Birinci kitab. Buxarı̇ və müslı̇mı̇n “səhı̇h”lərı̇ndə qadın şəxsı̇yyətı̇
56
Xəstələrə baxmaq. Həzrəti Aişə
(Allah ondan razı qalsın!)
demiş-
dir:
“Xəndək günü Sə`d yaralanmışdı. Peyğəmbər
(Ona Allahın xeyir-
duası və salamı olsun!)
məsciddə çadır qurdu ki, ona yaxınlıqdan baş
çəkə bilsin...”
1
.
Hafiz ibn Həcər demişdir:
“... Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
Sə`di məsci-
dindəki çadıra yerləşdirdi. Xəstələri müalicə edən bir qadın
var idi. Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
dedi: “Onu
(Sə`di) onun (qadının) çadırına yerləşdirin ki, yaxınlıqdan ona
baş çəkə bilim”
2
.
Qadının ailədəki yeri
Əməlisaleh zövcə dünya zövqlərinin ən yaxşısıdır. Abdul-
lah ibn Ömər
(Allah ondan razı qalsın!)
rəvayət edir ki, Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
demişdir:
“Dünya bir zövqdür. Dünya zövqlərinin ən yaxşısı isə
əməlisaleh qadındır”
3
.
Qadının ər seçmə haqqı vardır.
Əbu Hüreyrə
(Allah ondan
razı qalsın!)
rəvayət edir ki, Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı
olsun!)
demişdir:
“Dul qadını özü istəmədikcə nikahlamaq olmaz. Bakirə qızın
da icazəsi (istəyi) olmadan nikahı bağlanmaz”
4
.
1
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
2
İbn Həcər əl-Əsqəlani. Fəth əl-Bari, VIII cild, səh. 415.
3
Hədisi İmam Müslim rəvayət etmişdir.
4
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
Birinci fəsil. Qadın şəxsiyyəti
57
Ailədə qadın və kişinin öhdəlikləri
Kişinin öhdəlikləri:
1. Qəyyumluq. İbn Ömər
(Allah ondan razı qalsın!)
rəvayət edir ki,
Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
deyib:
“... Kişi ailəsinin çobanıdır və ondan məsuldur”
1
.
2. Xərcləmə.
Cabir ibn Abdullah
(Allah ondan razı qalsın!)
rəvayət
edir ki, Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
deyib:
“...Onları gözəl şəkildə yedirib geydirməlisiniz”
2
.
Qadının öhdəlikləri:
1. Uşaqlara baxmaq və onları tərbiyə etmək. Abdullah ibn
Ömər
(Allah ondan razı qalsın!)
rəvayət edir ki, Peyğəmbər
(Ona Allahın
xeyir-duası və salamı olsun!)
deyib:
“... Qadın ailəsi və uşaqlarının çobanıdır, onlardan məsuldur”
3
.
2. Ev işlərini görmək. Abdullah ibn Ömər
(Allah ondan razı qal-
sın!)
rəvayət edir ki, Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
deyib:
“... Qadın ər evinin çobanıdır və ondan məsuldur”
4
.
1
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
2
Hədisi İmam Müslim rəvayət etmişdir.
3
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
4
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
Birinci kitab. Buxarı̇ və müslı̇mı̇n “səhı̇h”lərı̇ndə qadın şəxsı̇yyətı̇
58
Öhdəlikləri yerinə yetirməkdə
ər və arvadın bir-birinə kömək etməsi
Qəyyumluqda köməkləşmə (müraciət və məsləhətləşmə
əsasında). Ömər ibn Xətt ab
(Allah ondan razı qalsın!)
demişdir:
“And olsun ki, Cahiliyyət dövründə qadınları heç bir məsə-
lədə nəzərə almırdıq. Elə ki Allah onlar haqqında endirdiyini
endirdi və onlara verdiyini də verdi (onları nəzərə aldıq). Bir
dəfə bir məsələ haqqında düşünürdüm. Zövcəm dedi: “Əgər
belə etsən, belə olar.” Ondan soruşdum: “Bundan sənə nə?
Mənim yerimə dərd çəkmə!” O da mənə dedi: “Necə də
qəribəsən, ey Xətt abın oğlu! Kiminsə sənin üzünə ağ olmağını
istəmirsən, amma qızın (belə işlərdə) Peyğəmbərin
(Ona Alla-
hın xeyir-duası və salamı olsun!)
üzünə qayıdır, hətt a onu bütün günü
əsəbiləşdirir...”
1
.
Rəvayət olunur ki, Ömər ibn Xətt ab
(Allah ondan razı qalsın!)
de-
yib:
“Biz, Qüreyşlilər qadınlara ağalıq edirdik... Mədinəlilərin
(ənsarın) yanına getdiyimizdə gördük ki, qadınları onlara ağa-
lıq edirlər. Bizim də qadınlar ənsar qadınlarının bu xasiyyətini
götürməyə başlamışdılar. Bir dəfə zövcəmin üstünə qışqırdım.
O da üzümə qayıtdı. Mən də buna görə onu azarladım. Dedi:
“Üzünə qayıtmağımdan xoşlanmırsanmı? Allaha and olsun ki,
Peyğəmbərin
(Ona Allahın xeyir-duası və salamı olsun!)
zövcələri də onun
üzünə qayıdırlar. Hətt a onlardan biri o gün gecəyədək ondan
1
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.