vışka özülündən 
10m-dən az olmayan məsafədə dayanmalıdır. 
2.5.26. Vışka hissələri və bütün materiallar möhkəm 
bərkidilmiş əyləc qurğusu olan, vışkanın hüdudlarından 20m-
vk.com/club152685050 | vk.com/id446425943


144 
dən yaxın olmayan məsafədə quraşdırılmış bucurqad vasitəsi 
ilə və ya qaldırıcı-traktorla qaldırılıb-endirilməlidir. 
2.5.27. Işdə fasilə zamanı vışkanın quraşdırılmış hissəsi 
tirin üstünə qoyulmalı və diaqonal müstəvilərdə yerləşən 4 
ədəd dartıcı ilə bağlanmalıdır. 
2.5.28. Quraşdırılmış vışkanın özülünün diaqonal ölçüləri-
nin fərqi 10mm-dən artıq olmamalıdır. 
2.5.29. Konstruksiyasında dartıcılar nəzərdə tutulmamış 
xüsusi vışkalardan savayı, vışkanın mərkəzləşdirilməsinin löv-
bərə bərkidilmiş dartıcıları olduqda, ancaq qurğunun 
komplektinə (dəstinə) daxil olan domkratlar və ya digər 
quruluşlar və tərtibatlarla aparılmasına icazə verilir. 
2.5.30. Vışkanın mərkəzləşdirilməsi zamanı orada adam-
ların olması qadağandır. Buruqda ancaq bilavasitə vışkanın 
mərkəzləşdirilməsi ilə məşğul olan şəxslər qalmalıdır. 
2.5.31. Vışka qaldırıcısının köməyi ilə vışkaların 
sökülməsi quraşdırılma prosesinin əksinə olaraq müəyyən 
qaydada 

221

-in tələblərinə riayət etməklə aparılmalıdır. 
2.5.32. Vışkaquraşdırıcılar o bölməni sökməlidirlər ki, hə-
min anda sökülməli bölmə vışka qaldırıcısı asqısından aşağıda 
yerləşmiş olsun. Vışka qaldırıcısının aparıcı dirəyindən asılma-
mış olan hər hansı vışka bölməsini sökmək qadağandır. 
2.5.33. 
Vışkanın 
hissə-hissə 
sökülməsi 
zamanı 
boşaldılmış hissələri blokdan keçirilmiş kanat vasitəsilə
bucurqadın köməyi ilə meydançaya endirmək lazımdır. 
Vışkanın yerə endirilmiş hissələrini onun özülündən 20m-dən 
az olmayan məsafədə qoymalı, ağacdan olan hissələri isə 
qabaqcadan mismarları əyib, üzü aşağı yığmalı. 
2.5.34. Vışkanın daxilində yükləri qaldırıb-endirən zaman 
adamlar oradan kənarlaşdırılmalıdır. Yükün qaldırılıb-endiril-
məsi qazma bucurqadı vasitəsi ilə yerinə yetirildikdə isə 
vışkanın daxilində yalnız qazmaçı qalmalıdır. 
vk.com/club152685050 | vk.com/id446425943


145 
2.5.35. Qəza vəziyyətində olan vışkaların sökülməsi 
qadağandır, onları yıxmaq lazımdır. Vışkanı yıxmağa 
başlamazdan əvvəl adamlar vışka hündürlüyündən 10m-dən 
az olmayan məsafəyə çəkilməlidirlər. 

Yüklə 4,97 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə