Ön söz
35
dür ki, əməyimiz böyük və ciddi mövzunun ancaq bir tərəfini
əhatə etsin.
Ayə və hədislərin məzmunu haqda mülahizələrimə gəlincə,
bu, təbii ki, nisbidir. Dini mətnlərdəki bütün mənaları izah
etməyə aciz bəndənin gücü çatarmı?! Bu mətnlərdəki bütün
məqamlara təmas etmək, bütün məna çalarlıqlarını üzə çıxar-
maq qeyri-mümkündür. Bunun üçün, bəlkə də, davamlı, cid-
di zəhmət tələb olunur. Özü də bu işə tədqiqatçıların bütöv
dəstəsi cəlb olunmalıdır.
Birinci fəsil
QADIN ŞƏXSİYYƏTİ
Giriş
Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
deyib:
“Qadınlar və kişilər bir bütövün hissələridir”
1
.
Həzrəti Ömər
(Allah ondan razı qalsın!)
deyirdi:
“Cahiliyyətdə qadınları heç nə hesab edirdik. Elə ki Allah
onlar haqqında endirdiyini endirdi və onlara verdiyini verdi
(onları qiymətləndirməyə başladıq)”.
2
Hədisin başqa versiyasında deyilir:
“Cahiliyyət zamanı qadınları bir heç sayırdıq. İslam gəldiyi
zaman Allah (Quranda) onların adlarını çəkdi. Bildik ki, onla-
rın üzərimizdə haqqı vardır”
3
.
Qadın ayrıca şəxsiyyətdir
İslamın ilk günlərindən kişilər kimi qadınlar da Allahın
dininə çağırılmışlar. Rəvayət olunur ki, Əbu Hüreyrə
(Allah ondan
razı qalsın!)
demişdir:
1
Hədis Əbu Davud rəvayət etmişdir. Bax: Əlbani. Səhih əl-came əs-
səğir, hədis № 2329.
2
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
3
Hədisi İmam Buxari rəvayət etmişdir.
Birinci kitab. Buxarı̇ və müslı̇mı̇n “səhı̇h”lərı̇ndə qadın şəxsı̇yyətı̇
38
“Və ən yaxın qohumlarına xəbərdarlıq et!” ayəsi
1
nazil ol-
duqda Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
səslənmişdi:
“Ey Qüreyşlilər! Canınızı satın alın! Allahın dərgahında sizin
üçün heç nə edə bilmərəm. Ey Əbdülmənafoğulları! Allahın
dərgahında sizin üçün heç nə edə bilmərəm. Ey Əbdülmütt əli-
bin oğlu Abbas! Allahın dərgahında sənin üçün heç nə edə
bilmərəm. Ey Peyğəmbərin bibisi Səfiyyə! Allahın dərgahında
sənin üçün heç nə edə bilmərəm. Ey Məhəmmədin qızı Fatimə!
Varımdan nə istəyirsənsə istə, amma Allahın dərgahında sənin
üçün heç nə edə bilmərəm”
2
.
Qadın ərindən qabaq yeni dinə
iman gətirmişdir
Abdullah ibn Abbas
(Allah ondan razı qalsın!)
deyirdi:
“Anam və mən köməksiz idik. Mən köməksiz uşaqlardan,
anam isə köməksiz qadınlardan idi”
3
.
Buxari bu hədisin şərhində yazmışdı:
“İbn Abbas
(Allah ondan razı qalsın!)
və anası köməksiz insanlar
idilər. Atası ilə birlikdə xalqının dinini tərk etmişdi”.
Hafiz ibn Həcər əl-Əsqəlani bu hədisi izah edərkən demişdi:
“Onun anasının adı Lübabə bint əl-Haris əl-Hilaliyyə idi.
Künyəsi Ümmi-Fəzl olmuşdur. Fəzl isə Abbasın ən böyük
oğludur”
4
.
1
“əş-Şüəra” surəsi, 214-cü ayə.
2
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
3
Hədisi İmam Buxari rəvayət etmişdir.
4
İbn Həcər əl-Əsqəlani. Fəth əl-Bari, III cild, səh. 462.
Birinci fəsil. Qadın şəxsiyyəti
39
Qadın xalqını yeni dinə
iman etməyə çağırmışdır
İmran ibn əl-Hüseyn
(Allah ondan razı qalsın!)
deyib:
“Peyğəmbərlə
(Ona Allahın xeyir-duası və salamı olsun!)
səfərə çıxmışdıq.
Bütün gecəni yol getmiş, səhərə yaxın dincəlmək üçün mənzil
salmışdıq. Yuxu bizə üstün gəlmiş, günəş adam boyu qalxmış-
dı. İlk oyanan Əbubəkr oldu. Özü oyanar deyə Peyğəmbəri
(Ona Allahın xeyir-duası və salamı olsun!)
oyatmadı. Sonra Ömər oyandı.
Əbubəkr Peyğəmbərin baş tərəfində əyləşdi. “Allahu Əkbər”
deməyə başladı, səsini yüksəltdi. Peyğəmbər
(Ona Allahın xeyir-duası
və salamı olsun!)
oyandı. Bizə günorta namazını qıldırdı. Dəstədən
bir kişi ayrıldı və bizimlə namaz qılmadı. Namaz başa çatdıq-
da Peyğəmbər həmin kişidən soruşdu: “Ey filankəs. Bizimlə
namaz qılmağına nə əngəl oldu?” Kişi: “Cünub olmuşam”, –
deyə cavab verdi. Peyğəmbər əmr etdi ki, torpaqla təyəmmüm
alsın. Kişi namaz qıldı. Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı
olsun!)
məni miniyinin təkinə almışdı. Bərk susamışdıq. Yolla
gedərkən bir qadın gördük. Ayaqlarınadək iki tuluq sallanmış-
dı. Soruşduq: “Su harada var?” Dedi: “Buralarda su yoxdur.”
Dedik: “Ailənlə su (mənbəyi) arasında nə qədər məsafə var?”
“Bir gün və bir gecəlik məsafə”, – deyə cavab verdi. Dedik:
“Peyğəmbərin yanına get.” Təəccübləndi: “Peyğəmbər nədir?”
Qadını heç tanımırdıq. Birlikdə Peyğəmbərin
(Ona Allahın xeyir-du-
ası və salamı olsun!)
yanına çatdıq. Bizə danışdığını ona da danışdı.
Onu da əlavə etdi ki, yetimləri var. Peyğəmbər
(Ona Allahın xe-
yir-duası və salamı olsun!)
əmr etdi ki, tuluqları gətirsinlər. Tuluğun
Dostları ilə paylaş: |