Q a y d a L a r I


Boru kəmərlərinin quraşdırılması, xəndəyə



Yüklə 4,97 Mb.
Pdf görüntüsü
səhifə47/204
tarix26.12.2022
ölçüsü4,97 Mb.
#97900
1   ...   43   44   45   46   47   48   49   50   ...   204
АЗЕРБАЙДЖАН нефть (1)

Boru kəmərlərinin quraşdırılması, xəndəyə
buraxılması və torpaqlanması 
2.4.38. Quraşdırma meydançası çəpərlənməli, mümkün 
olmadıqda müvafiq nişan və yazılarla qeyd edilməlidir. 
Çəpərləmə üçün yığılıb-sökülən inventar çəpərlər tövsiyə 
edilir. 
Avadanlığın nəql edildiyi yollarda xəbərdaredici nişanlar
qoyulmalıdır. 
2.4.39. Torpaq əsas (özül) kifayət qədər möhkəm olma-
dıqda (onun üzərində kranın işləməsi üçün) o, bərkidilməli və 
ya xüsusi döşənəcək qurğusundan (altlıqlardan) istifadə 
edilməlidir. 
2.4.40. Boruların, armaturların, materialların və avadan-
lıqların hamarlanmış və bərkidilmiş meydançada yığılması 
üçün onların öz-özünə yerdəyişməsinin qarşısını alan tərtibat 
nəzərdə tutulmalıdır. 
2.4.41. Boru kəmərini xəndəyə yerləşdirməzdən əvvəl, 
borudüzən kranın kanatlarının, bloklarının, əyləc qurğularının 
və s. vəziyyəti yoxlanılmalıdır. 
2.4.42. Boru kəmərini xəndəyə buraxmazdan əvvəl iş ic-
raçısı və ya usta xəndəyi nəzərdən keçirməli, divarların 
vəziyyətini yoxlamalı və zəruriyyət olduqda təhlükəsizlik 
tədbirləri (etibarlı olmayan yerlərdə torpağın uçulmasının 
qarşısının alınması, maili yamacların düzəldilməsi və ya 
xəndəyin divarlarının bərkidilməsi) görməlidir. 
2.4.43. Boru kəməri xəndəyə buraxılan (endirilən) zaman 
torpağın uçulması baş verərsə, uçulmuş torpaq boru 
kəmərinin altına xəndəyə köndələn (onu etibarlı saxlayan) 
yataq qoyulduqdan sonra təmizlənməlidir. 
vk.com/club152685050 | vk.com/id446425943


138 
2.4.44. Boru kəmərinin qaldırılması, təmizlənməsi, izolya-
siyası, buraxılması (endirilməsi) və xəndəyə düzülməsi zamanı 
borudüzən kranların maşinistlərinin işləri uzlaşdırılmalıdır. Işin 
aparılmasına cavabdeh şəxs boru kəmərinin əyriliyinin rəvanlı-
ğına, mexanizmin bərabər yüklənməsinə, boru kəmərinin 
qaldırılma hündürlüyünə, mexanizmlərlə borudüzən kranın 
hərəkət edən hissəsi (qolu) arasındakı məsafəyə nəzarət 
etməlidir. 
2.4.45. Borulara çirk və kənar əşyaların düşməməsi
üçün, onların baş hissəsi bağlanmalıdır (çexol, örtük). 
Boruların sürütləyərək daşınması qadağandır. 
2.4.46. Istismarda olmuş boru kəmərlərinin və armatur-
ların quraşdırılmasına yalnız onlarda texnoloji məhsulların ol-
madığını təsdiq edən və işin aparılmasına icazə verən akt 
olduqda başlamaq olar. 
2.4.47. Quraşdırılan boru kəmərində, hətta qısa müddətə 
belə alətlərin, materialların, xüsusi geyimlərin və digər 
əşyaların qoyulması qadağandır. 
2.4.48. Borular qaynaq edilməzdən və yığılmazdan əvvəl 
onların daxili səthi torpaqdan, çirkdən, qardan, buzdan və 
digər əşyalardan təmizlənməlidir. 
Qaynaq edilmiş boru yığımı xəndək boyu uzadılmalıdır 
(düzülməlidir). 
2.4.49. Boruları (boru yığımını) mailliyi 3
0
-dən artıq olan 
(xüsusən də xəndək tərəfə) sahədə xəndək boyu yığanda,
boruların altına dayaqlar qoyulmalı və ya torpaq prizması 
qurulmalıdır. Köndələn maillik 6
0
-dən artıq olduqda borular 
torpağa basdırılmış lövbərlərə (sütunlara) bağlanmalıdır. 
2.4.50. Hər bir qaynaq aparılmış yerdə qaynağı aparmış 
qaynaqçının damğası olmalıdır. Damğa boruların birləşmə ye-
rindən 100-150mm məsafədə yuyulub getməyən rənglə 
vurulur. Bir birləşmə yerini bir neçə qaynaqçı qaynaqlayan 
halda həmin yerin briqadada işləyən qaynaqçıların sayı qədər 
vk.com/club152685050 | vk.com/id446425943


139 
damğası olmalı, yaxud bütün briqadaya məxsus olan bir 
damğası olmalıdır. 
2.4.51. Boruların qaynaq edilməsi işləri qurtardıqdan 
sonra boru kəmərinin ucları (daxilinə qar, torpaq,çirk və s. 
düşməmək üçün) qapayıcılarla etibarlı bağlanmalıdır. 
2.4.52. Qaynaq birləşməsinə nəzarət tikinti-quraşdırma 
təşkilatları tərəfindən həyata keçirilməlidir. 
2.4.53. 
Əməliyyat 
üzrə 
qaynaq 
birləşməsinin 
yoxlanılması iş icraçısı tərəfindən yerinə yetirilməlidir. 
Yoxlamanın nəticələri qaynaq jurnalında qeyd edilməlidir. 
2.4.54. Boru kəmərləri istismara buraxılmazdan əvvəl işçi 
təzyiqdən 1,25 dəfə artıq təzyiqlə möhkəmliyə sınanmalı və 
kipliyə (germetikliyə) yoxlanılmalıdır.
2.4.55. Boru kəməri o vaxt möhkəmliyə və kipliyə (ger-
metikliyə) görə sınaqdan keçmiş hesab edilir ki, sınaq zamanı 
boru kəmərində sınaq təzyiqi altında hər iki göstərici dəyişməz 
qalsın, işçi təzyiq altında isə heç bir sızma aşkar edilməsin. 
Boru kəmərinin möhkəmliyə pnevmatik üsulla sınaqdan 
keçirilməsi zamanı 6 saat ərzində təzyiqin 1% aşağı 
düşməsinə yol verilir. 
2.4.56. Möhkəmliyə və kipliyə (germetikliyə) sınanmanın 
bütün üsullarında təzyiqi ölçmək üçün məsafədən idarə 
olunan (distansion) «Nəzarətçi» tipli cihazlardan və ya 
mühafizə zonasından kənarda qoyulmuş, sınaq təzyiqinin 4/3-
nə yaxın təzyiqin, həddi şkalalı və dəqiqlik sinfi 1,5-dən aşağı 
olmayan, 
pasportu 
olan, 
yoxlanılmış, 
plomblanmış 
manometrlərdən istifadə edilməlidir. 
2.4.57. Boru kəmərlərinin möhkəmliyə və kipliyə (germe-
tikliyə) sınanmasının aparılma qaydası, işin ardıcıllığını və 
yerinə yetirilmə üsullarını, sızmanın aşkar edilməsi metod və 
vasitələrini, həmçinin yanğından mühafizə və təhlükəsizlik 
texnikası tədbirlərini nəzərdə tutan təlimatla müəyyən edilir. 
vk.com/club152685050 | vk.com/id446425943


140 
2.4.58. Mühafizə zonası zəruri sayda nəzarət postları ilə 
təmin edilməlidir. 
Boru kəmərlərində təzyiqin qalxması zamanı mühafizə 
zonasında adamların olması qadağandır. 

Yüklə 4,97 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə