Birinci kitab. Buxarı̇ və müslı̇mı̇n “səhı̇h”lərı̇ndə qadın şəxsı̇yyəti
120
təkliyinə və özünün peyğəmbər olmağına
şəhadət gətirdikdən
sonra dedi: “Mən (Zeynəbi) Əbülas ibn ər-Rəbi ilə evləndirdim.
O, (Zeynəbdən başqası ilə evlənməyəcəyinə) söz verdi və sözü-
nü tutdu. Fatimə məndən bir parçadır. Ona (kiminsə) yaman-
lıq etməsi xoşuma gəlmir”. (Başqa bir rəvayətdə: “Onun dində
fitnəyə düşməyindən ehtiyatlanıram. Mən halalı – haram, hara-
mı da halal etmirəm. Lakin, and olsun ki, Peyğəmbərin qızı ilə
Allahın düşməninin qızı əsla yan-yana gəlməz!” (Bunu eşidən)
Əli (Əbu Cəhlin qızı ilə) evlənməkdən vaz keçdi”
1
.
Peyğəmbərin Fatiməyə, Əli və övladlarına
ehtiram bəsləməsi
Rəvayət olunur ki, Həzrəti Aişə
(Allah ondan razı qalsın!)
deyib:
“Bir səhər Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
evindən
bayıra çıxmışdı. Əynində qara qıldan hörülmüş tikişsiz paltar
var idi. Elə bu vaxt Əlinin oğlu Həsən gəldi. Peyğəmbər onu
paltarının altına aldı. Sonra Hüseyn gəldi. Peyğəmbər onu da
paltarının altına aldı. Sonra Fatimə gəldi, Peyğəmbər onu da
paltarının altına aldı. Daha sonra Əli gəldi. Peyğəmbər
(Ona
Allahın xeyir-duası və salamı olsun!)
onu da paltarının altına alıb dedi:
“Ey əhli-əyalım! Allah sizdən yamanlığı uzaqlaşdırmaq, sizi
təmizləmək istəyir”
2
.
Möminlərin anası Həzrəti Aişə
(Allah ondan razı qalsın!)
demişdir:
“Biz, Peyğəmbərin zövcələri hamılıqda onun yanında ikən
Fatimə gəldi. Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
onu
1
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
2
Hədisi İmam Müslim rəvayət etmişdir.
Dördüncü fəsil.
Qadın şəxsiyyətlər
121
gördüyündə salamlayaraq dedi: “Xoş gördük, qızım!” Sonra
onu sağında, ya da solunda oturtdu. Daha sonra gizlicə ona nə
isə dedi. Fatimə bərk-bərk ağladı. Peyğəmbər
(Ona Allahın xeyir-duası
və salamı olsun!)
görəndə ki, Fatimə qəm-qüssəyə batıb, ikinci dəfə
ona gizlicə nə isə dedi. Bu dəfə Fatimə güldü. Fatiməyə dedim:
“Mən onun zövcəsiyəm. Yanımızda ikən Peyğəmbər
(Ona Allahın
xeyir-duası və salamı olsun!)
sənə gizlicə nə isə söylədi. Sən isə ağladın.”
(Aişə sözünə davam edir:) “Peyğəmbər
(Ona Allahın xeyir-duası və
salamı olsun!)
getdikdən sonra Fatimədən soruşdum: “O, sənə nə
söylədi?” Dedi: “Peyğəmbərin
(Ona Allahın xeyir-duası və salamı olsun!)
sir-
rini kiməsə deməyəcəyəm.” Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı
olsun!)
vəfat etdikdən sonra Fatiməyə dedim: “Peyğəmbərin
(Ona
Allahın xeyir-duası və salamı olsun!)
sənə dediyini mənə xəbər vermədiyin
üçün boynunda haqqım var.” Dedi: “Bəli, indi deyərəm. Birinci
dəfə mənə dedi ki, “Cəbrayıl hər il onunla Quranı bir dəfə
təkrarladığı halda bu il iki dəfə təkrarlayıb. Görünür, əcəlim
yaxınlaşıb. (Ey Fatimə!) Allahdan qorx və səbir göstər! Mən
sənin nə yaxşı sələfinəm!” Və mən, sənin də gördüyün kimi,
ağladım. Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
görəndə ki,
narahatam, ikinci dəfə gizlicə dedi: “Ey Fatimə! Bu ümmətin
mömin qadınlarının böyüyü olmaq istəməzsənmi?” Mən də
bunu eşidən kimi, güldüm”
1
.
Əbu Davud, Tirmizi və Nəsai isə belə rəvayət etmişlər:
“(Bir dəfə) Fatimə Peyğəmbərin
(Ona Allahın xeyir-duası və salamı
olsun!)
yanına gəldi. Peyğəmbər (onu gördükdə) ayağa qalxıb
onu öpdü və yanında oturtdu. Peyğəmbər
(Ona Allahın xeyir-duası və
salamı olsun!)
onun yanına getdiyində o da eyni cür hərəkət edirdi.
1
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
Birinci kitab. Buxarı̇ və müslı̇mı̇n “səhı̇h”lərı̇ndə qadın şəxsı̇yyəti
122
Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
xəstələndiyi zaman
Fatimə onun yanına gəldi, onu qucaqlayıb öpdü”
1
.
Rəvayət olunur ki, Əbu Hüreyrə
(Allah ondan razı qalsın!)
deyib:
“(Bir dəfə) günortaüstü Peyğəmbər
(Ona Allahın xeyir-duası və sa-
lamı olsun!)
evindən çıxdı. Nə o mənə bir söz dedi, nə də mən
ona bir söz dedim. Nəhayət, gəlib Qəynuqə bazarına çatdıq.
Fatimənin evinin həyətində oturdu və: “Balaca oradadırmı?
Balaca oradadırmı?” – deyə soruşdu. (Fatimə) uşağı bir az
ləngitdi. Mən isə onun uşağa ətirli boyunbağı taxdığını və
ya onu yuyundurduğunu zənn etdim. Sonra Həsən qaça-qaça
gəlib (Peyğəmbərin qucağına atıldı), Peyğəmbər
(Ona Allahın xeyir-
duası və salamı olsun!)
onu qucaqlayıb öpdü və belə dua etdi: “Alla-
hım, onu və onu sevənləri sev!”
2
Rəvayət olunur ki, İbn
Ömər
(Allah ondan razı qalsın!)
deyib:
“Peyğəmbərin
(Ona Allahın xeyir-duası və salamı olsun!)
belə dediyini
eşitmişəm: “Onlar (Həsən və Hüseyn) mənim bu dünyadakı
iki gülümdür”
3
.
Həzrəti Fatimə və oğlu Həsənin
Peyğəmbərə oxşaması
Həzrəti Aişə
(Allah ondan razı qalsın!)
demişdir:
“(Bir dəfə) Fatimə (bizə) gəldi. Gəzişi Peyğəmbərin
(Ona Al-
lahın xeyir-duası və salamı olsun!)
gəzişi kimi idi”
4
.
1
İbn Həcər əl-Əsqəlani. Fəth əl-Bari, IX cild, səh. 200.
2
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
3
Hədisi İmam Buxari rəvayət etmişdir.
4
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.