Q. S. Httseynov I e. d., prof. A. M. Məhərrəmov I e. d., prof. H. B. Rfistə]nbəyov I e. n., dos. A. H. Tağıyev Mammədova Ş. S. Beynalxalq kommersiya işi. Dərs



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə31/113
tarix29.08.2018
ölçüsü2,25 Mb.
#65285
1   ...   27   28   29   30   31   32   33   34   ...   113

3.6.
 
Beynəlxalq kommersiya kontraktlarmm bağlanması üsulları 
Nəzərdə  tutulan  sövdələşmənin  bütün  şərtlərinin  razılaşdınlma- 
sından  sonra  kontraktın  bağlanması  həyata  keçirilir.  Beynəlxalq 
kommersiya  təcrübəsində  ixrac-idxal  sövdələşməsinin  bağlanmasının 
müxtəlif üsullarından (vasitələrindən) istifadə olunur: 
1.
 
Kontragentlərin iştirak etdiyi kontraktın imzalanması. Al- qı-satqı 
kontraktı o zaman sona çatmış hesab olunur ki, kontragentlər tərəfindən 
lazımi şəkildə imzalansın və burada onların hüquqi ünvanları göstərilsin. 
Kontrakt  yalnız  belə  sənədləri  imzalamaq  hüququ  olan  şəxs  tərəfindən 
təsdiqlənə bilər. Əks halda o hüquqi  sənəd hesab edilə bilməz. Ticarət 
praktikasında  çox  hallarda  beynəlxalq  ticarət  sövdələşməsinin 
iştirakçıları  kimi  iki  və  daha  çox  tərəf  çıxış  edir.  Onların  müqavilə 
münasibətləri  ya  bütün  iştirakçılar  tərəfindən  vahid  sənədin,  məsələn 
üçtərəfli razılaşmanın imzalanması yolu ilə rəsmiləşdirilə bilər, ya da bir 
neçə  ikitərəfli  kontraktın  məzmununda  onlarm  hər  birinin  digər 
kontraktlarla əlaqəsi olması istisna olunmaqla, bu kontraktları imzalamaq 
yolu ilə rəsmiləşdirilə bilər. 
Əgər kontraktın iştirakçılarını iki tərəf təşkil edərsə, onda, adətən, 
kontrakt  onlar  tərəfindən  iki  nüsxədə  imzalanır  və  onlardan  hər  biri 
kontraktın bir nüsxəsini alır. 
Əgər  kontraktı  imzalayan  tərəflərin  sayı  ikidən  artıqdırsa,  onda 
kontrakt  bir  neçə  nüsxədə  tərtib  olunur  və  onun  hər  biri  kontragentlər 
tərəfindən imzalanır. 
Əgər tərəflər bir inzibati  yerdədirlərsə, kontrakt eyni zamanda hər 
iki tərəfdən imzalanır. Yox, əgər, onlar başqa-müxtəlif coğrafi ərazilərdə 
yerləşirsə, əvvəl bütün nümunələri hər tərəf imzalayır və onu 
0
 biri tərəfə 
göndərir və daha sonra digər tərəf bütün nümunələri imzalanmış şəkildə 
birinci tərəfə göndərir. 
2.
 
Satıcının qəti ofertasının razılaşdırılmış müddətdə alıcı 
104 


tərafindan sözsüz akseptləşdirilməsi. Əgər alıcı ofertanın bütün şərtlərilə 
razıdırseı,  onda  o  satıcıya  özündə  sözsüz  aksepti  əks  etdirən  yazılı 
təsdiqnamə  göndərir.  Burada  bütün  şərtlərin  dəyişdirilmədən  qəbul 
edilməsi razılığı göstərilir. 
Əgər  təklifə  cavab  olan  aksept  özündə  göndərilən  təklifin 
mahiyyətini dəyişməyən əlavə və ya fərqli şərtləri əks etdirirsə və əgər 
oferent  yubanmadan  bu  fərqlərə  etiraz  etmədiyini  bildirirsə,  onda  bu 
cavab aksept kimi qəbul edilir. Əgər o bunu etməsə, onda müqavilənin 
şərti  kimi  satıcının  akseptin  məzmununa  uyğun  dəyişikliklər  edilmiş 
təklifi qəbul olunacaq. 
3.
 
Alıcının  kontrofertasının  satıcı  tərəfindən  akseptləşdi<  rüməsi. 
Əgər alıcı təklifi əsaslı surətə dəyişdirə bilən bir və ya bir neçə şərtlərlə 
razı  deyilsə,  onda  o,  satıcıya  öz  şərtlərini  və  cavab  üçün  müddət 
göstərdiyi  kontrofertanı  göndərir.  Təklifi  dəyişə  bilən  əsas  meyarlar 
aşağıdakılardır:  qiymət,  miqdar,  keyfiyyət,  göndərilmənin  yeri  və 
müddəti, mübahisələrin həlli qaydaları, bir tərəfin digər tərəf qarşısındakı 
məsuliyyətinin həcmi. 
Əgər  satıcı  kontrofertanın  bütün  şərtlərilə  razıdırsa,  onda  o,  onu 
akseptləşdirir və bu haqda yazılı şəkildə alıcıya bildirir. Yox, əgər satıcı 
kontrofertanm  şərtlərilə  razı  deyilsə,  yenə  də  yazılı  şəkildə  bu  barədə 
alıcıya  bildirir  və  bununla  o  öz  öhdəliyindən  azad  olur,  ya  da  alıcının 
təklif etdiyi şərtləri nəzərdə tutan yeni oferta göndərir. 
4.
 
Sərbəst  oferta  şərtilə  (alıcının  kontrofertası)  alıcının  yazılı 
razılaşmasının satıcı tərəfindən akseptləşdirilməsi. 
Bu  razılıq  lazımi  şəkildə  rəsmiləşdirilməli  və  müəyyən  edilmiş 
müddətdə göndərilməlidir. Satıcı o alıcının kontrofertasını akseptləşdirir 
ki, ondan əvvəllər bu sənədi alıb və artıq onu tanıyır, ya da ona üstünlük 
verir. Əgər təşəbbüs alıcıdan olarsa, o alman təklifin emalı və yığılması 
üçün potensial malgöndərənlərə sorğu göndərir. Rəqa- 
105 


bət edənlər arasından malgöndərənin seçilməsi dörd kriteriya üzrə həyata 
keçirilir: 
-
 
firmanın tanınma səviyyəsi (reputasiyası); 
-
 
qiymət; 
-
 
avadanlığın elmi-texniki səviyyəsi və keyfiyyət
-
 
göndərmənin və yerinə yetirilən işlərin müddəti. 
5.
 
Ahcı tərəfindən göndərilən sifarişin təsdiqi. 
Bu halda sövdələşmə 2 sənədlə rəsmiləşdirilir: 
a)
 
alıcmm sifarişi; 
b)
 
malgöndərənin təsdiqi. 
Sifarişdə alıcı  ətraflı şəkildə sifariş olunan əmtəənin  hazırlanması, 
həmçinin xarici ticarət sövdələşməsinin bağlanması üçün bütün şərtləri 
ətraflı  göstərir.  Belə  sövdələşmə,  adətən,  uzun  müddət  işgüzar 
münasibətləri olan kontragentlər tərəfindən həyata keçirilir. Ona görə də 
sifarişdə  ancaq  aşağıdakı  əsas  şərtlər  göstərilir:  əmtəə,  miq-  dan, 
göndərilmənin  vaxtı  və  qiyməti.  Sifarişlər,  adətən,  mürəkkəb 
avadanlıqlar üçün həyata keçirilir. Bu halda alıcı, adətən, kifayət qədər 
böyük məbləğdə satıcını avans formada maliyyələşdirir. Mahiyyətcə belə 
məhsullar satıcı hesabına yaradılır (məsələn, təyyarə, atom reaktoru və 
s,). 
6.
 
Kontragentlər  arasında  əvvəlcədən  əldə  edilmiş  şəxsi 
danışıqların təsdiqinin məktub formasında mübadiləsi. 
Məktubda  sövdələşmənin  bütün  əsas  şərtləri  təsdiqlənir  və  bu 
sövdələşmə  hər  iki  tərəfə  məlum  olan  ümumi  şərtlərə  və  ya  əvvəlki 
kontrakta əsaslanır. 
3.7.
 
Beynəlxalq kommersiya kontraktınm bağlanması 
forması və qüvvəyə minməsi 
Beynəbcalq  kommersiya  kontraktınm  bağlanmasının  əsasən  iki 
forması mövcuddur: yazılı və şifahi. Ancaq bəzi hallarda alqı-satqı 
106 


Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə