Q a y d a L a r I


D. Estakada üzrə boru kəmərlərinin çəkilməsi



Yüklə 4,97 Mb.
Pdf görüntüsü
səhifə66/204
tarix26.12.2022
ölçüsü4,97 Mb.
#97900
1   ...   62   63   64   65   66   67   68   69   ...   204
АЗЕРБАЙДЖАН нефть (1)

D. Estakada üzrə boru kəmərlərinin çəkilməsi 
2.9.27. Neft, qaz və kondensat nəql edilən boru kəmər-
lərinin çəkilməsinə, estakadanın məhəccərli çəpərinin 
arxasından, digər boru kəmərlərinin çəkilməsinə məhəccərli 
çəpərin hər iki tərəfindən icazə verilir. 
2.9.28. Estakadanın məhəccərli çəpərinin arxasından 
boru kəmərinin 2 yarusda çəkilməsinə icazə verilir. Bu zaman 
estakadanın metal konstruksiyalarına düşən buraxıla bilən 
yüklər nəzərə alınmalıdır. Layihə təşkilatı ilə razılaşdırılmadan 
əlavə boru kəmərinin çəkilməsi qadağandır. Yuxarı yarusun 
boru kəməri ilə aşağı yarusun boru kəməri arasındakı məsafə 
ən azı 1m olmalıdır. Yuxarı yarusun boru kəmərinin 
dayaqlarını aşağı boru kəmərinin üzərinə qoymaq qadağandır. 
2.9.29. Boru kəmərləri üçün dayaqlar xüsusi 
konstruksiyalı olub estakadanın bir və yaxud hər iki tərəfində 
vk.com/club152685050 | vk.com/id446425943


187 
ola bilər. Boru kəmərlərinin dayaqların üzərindən sürüşməməsi 
üçün dirəyə xarici tərəfdən məhdudlaşdırıcılar qaynaq 
edilməlidir. 
2.9.30. 
Baxış 
və 
təmir 
işlərinin 
aparılması 
mümkünlüyünü təmin etmək şərtilə, qaz boru kəməri ilə digər 
boru kəmərlərinin birgə çəkilməsinə icazə verilir. 
2.9.31. Kəsişmə yerlərində qaz boru kəməri neft boru 
kəmərinin üstündən keçməlidir. 
2.9.32. Bir yarusda qoyulmuş boru kəmərləri arasında 
məsafə, diametri 0,2m və daha çox olan boru kəmərləri üçün 
0,2m-dən, qalan hallarda isə 0,1m-dən az olmamalıdır. 
2.9.33. Boru kəmərlərinin qaynaq birləşmələri dayaqdan 
ən azı 0,5m məsafədə olmalıdır. 
2.9.34. Qaz kəmərlərinin, polad boru patronun içindən 
keçməklə və patronun bir ucunda şamın (dirsəyin) hündürlüyü 
5m-dən az olmamaq şərti ilə EYM-in altından keçirilməsinə 
icazə verilir. 
2.9.35. Qaz kəmərinin estakadanın altından keçən hissə-
sində qaynaq birləşmələri olmamalıdır. 
2.9.36. Boru kəmərlərinin estakadanın üzərindən keçən 
hissəsinin hündürlüyü 4,5m-dən az olmamalıdır. 
2.9.37. Boru kəmərlərinin armaturları onu hazırlayan 
müəssisənin verdiyi pasportun olub-olmamasından və saxla-
nılma müddətindən asılı olmayaraq quraşdırılmamışdan əvvəl 
möhkəmliyə və kipliyə yoxlanılmalıdır. 
2.9.38. Armaturlar boru kəmərləri üzərində elə yerləş-
dirilməlidir ki, onlara sərbəst və təhlükəsiz yanaşmaq mümkün 
olsun. 
Estakadanın 
məhəccərli 
çəpərinin 
arxasında 
yerləşdirilən armaturlara qulluq etmək üçün çəpərli meydança 
olmalıdır. 
2.9.39. Bağlayıcı armaturların estakada üzrə yerləşdiril-
məsi, boru kəmərinin ayrı-ayrı sahələrini qəza hallarında və 
profilaktika işlərində bağlamağa (təcrid etməyə) imkan 
vk.com/club152685050 | vk.com/id446425943


188 
verməlidir. 
2.9.40. Qaz kəmərinin üzərində hər 100 m-dən bir “Qaz” 
sözü yazılmalı və yaxud kəmər müvafiq rənglə rənglənməlidir. 

Yüklə 4,97 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə