Q. S. Httseynov I e. d., prof. A. M. Məhərrəmov I e. d., prof. H. B. Rfistə]nbəyov I e. n., dos. A. H. Tağıyev Mammədova Ş. S. Beynalxalq kommersiya işi. Dərs



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə22/113
tarix29.08.2018
ölçüsü2,25 Mb.
#65285
1   ...   18   19   20   21   22   23   24   25   ...   113

xalq  ticarətin  və  ölkələr  arasında  çoxtərəfli  gömrük  tənzimlənməində 
böyük  rol  oynayır.  Hal-hazırda  onun  redaktəsilə  18-dən  artıq  gömrük 
konvensiyası,  50-dən  çox  təklif,  11-dən  artıq  norma  fəaliyyət  göstərir. 
138-dən artıq dövlət onun üzvüdür. 
Beləliklə,  beynəlxalq  ictimaiyyət,  o  cümlədən  beynəlxalq  iqtisadi 
təşkilatlar əmtəələrlə və xidmətlərlə beynəlxalq ticarətin - İİƏ-nin daha 
yüksək  artım  dinamikasının  təmin  edilməsi  üçün  səy  göstərir  və  bu 
sahədən  alınan  mənfəətin  bütün  ölkələr  üçün  maksimumlaşdınimasma 
çalışır. 
2.6.
 
Beynəlxalq kommersiya əməliyyatlarının bazis şərtləri
İNCOTERMS-2000 
Beynəlxalq  kommersiya  işində  əmtəələrin  alqı-satqısı  üzrə  xarici 
ticarət  əməliyyatlannın,  səmərəli  və  normal  həyata  keçirilməsi  üçün 
vahid formal qayda və prinsiplərin işlənməsi, tətbiqi və həmçinin vahid 
formada  əsas  xarici  ticarət-kommersiya  terminlərinin  qəbulu  böyük 
əhəmiyyət  kəsb  edir.  Beynəlxalq  kommersiya  fəaliyyəti  müqaviləsində 
göstərilən  əsas  faktorlardan  biri  də  beynəlxalq  mal  göndərmələrinin 
kommersiya şərtləri adlanır. Belə kommersiya şərtlərinin xarici iqtisadi 
fəaliyyət  müqaviləsi  də  daxil  olmaqla,  bütün  növ  xarici  iqtisadi  və 
kommersiya  fəaliyyəti  sferası  üçün  xüsusi  rolu  vardır.  Bütün  bu 
məsələlər  kontraktm  -  müqavilənin  bazis  şərtlərini  özündə  əks  etdirən 
INCOTERMS vasitəsilə həyata keçirilir. 
Kontraktın  bazis  şərtləri  müqavilənin  əsas  qaydalarının  bütün 
kompleksini,  ixracatçı  və  idxalçının  bütün  öhdəliklərini  əhatə  edir. 
Beləliklə, müqavilənin kommersiya  (bazis) şərtləri dedikdə əmtəələrin, 
bir  ölkədən  (ixracatçıdan)  digər  ölkəyə  (idxalçıya)  çatdırılması  zamanı 
əmtəənin mülkiyyət hüququnun verilməsinin 
72 


qeyd  olunduğu  və  əmtəənin  itkisi  zamanı  tərəflərin  öhdəliklərinin  əks 
olunduğu  alqı-satqı  müqaviləsi  başa  düşülür.  Daha  doğrusu,  bu  bazis 
şərtləri kontraktda yüklərin (əmtəələrin) saxlanması, boşaldılması, nəqli 
və s. zamanı kimin məsuliyyət daşıdığını və xərcləri ödədiyini, həmçinin 
sövdələşmədə mümkün risklər və s. xərcləri müəyyən edir. Qeyd edilən 
xərclər  ümumi  halda  əmtəələrin  dəyərinin  təxminən  40-50%-ni  təşkil 
edir.  Bu  xərclərin  həyata  keçirilməsi  zamanı  adətən  ''franklaşdırma’'  - 
“alıcı yola salınma məntəqəsinə qədər xərclərdən azaddır’' anlayışından 
geniş  istifadə  olunur.  Bazis  şərtlərində  göstərilən  xərclərin  növləri  çox 
müxtəlifdir: 
-
 
müəssisədən malların yüklənməsi, qablaşdırılması, markalan- ma 
xərcləri; 
-
 
yüklərin nəqli, çatdırılması, ölkə daxili nəqliyyat xərcləri
-
 
yüklərin beynəlxalq nəqliyyat daşınma xərcləri; 
-
 
gömrük və yüklərin alıcmın anbarma çatdırılması xərcləri və s. 
Mal göndərmənin kommersiya-bazis şərtləri vahid şəkildə və onun 
beynəlxalq praktika ilə dəqiqləşdirilməsi məqsədilə ilk dəfə olaraq xarici 
ticarətdə  tətbiq  edilən  kommersiya  terminlərinin  razılaşdırılmış  şəkildə 
izahı Beynəlxalq Ticarət Palatası tərəfindən keçən əsrin 30-cu illərində 
INCOTERMS  (International  Commersial  Terms  -  Ticarət  terminlərinin 
izahının  Beynəlxalq  Qaydaları)  işlənmişdir.  Hal-hazırda  2000-ci  ildə 
qəbul  edilmiş  İNCOTERMS-2000 variantı fəaliyyət  göstərir.  Beləliklə, 
INCOTERMS - ticarət terminləri olmaqla, müqavilə bağlandıqdan sonra 
tərəflərin hüquq və öhdəliklərini dəqiq müə}^ən edir, idxalçı və ixracatçı 
arasında  risk  və  məsuliyyəti  -  cavabdehliyi  aydınlaşdırır,  həmçinin 
onların vəzifələrini və s. müəyyənləşdirir. 
INCOTERMS-2000-in 
quruluşu. 
Beynəlxalq 
kommersiya 
terminlərinin təsnifləşdirilməsi və onlardan istifadənin əlverişliliyi 
73 


üçün  bu  terminlər  dörd  əsas  kateqoriyaya  -  qrupa  bölünür  və  burada 
bütövlükdə kontraktın bazis şərtlərinin 13 variantı verilir: 
I qrup - E kateqoriyası adlanır və yalnız bir termini EXW (ExWorks 
> zavoddan) əhatə edir. Bu o deməkdir ki, satıcı malı razılaşdırılan yerdə, 
adətən, öz ərazisində - binasmda (zavod, müəssisə, anbar və s.) alıcının 
sərəncamına  verir.  Bu  halda  satıcının  öhdəlikləri  minimum  təşkil  edir. 
Bu  növ  kommersiya  şərtilə  göndərmədə  satıcı  əmtəənin  hər  hansı  növ 
nəqliyyat  vasitəsinə  yüklənməsinə  və  ixrac  gömrük  vergilərinin 
ödənilməsinə  məsuliyyət  daşımır.  Alıcı  bu  halda  əmtəənin  satıcının 
müəssisəsindən (binasından) təyinat yerinə qədər daşınması ilə əlaqədar 
bütün risk və xərcləri öz üzərinə götürür. Ancaq praktikada satıcı alıcı 
tərəfindən  əvvəlcədən  sifariş  edilmiş  nəqliyyat  vasitəsinə  malın 
yüklənməsində  köməklik  göstərə  bilər.  Alıcı  bu  halda  əgər  satıcının 
öhdəliklərinin  artırılmasında  maraqlıdırsa,  onda,  əlbəttə,  əlavə 
razılaşdırılan öhdəliklər və ya şərtlər, alqı-satqı kontraktında dəqiq qeyd 
olunmalıdır. Beləliklə, müqavilədə bu şərtə əlavə olaraq aşağıdakı: 
CİP  -  kommersiya  şərtində  satıcı  əmtəəni  satıcının  öz  ölkəsində 
yerləşən təyinat yerində daşıyıcıya təhvil verməklə yanaşı, əlavə olaraq 
yükün  öz  hesabına  sığortalanmasını  da  öz  öhdəsinə  götürür.  Bu  halda 
ixrac rəsmiləşdirilməsini satıcı, idxal rəsmiləşdirilməsini isə alıcı həyata 
keçirir. 
Deməli, C qrupunda qeyd edilən dörd şərtlər içərisindəki yalnız CİF 
və CİP şərtlərində satıcı əmtəəni sığortalamalı və sığorta üzrə xərcləri öz 
öhdəsinə  götürməlidir.  C  qrupu  üzrə  kommersiya  şərtlərindəki 
kontraktları, adətən, yüklənmə kontraktları da adlandırırlar. 
IV
 
qrup  D  kateqoriyası  adlanır  və  bu  qrupa  beş  kommersiya  şərti 
daxildir: 
DAF - (Delivered at Frontier - Sərhədə qədər göndəriş, yəni 
74 


Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə