Q. S. Httseynov I e. d., prof. A. M. Məhərrəmov I e. d., prof. H. B. Rfistə]nbəyov I e. n., dos. A. H. Tağıyev Mammədova Ş. S. Beynalxalq kommersiya işi. Dərs



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə38/113
tarix29.08.2018
ölçüsü2,25 Mb.
#65285
1   ...   34   35   36   37   38   39   40   41   ...   113

olaraq müəyyən olunur). 

Beynəlxalq  kommersiya  təcrübəsində  hesablaşmaların  aşağıdakı 
formalarından istifadə olunur: 
l.
 
İnkasso  hesablaşma  forması  (collection  of  payment)  -  ixracatçı 
tərəfindən  idxalçıya  uyğun  əmtəə  sənədlərinin  təqdim  edilməsi 
müqabilində  öz  bankına  idxalçıdan  müəyyən  məbləğin  alınmasına  dair 
verdiyi  tapşırıqdır.  Hesablaşmanın  inkasso  forması  beynəlxalq 
kommersiya  təcrübəsində  ixracatçının  öz  bankı  ilə  elə  bir  razılaşmaya 
gəlməsidir  ki,  bu  razılaşmada  bank  əmtəənin  göndərilməsi  barəsində 
sənədləri idxalçıya yalnız göndərilən malların dəyəri ödənildikdən sonra 
verəcəyi  öhdəlik  əsas  götürülür.  Başqa  sözlə,  inkasso  elə  bir  bank 
əməliyyatıdır ki, onun vasitəsilə bank müştərinin tapşırığı üzrə idxalçıdan 
onun ünvanına göndərilən mal və ya göstərilmiş xidmətlər müqabilində 
ödəməni qəbul edir və bu vəsaiti ixracatçının hesabına köçürür. İnkasso 
aşağıdakı sxem üzrə dörd mərhələdə həyata keçirilir: 
Mərhələ 
II Mərhələ 
III Mərhələ 
IV Mərhələ 
 
 

 
§
 
 
1
 
^ ödəniş
 
o*
 
4

>
 
at
 
o
 
§ 
İnkasso ^
 
C
 
ç
 
 
C
 
C
 
məbləği
 
tapşırığı 
Əmtəə ^
 
 
 
. . . .. .  ^
 
 
sənədləri
 
 
 
•O
 
 ----------------- >
 
co 

T3 
Şəkil 4.2. İnkasso əməliyyatları 
Beləliklə,  inkasso  -  bank  əməliyyatlarından  biri  olmaqla,  bank 
tərəfindən  müştərinin  tapşırığı  əsasında  idxalçıdan  onun  ünvanına 
yüklənmiş mala və göstərilən xidmətə görə vəsaitin qəbul edilməsi 
127 


və ixracatçının hesabına köçürülməsi deməkdir. İnkasso sadə və sənədli 
ola bilər. Sadə  (və  ya  təmiz)  inkasso  vəsaitin kommersiya sənədlərilə 
müşaiyət olunmayan mali^^ə sənədlərinə əsasən alınmasıdır. 
Sənədli  (kommersiya)  inkasso  isə  kommersiya  sənədlərilə 
müşaiyət  olunan  maliyyə  sənədləri  və  ya  təkcə  kommersiya  sənədləri 
əsasında aparılır. Bu zaman banklarda sənədlərin ödənilməsi üzrə heç bir 
öhdəlik  olmur.  İxracatçı  malları  göndərdikdən  sonra,  öz  bankına 
idxalçıdan  və  dəqiq  məlumatın  əks  olunduğu  inkasso  tapşırığında 
göstərilən şərtlər əsasında valyuta məbləğini almağı tapşırır. 
Qeyd etmək lazımdır ki, hesablaşmanın inkasso forması idxalçıya 
müəyyən üstünlük verir. Onun əsas öhdəliyi ondan ibarətdir ki, ödəməni 
əmtəəni götürməyə hüquq verən əmtəə sənədləri əsasında həyata keçirir
artıq  bu  halda  vəsaiti  vaxtından  əvvəl  dövriyyədən  çıxartmağa  ehtiyac 
qalmır.  Ancaq,  eyni  zamanda,  ixracatçı  idxalçı  tərəfindən  dəyəri 
ödənilənə  qədər  əmtəə  haqqında  sərəncam  vermək  hüququnu  özündə 
saxlayır.  Bununla  belə^  inkasso  ixracatçı  üçün  bir  sıra  problemlər 
yaradır.  Birincisi,  ixracatçı  bazar  konyunkturasının,  yaxud  ödəyicinin 
maliyyə vəziyyətinin pisləşməsilə əlaqədar idxalçının ödənişdən imtina 
etməsi  riskilə  üzləşir.  Ona  görə  də  hesablaşmanın  inkasso  formasında 
əsas  şərt  ixracatçının  öz  tərəfdaşının  ödəmə  qabiliyyətinə  və  vicdanlı 
olmasına  inamıdır.  İkincisi,  xüsusi  əmtəələr  uzunmüddətli  nəqliyyat 
vasitələrilə göndərildikdə, valyuta gəlirlərinin inkasso ilə daxil olması və 
əmtəələrin göndərilməsi müddəti arasında xeyli vaxt fərqi mövcud olur. 
2.
 
Akkreditiv hesablaşma forması (letter of credit) - 
İxracatçı  tərəfindən  təqdim  edilən  sənədlər  müqabilində  göndərilən 
əmtəənin dəyəri həcmində ahcı-idxalçının hesabına və onun göstərişi 
128 


üzrə ixracatçıya ödənişin həyata keçirilməsi ilə bağlı bankın öhdəliyidir. 
Akkreditiv aşağıdakı mərhələlər üzrə həyata keçirilir: 
IV Mərhələ 
III Mərhələ 
II Mərhələ 
I Mərhələ 
 
Şəkil 4.3. Akkreditiv hesablaşma forması əməliyyatlarının ümumi 
strukturu 
Beynəlxalq  kommersiya  təcrübəsində  akkreditiv  geniş  istifadə 
edilən və olduqca etibarlı bir ödəniş formasıdır. Akkreditiv qısa şəkildə 
“şərtli bank öhdəliyi” deməkdir. Geniş mənada isə akkreditiv idxalçının 
istəyilə (tapşırığı əsasında) bir bankın: 
-müəyyən pul məbləği müqabilində
-müəyyən müddət ərzində
-müəyyən sənədlər əsasında; 
-həmçinin  nəzərdə  tutulmuş  şərtlər  yerinə  yetirildiyi  halda 
ixracatçıya  hazırlayacağı  ödəniş  sənədlərinin  qəbul  edəcəyi  haqqında 
yazılı öhdəliyidir. Akkrteditivin üzərində onun müddəti,  yeri, sənədləri 
ortaya  çıxartmağın  ən  son  tarixi  və  əmtəənin  ən  son  yüklənmə  tarixi 
göstərilir. Bu üsul digər ödəniş üsullarından fərqli olaraq hər iki tərəfə 
üstünlüklər  verir.  İdxalçılar  nöqteyi-nəzərindən  akkreditivin  üstünlüyü 
ondan ibarətdir ki,  banklar  akkreditiv  şərtlərinin  idxalçılar üçün  yerinə 
yetirilməsini  nəzarətdə  saxlayırlar.  Buna  görə  də  idxalçı  akkreditiv 
şərtləri yerinə yetirilməsə, 
129 


ixracatçıya  ödəniş  verməyəcəyinə  əmindir.  Akkreditivdə  “ən  son 
yüklənmə tarixi”nin yazılması əmtəələrin vaxtında alınması üçün şərait 
yaradır.  Əgər  ixracatçı  ilə  razılıq  əldə  edilərsə,  əmtəənin  dəyərinin 
sənədlər daxil olarkən deyil, 60 gün sonra ödənilməsi idxalçı üçün kredit 
verilməsi kimi qəbul edilir. 
İxracçılar  nöqteyi-nəzərindən,  bu  hesablaşmanın  üstünlüyü  ondan 
ibarətdir  ki,  onlar  bankın  ödəniş  təminatına  malik  olurlar,  bununla  da 
idxalçının ölkəsində mümkün siyasi risk minimuma endirilir. Həm də bu 
üsul ixracatçılar üçün sadə maliyyələşmə üsulu hesab edilir. 
Beynəlxalq  kommersiya  əməliyyatlan  ilə  əlaqədar  açılan 
akkreditivlərin çoxu sənədlidir. Sənədli akkreditiv növündə satıcı vasitəçi 
banka bir çox sənədlər təqdim etməlidir. Bu sənədlər kredit məktubuna 
əlavə  olunurlar.  Onların  bir  hissəsi  məcburi  (konossament  və  ticarət 
fakturası), bir hissəsi isə idxaiçmın öz arzusu ilə (sığorta sənədi, mənşə 
şəhadətnaməsi, təhlil sənədi, qablaşdırma vərəqi və s.) təqdim edilir. 
3.
 
Çekdən  (chek  və  ya  cheque)  və  veksellerdən  (draft,  bili  of 
exchange) istifadə edilməklə həyata keçirilən hesablaşma forması.  Çek 
hesablaşma  forması  çek  sahibinin  öz  bankına  vəsaitindən  müəyyən 
məbləğin  əlində  çeki  olana  verilməsi  və  ya  bu  vəsaitin  onun  hesabına 
köçürülməsi  yolu  ilə  həyata  keçinilir.  Başqa  sözlə,  çek  - 
müəyyənləşdirilmiş formada olan, cari hesab sahibinin konkret şəxsə və 
ya təqdim edənə müəyyən məbləği ödəməsi haqqında şəxsə və ya təqdim 
edənə  müəyyən  məbləğ  ödəməsi  barədə  banka  təqdim  etdiyi  yazılı 
sərəncamıdır.  Çünki  rekvizit  və  formaları  milli  və  beynəlxalq 
qanunvericiliklə  tənzimlənir.  Çekin  bir  şəxsdən  digər  şəxsə  verilməsi 
ötürmə imzası (indossament) ilə həyata keçirilir. Çekin iki növünü: adlı - 
müəyyən şəxsin adına yazılan, order - indossament üzrə verilən çekləri 
fərqləndirirlər. 
130 


Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə