Q. S. Httseynov I e. d., prof. A. M. Məhərrəmov I e. d., prof. H. B. Rfistə]nbəyov I e. n., dos. A. H. Tağıyev Mammədova Ş. S. Beynalxalq kommersiya işi. Dərs


şərtlari,  əks  tərəfdə  və  yerdə  qalan  vərəqiprdə  ümumi  şərtlər



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə33/113
tarix29.08.2018
ölçüsü2,25 Mb.
#65285
1   ...   29   30   31   32   33   34   35   36   ...   113

şərtlari,  əks  tərəfdə  və  yerdə  qalan  vərəqiprdə  ümumi  şərtlər  nəşr 
olunur.  Bəzən  isə  kontraktın  bütün  bəndlərində  razılaşdırılan  şərtlərin 
dəqiqləşdirilməsi üçün yer saxlanılır. NK-nın istifadəsi iki yolla həyata 
keçirilə  bilər:  birinci,  razılaşan  tərəflərdən  birinin  digər  tərəfin  təklif 
etdiyi,  böyük  əhəmiyyət  kəsb  etməyən  bəndlər  istisna  olmaqla, 
dəyişməyən  NK-nın  son  formasının  (variantının)  şərtlərinə  sözsüz 
qoşulması  yolu  ilə;  ikincisi,  konkret  sövdələşmənin  şərtlərinə  uyğun 
olaraq dəyişdiriklə bilən NK-nın nümunə kimi qəbul edilməsi yolu ilə. 
Çox  vaxt  kontragentlərin  biri  tərəfindən  işliənmiş  NK-lar  nümunə 
kimi qəbul edilir və onun əsasında isə şərti razılaşdırma yolu ilə hər bir 
tərəfin imza etdiyi fərdi kontrakt tərtib edilir. 
Nümunəvi  kontraktlar  daha  çox  aşağıdakı  növ  sövdələşmələrin 
bağlanması zamanı tətbiq olunur: 
1.Standart maşın və avadanlıqlar, istehlak əmtəələri
2.
 
Uzun müddətə göndərilən sənaye xammalı; 
3.
 
Birjalarda satılan kütləvi ərzaq malları və xammalları. 
Kütləvi əmtəələrin xüsusiyyətləri onların kontraktlarının 
şərtlərini eyniləşdirməyə (unifikasiya etməyə) imkan verir. Bundan başqa 
belə  növ  əmtəələrin  ticarəti,  adətən,  çox  böyük  həcmlərdə,  iri  sahə 
birlikləri  kimi  birləşən  idxalçılar  tərəfindən  və  iri  miqyaslı  əmtəə 
birjalarında reallaşdırıldığı üçün bağlanan kontraktların bir daha əsasən 
standart  -  nümunəvi  formada  olması  zərurətini  yaradır.  Bu  həm  də 
sövdələşmələrin  bağlanması  vaxtına  qənaət  etməyə  və  verilən  sahədə 
geniş  istifadə etməyə imkan verir. NK-ya, bir qayda olaraq, müntəzəm 
surətdə  baxılır  və  lazım  gələrsə  dəyişdirilir.  Buna  bir  çox  səbəblər,  o 
cümlədən bazarda idxalçı və ixracatçıların qüvvələr nisbətinin dəyişməsi, 
ETT, ticarətin təşkilati-texniki şərtlərinin dəyişməsi və s. təsir edir. 
Nümunəvi kontraktlar sahibkarlar birliyi - sahə milli birlikləri 
ın 


(əsasən  sənaye  xammallarına),  beynəlxalq  sahibkarlar  birliyi  (buğda, 
meşə,  xammal-dəri),  əmtəə  birjalarının  komitəsi  (buğda,  yağ,  şəkər, 
pambıq,  rəngli  metal,  natural  kauçuk),  satış  palataları,  iri  firmalar  və 
inhisar  birlikləri,  BMT-nin  Avropa  İqtisadi  Komissiyası  tərəfindən 
hazırlanır. 
İnhisarlaşdırılmış  sahələrdə  ticarət  sövdələşmələri,  adətən,  iri 
kompaniyalar tərəfindən hazırlanan kontraktlar əsasmda həyata keçirilir. 
Əgər  sövdələşməyə  hər  birinin  öz  NK-sı  olmaqla  inhisar  birliyinin  iki 
üzvü  qoşularsa,  onda  kontraktın  şərtləri  danışıqlar,  müzakirələr 
predmetinə çevrilir və nəticədə kontraktın yeni variantı hazırlanır. 
Beynəlxalq  kommersiya  təcrübəsində  NK-nın  hazırlanmasında 
müxtəlif  ixtisaslaşdırılmış  beynəlxalq  təşkilatlann,  xüsusilə  BMT-  nin 
Avropa İqtisadi Komissiyasının (AİK) böyük rolu vardır. Bu müqavilələr 
əsas  xarici  ticarət  mallarına  (avadanlıqlar,  taxıl  -  dənli,  uzun  müddətli 
istehlak məhsulları), eləcə də avadanlıqların çatdırılma və quraşdırılması 
qaydalarına uyğun olaraq tərtib olunmuşdur. 
Kütləvi  və  xammal  sənayesi  malları  üzrə  kontragentlər  sahə 
birlikləri  tərəfindən  hazırlanan  NK-lara  daha  çox  üstünlük  verirlər. 
Təcrübədə  hər  bir  kontragent  geniş  çeşiddə  NK  seçiminə  malikdir. 
Müasir  dövrdə  kompleks  avadanlıqlann  idxalı,  sərgi  nümunələrinin 
alqı-satqısı,  quraşdırılma  və  texniki  xidmət  işləri  üçün  mütəxəssislərin 
ezamiyyəti  üçün  xüsusi  NK-nın  hazırlanması  həyata  keçirilir.  AİK-in 
rəhbərliyilə NK-nın 30-dan artıq variantı, alqı-satqının ümumi şərtləri, o 
cümlədən aşağıdakı NK hazırlanmışdır: 
-
 
taxıl məhsullarının alqı-satqısı (16 variant, 1965-ci il); 
-
 
maşın və avadanlıqlarm ixracının ümumi şərtləri (1955-ci il) 
-
 
ixrac  üçün  uzun  müddətli  istehlak  mallannın  və  digər  kütləvi 
istehsala  malik  metal  məmulatlarının  alqı-satqısının  ümumi  şərtləri 
(1961-ci il) və s. 
112 


Beynəlxalq  ticarətdə  tərəflər  arasında  mübahisəli  məsələlərin 
həllində böyük rol oynayan ticarət adətləri - hamı tərəfindən qəbul edilən, 
ümumi, vahid formalı konkret suala aid olan, aydın və müəyyən vəziyyəti 
bildirən  qaydalar  (onlara  həmçinin  “uzanslar”  adlanan  ticarət  və  ya 
işgüzar adətləri də, məsələn, “biz həmişə belə edirik” kimi qaydaları aid 
edirlər) da mövcuddur. Belə qaydalar işgüzar həyatda geniş yayılmışdır 
və onlar kontraktın müəyyən şərtlərinin məzmununu müəyyən edir (əgər 
kontraktda  ticarət  adətlərinin,  qaydalarının  tətbiqinə  birbaşa  göstəriş 
olarsa), yaxud da onlar dispozitiv (seçmə) xarakterdə ola bilərlər. 
Ticarət adətlərinin cavab verdiyi tələblərə aiddir: 
-
 
ümumi qayda xüsusiyyətinə malikdir
-
 
öz  məzmununa  görə  təyin  olunaraq,  uyğun  ticarət  sahəsində 
kifayət qədər tanınan olmalıdır. 
Ticarət adətləri və qaydalan birja komitələri tərəfindən tərtib olunan 
birja  qaydalarında,  ticarət  palatalarının  xüsusi  məcmuəsində,  xarici 
ticarətə kömək üzrə komitənin işçi komissiyasının materiallarında (BMT 
çərçivəsində), NK-da və s. təsvir olunur. 
4.2.
 
Beynəlxalq alqı-satqı kontraktlarının ümumi şərtlən 
və növləri 
Beynəlxalq  kommersiya  və  yaxud  alqı-satqı  kontraktının  şərtləri 
müqavilənin  bəndlərində  qeyd  edilən  və  tərəflərin  razılaşdırdığı, 
kontragentlərin  qarşılıqlı  hüquq  və  öhdəliklərinin  məcmusudur. 
Kontraktı  bağlayan  tərəflər  bazardakı  vəziyyəti,  ticarət  qaydalarını  və 
tərəfdaşların tələblərini rəhbər tutaraq, müqavilənin bəndlərinin bu və ya 
digər məzmununu sərbəst olaraq seçirlər. Ancaq kontrak uyğun aktlarla 
müəyyən edildiyi hallarda, şərtlərin qəbulu ilə bağlı istisnalar ola bilər. 
113 


Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə