Q a y d a L a r I


 Boru kəmərlərinin çəkilməsi



Yüklə 4,97 Mb.
Pdf görüntüsü
səhifə46/204
tarix26.12.2022
ölçüsü4,97 Mb.
#97900
1   ...   42   43   44   45   46   47   48   49   ...   204
АЗЕРБАЙДЖАН нефть (1)

2.4. Boru kəmərlərinin çəkilməsi 
Izolyasiya işləri 
2.4.1. Boru kəmərlərinin torpaq və atmosfer korroziya-
sından mühafizəsi layihənin, işin icra və qəbul qaydalarının 
tələblərinə uyğun olaraq 

54

-ə əsasən yerinə yetirilməlidir. 
2.4.2. Boru kəmərlərinin təmizlənməsi, izolyasiyası və 
düzülməsi, bir qayda olaraq işin icra layihəsinə müvafiq mexa-
nikləşdirilmiş konveyer üsulu ilə yerinə yetirilməlidir. 
2.4.3. Boru kəmərlərinin korroziyadan mühafizə edilmə 
işləri müəssisə üzrə əmrlə təyin edilmiş və bu işlərin təhlükəsiz 
yerinə yetirilməsi qaydalarını bilən mühəndis-texniki işçinin 
rəhbərliyi altında aparılmalıdır. 
2.4.4. Iş icraçısı işə başlamazdan əvvəl, boru 
kəmərlərinin təmizlənməsi, izolyasiyası və endirilməsi ilə 
məşğul olan fəhlələri bu işlərin təhlükəsiz aparılması üzrə 
istehsalat təlimatı ilə tanış etməlidir. 
2.4.5. Izolyasiya-düzmə kolonunun (dəstəsinin) iş 
yerindən boru kəmərinin qaynaq edilməsi üzrə irəlidə işləyən 
quraşdırıcılar briqadasına qədər olan məsafə 1000m-dən az 
olmamalıdır. 
2.4.6. Bütün izolyasiya materialları onların xarab 
olmasını, nəmlənməsini və çirklənməsini istisna edən şəraitdə 
saxlanılmalı və daşınmalıdır. 
2.4.7. Boru kəmərlərini korroziyadan mühafizə etmək 
üçün istifadə edilən bütün materialların sertifikatı (onların 
keyfiyyətini təsdiq edən) və ya digər sənədləri olmalıdır. 
Belə sənədlər olmadıqda, laboratoriya sınaqlarının keçiril-
məsi zəruridir. 
2.4.8. Izolyasiya edilən boru kəmərləri, astarlama qatı 
çəkilməzdən əvvəl pasdan, torpaqdan, tozdan, nəmdən 
vk.com/club152685050 | vk.com/id446425943


133 
(şehdən), hisdən və qaya parçalarından mexanikləşdirilmiş 
üsulla təmizlənməlidir. 
Astarlama və izolyasiya işlərinin yağışda, qarda, 
dumanda, toz qasırğasında, güclü küləkdə aparılması 
qadağandır. 
2.4.9. Tətbiq edilən izolyasiya materiallarından asılı 
olaraq bitumlu və ya yapışqanlı astarlardan istifadə edilə bilər. 
Yapışan lentdən olan örtüklər üçün yapışqanlı və ya bitumlu-
yapışqanlı astarlardan istifadə edilməlidir. 
Astar quru səthə hamar (düz) qatla, (buraxılmış boş yer 
olmadan,laxtasız, yığıntısız və qovuqsuz) çəkilməlidir. 
2.4.10. Bitumlu astar susuzlaşdırılmış 1V markalı bitum 
və aviasiya benzinindən 1:2 nisbəti ilə hazırlanır. Yay vaxtı 
avtomobil benzinindən istifadə edilməsinə icazə verilir. 
Etilləşdirilmiş benzindən istifadə edilməsi qadağandır. 
2.4.11. Bitum-rezinli mastikanın yolda bituməridən qur-
ğularda və ya səyyar qazanlarda hazırlanması lazım olan halda 
mexaniki qarışdırılma tətbiq edilməlidir. 
2.4.12. Bitumlu mastikanın texniki şərtlərə və ya bu 
məqsəd üçün ayrılmış meydançada işin aparılması təlimatına 
uyğun hazırlanmasına icazə verilir. 
Meydança hamar (düz) yerdə seçilməli, rahat girişi və 
yaşayış sahələrindən 200m-dən, taxtadan olan tikili və 
anbarlardan 50m-dən, elektrik ötürücü xətlərindən 30m-dən 
az olmayan məsafədə yerləşdirilməlidir. 
Bu meydançada 2 və daha çox qazanlar yerləşdirilərsə, 
onların aralarındakı məsafə 5m-dən az olmamalıdır. 
2.4.13. Bituməridən qurğuya gedən elektrik kabeli 
müvafiq qaydalara uyğun çəkilməlidir.
Bitum əridən qazandan 5m radiusda quru otlar 
təmizlənməlidir. Meydança müntəzəm olaraq zibildən, kağız-
lardan və digər tullantılardan təmizlənməlidir. 
vk.com/club152685050 | vk.com/id446425943


134 
2.4.14. Astar bitum qızdırılan yerdən 50m-dən az 
olmayan 
məsafədə 
hazırlanmalıdır. 
Bitum 
70
0
C-dək 
qızdırılmalıdır. Bitum benzinə tökülməlidir, əksinə yox. 
2.4.15. Izolyasiya işləri aparılan yerə bitum mastikası xü-
susi bitumdaşıyanlarla və ya qızdırıcı qurğusu olan səyyar 
qazanlarla daşınmalıdır. 
2.4.16. Bitum mastikası bituməridən qurğudan boşaldıl-
mazdan əvvəl şlanqın və bitum borusunun etibarlı 
bərkidilməsi yoxlanılmalıdır. 
Mastikanı bituməridən qurğudan bitumdaşıyana boşaldan 
zaman yanıqalmanın qarşısını alan tədbirlərə əməl olunmalıdır. 
Şlanqın 
borucuğa 
birləşən 
yerinin 
yaxınlığında 
dayanmaq, şlanqın ucunu əllə tutmaq və doldurma səviyyəsini 
sisternin açıq lyukundan müşahidə etmək qadağandır. 
Tullanışın baş verməməsi üçün şlanqın ucu sisternin lyu-
kunun yaxınlığında bərkidilməlidir. 
2.4.17. Bitumun benzinlə qarışdırıldığı yerdən 50m-dən 
az olmayan radiusda açıq oddan istifadə etmək qadağandır. 
2.4.18. Bitum mastikasının hazırlandığı, təmizləndiyi, 
izolyasiya edildiyi və boru kəmərinin buraxıldığı iş yerinin işıq-
landırılması [211]-ə uyğun olmalıdır. 
2.4.19. Astarların və benzinin, habelə onların qablarının 
yanğından təhlükəsiz və ventilyasiyası olan otaqlarda saxlanıl-
masına yol verilir. 
2.9.20. Izolyasiya materialları mastika hazırlanan yerdən 
25m-dən yaxın olmayan məsafədə çardaq (talvar) altında 
yığılmalı, bu materialların və yanacağın ehtiyatları isə növbəti 
yükləməyə qədər qazandan 5m-dən yaxın olmayan məsafədə 
yerləşdirilməlidir. 
2.4.21. Qaynar bitum mastikasından yanıq almadan işlə-
mək üçün izolyasiyaçı xüsusi geyimdə (havadan asılı 
olmayaraq) işləməlidir (brezent gödəkçə və şalvarda, dəridən 
çəkmədə, boğazlı brezent əlcəklərdə).
vk.com/club152685050 | vk.com/id446425943


135 
2.4.22. Benzin, astarlama və ya qaynar bitum tökülmüş 
yerlər dərhal torpaqla örtülməlidir. 
2.4.23. Polimer plyonkadan (nazik təbəqə) istifadə 
edilən zaman plyonka və astarlama saxlanılan yerlərdə, 
habelə izolyasiya maşınının yaxınlığında açıq oddan istifadə 
etmək və siqaret çəkmək qadağandır. 
2.4.24. Polimer lentlər qızdırılan bağlı otaqlarda 30
0
C-
dən artıq olmayan temperaturda və qızdırıcı cihazlardan 1m-
dən az olmayan məsafədə saxlanılmalıdır. 
2.4.25. Boru kəmərlərinin şüşəgişlə (stekloruberoid) izol-
yasiya işləri üçün yerli şəraitə uyğun olaraq təhlükəsizlik 
texnikası təlimatı tərtib edilməlidir. 
2.4.26. 

99

-a əsasən şüşə lifinin tozunun işçi zonanın 
havasındakı qatılığı 4mq/m
3
-dən artıq olmamalıdır. 
2.4.27. Şüşəgişlə işləyən zaman işçilər müvafiq xüsusi 
geyim və digər mühafizə vasitələri tətbiq etməklə 
işləməlidirlər. 
2.4.28. Şüşəgiş rulonu bilavasitə izolyasiya maşınının 
makarasına keçirilməzdən əvvəl açılmalıdır. Şüşəgişin əllə 
sarınması qadağandır. 
2.4.29. Şüşəgiş rulonunun daşınması və düzülməsi (yığıl-
ması) zamanı qablaşdırma kağızı zədəli olmamalıdır. Rulonu 
nəqliyyat vasitələrindən tullamaq (atmaq) qadağandır. 
2.4.30. Şüşəgişlə işləyən zaman mühafizə olunmamış 
əllərlə ona toxunmaq, onun üstündə oturmaq və ya 
uzanmaq,habelə bilavasitə iş yerində qida və içməli su qəbul 
etmək qadağandır. Qida məhsulları və içməli su izolyasiya 
maşınından və şüşəgiş rulonundan 50m-dən az olmayan 
məsafədə saxlanılmalıdır. 
2.4.31. Boru kəmərlərinin izolyasiya örtüyünü mexaniki 
zədələnmələrdən qorumaq üçün, həmçinin «qaynar» 
sahələrdə möhkəm çürüməyən rulon şəklində olan 
materialdan 
(PDB-polimeriodeqtebitum, 
PRDB-
vk.com/club152685050 | vk.com/id446425943


136 
polimerrezindeqtebitum, brizol, şüşə-ruberoid, hidroizol və 
izol) xarici sarğı kimi istifadə edilməlidir. 
Qayalı, daşlı və çınqıllı, həmçinin quru nahamar torpaq-
larda izolyasiya edilmiş, sarğılı boru kəmərləri xəndəyin 
dibindəki nahamar çıxıntıların üzərinə 10sm-dən az olmayan 
qalınlıqda yumşaq torpaq tökməklə yerləşdirilməli (düzülməli) 
və boru kəmərinin yuxarı hissəsinin üzərinə 20 sm həmin 
torpaqdan tökülməlidir. 
Mühafizə sarğısı örtüyə kip (boşluqsuz, qırışsız və bükük-
süz) yapışmalıdır. Sarğının qurtaracağı növbəti lentin 
başlanğıcı ilə 10 sm-dən az olmayaraq örtülməli və yapışdırıcı 
ilə yapışdırılmalı və ya bandaj ilə (qurşaq) bərkidilməlidir. 
2.4.32. Su maneələri, dəmir yolu və avtomobil yolları ilə 
kəsişən 
keçidlərdə 
izolyasiya 
örtüyünü 
mexaniki 
zədələnmədən mühafizə etmək üçün ikiqat çəkilmiş rulon 
materialdan olan sarğıdan və futerləmədən (taxta reykalar və 
b.) istifadə edilməlidir. 
2.4.33. Izolyasiya işlərinin keyfiyyətinə nəzarət 

54

-ə 
uyğun aparılmalıdır. 
2.4.34. Astarlamanın çəkilməsinin keyfiyyəti xarici 
baxışla boşluqların, yığılmaların və qovuqların olmamasını 
yoxlamaqla aparılır. 
2.4.35. Yapışqan polimer lentdən olan izolyasiya örtüyü-
nün eni və həmçinin sarğısı kipliyə (germetikliyə) və bütünlüyə 
yoxlanılmalıdır. Əgər sarğı tamamilə yapışmış olarsa, kiplik 
(germetiklik) kafi hesab edilir. Örtüyün bütünlüyü (tamlığı)
defektoskopla yoxlanılmalıdır. 
2.4.36. Defektoskop işə salınmazdan əvvəl yerləbirləşdiril-
məli və iş vaxtı yerləbirləşdirmənin vəziyyətinə diqqət yetirilmə-
lidir. 
2.4.37. Defektoskopun gövdəsində gərginliyin olması 
aşkar edilərsə, o dərhal işdən çıxarılmalı və təmirə verilməlidir. 
vk.com/club152685050 | vk.com/id446425943


137 

Yüklə 4,97 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə