Birinci fəsil. Qadın şəxsiyyəti
43
yaraq, ümmət onu qəbul etmişdir, – bunu Sünnə elmini azacıq
da olsa bilən hər kəs təsdiq edir”
1
.
Həzrəti Aişə
(Allah ondan razı qalsın!)
Peyğəmbərin
(Ona Allahın xeyir-
duası və salamı olsun!)
belə dediyini rəvayət edib:
“Kim bizim bu işimizdə ondan olmayanı edərsə, rədd edilər”
2
.
Həzrəti Aişə, Həzrəti Həfsə, Ümmi-Sələmə, Ümmi-Həbibə,
Cüveyriyə və başqaları hədis rəvayət etmiş səhabə qadınlardır.
Həzrəti Aişə
(Allah ondan razı qalsın!)
deyirdi:
“Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
səndəlini ge-
yinərkən, saçını qaydaya salarkən, təmizlənərkən – bir sözlə,
hər bir şeydə sağdan başlamağı xoşlayırdı”
3
.
Həzrəti Həfsə
(Allah ondan razı qalsın!)
demişdir:
“Mən Peyğəmbərin
(Ona Allahın xeyir-duası və salamı olsun!)
vəfat
ili xaric başqa heç vaxt nafilə namazlarını oturaraq qıldığını
görmədim. (Bu bir il ərzində) oturaraq nafilə namazı qılır,
surələri avazla oxuyurdu. Odur ki avazla oxuduğu surələr daha
uzun surələrdən uzun olurdu”
4
.
Ümmi-Sələmə
(Allah ondan razı qalsın!)
demişdir:
“Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
otağının qapısı
ağzında bir-biri ilə çəkişənlərin səsini eşidib çölə çıxdı. Onlara
dedi: “Mən də insanam. Yanıma bir-biri ilə çəkişən insanlar
gəlir. Bəlkə də, bəziniz digərlərindən daha bəlağətli nitqə sahib-
dir. Odur ki onu haqlı bilərəm, lehinə hökm verərəm. Kimin
lehinə bir müsəlmanın haqqına girməklə hökm versəm, (bilsin
1
əş-Şövkani. Leyl əl-Övtar, VIII cild, səh. 122.
2
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
3
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
4
Hədisi İmam Müslim rəvayət etmişdir.
Birinci kitab. Buxarı̇ və müslı̇mı̇n “səhı̇h”lərı̇ndə qadın şəxsı̇yyətı̇
44
ki) bu hökm cəhənnəmdən bir atəşdir. İstər götürsün, istərsə
də götürməsin”
1
.
Zeynəb bint Cəhş
(Allah ondan razı qalsın!)
rəvayət edir ki, bir
dəfə Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
onun yanına
qorxmuş halda gələrək dedi: “Allahdan başqa ilah yoxdur! Ya-
xınlaşan şərdən vay ərəblərin halına! Bu gün Yəcuc və Məcuc
səddindən belə bir – baş və şəhadət barmaqlarını dairəvi
birləşdirərək göstərdi – dəlik açıldı. (Zeynəb sözünə davam
edir:) “Dedim ki, ey Allahın rəsulu, aramızda əməlisalehlər
ola-ola biz də həlak olacağıqmı?” Dedi: “Əgər pislik (xəbislik)
çoxalarsa, bəli!”
2
Rəvayət olunur ki, Ümmi-Həbibə
(Allah ondan razı qalsın!)
deyib:
“(Bir dəfə) belə dua etmişdim: “Allahım, mənə ərim Pey-
ğəmbərlə, atam Əbu Süfyanla, qardaşım Müaviyə ilə məmnun-
luq bəxş et.” (Bunu eşidən) Peyğəmbər
(Ona Allahın xeyir-duası və sala-
mı olsun!)
demişdi: “Allaha yazılmış ömür, məhdud günlər və bö-
lünmüş ruzi üçün əl açırsan. Allah heç nəyi vədəsindən qabaq
və ya sonra etməz. Əgər Allahdan səni cəhənnəm və ya qəbir
əzabından qorumağını istəsəydin, daha yaxşı, daha üstün olar-
dı.” (Ravi deyir:) “Peyğəmbərin
(Ona Allahın xeyir-duası və salamı olsun!)
yanında meymunlardan söz açılmışdı. (başqa ravi Mis`ər deyir:
“Zənnimə görə, belə deyilmişdi: “Donuzlar dəyişilmədən (baş-
qa bir heyvandan və ya insandan çevrilib olmaqla) yaranıb.”
Peyğəmbər dedi: “Allah dəyişilib olanlara törəyib-artma bəxş
etməyib. Meymunlar və donuzlar bundan qabaq da olmuşlar”
3
.
1
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
2
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
3
Hədisi İmam Müslim rəvayət etmişdir.
Birinci fəsil. Qadın şəxsiyyəti
45
Rəvayət olunur ki, Cüveyriyyə
(Allah ondan razı qalsın!)
deyib:
“Bir dəfə sübh tezdən Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı
olsun!)
səhər namazını qıldıqdan sonra yanımdan ayrılıb getdi.
Məsciddə oturmuşdum. Zuha vaxtı geri qayıtdı. Gördü ki, hələ
də məsciddə oturmuşam. Soruşdu: “Hələ də səndən ayrılıb
getdiyim vəziyyətdəmi oturmusan?” Dedim: “Bəli.” Buyurdu:
“Səndən ayrıldıqdan sonra dörd sözü üç dəfə təkrar etdim.
Bu sözləri sənin bu gün söylədiklərinlə tərəziyə qoysam, eyni
gələr: “Subhənəlllahi və bihəmdih adədə xalqih və rıda nəfsih
və zinətə arşih və midədə kəlimətih”
1
.
Rəvayət olunur ki, Səfiyyə bint Hüyey
(Allah ondan razı qalsın!)
deyib:
“Peyğəmbərə
(Ona Allahın xeyir-duası və salamı olsun!)
Ramazanın
son on günündə məsciddə etikafda ikən baş çəkdim. Onunla
söhbət etdim. Evə qayıtmaq üçün yerimdən qalxdım. Məni
evimə ötürmək üçün Peyğəmbər də ayağa durdu. Məscidə,
Ümmi-Sələmənin otağının qapısına çatmışdım ki, ənsardan iki
nəfər yanımızdan keçdi. Peyğəmbərə
(Ona Allahın xeyir-duası və sa-
lamı olsun!)
salam verdilər. Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı
olsun!)
onlara dedi: “Yavaş olun. Bu, Səfiyyə bint Hüyeydir.”
Dedilər: “Sübhənallah, ey Allahın rəsulu!” Peyğəmbər də: “Al-
lahu Əkbər!” – deyib sözünə davam etdi: Şübhə yox ki, Şeytan
insanın damarlarınadək nüfuz edir. Qorxdum ki, ağlınıza pis
şey gəlsin”
2
.
Rəvayət olunur ki, Məymunə
(Allah ondan razı qalsın!)
demişdir:
1
Hədisi İmam Müslim rəvayət etmişdir.
2
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
Dostları ilə paylaş: |