Dördüncü fəsil.
Qadın şəxsiyyətlər
197
Həfsə bint Sirin rəvayət edir ki, Ümmi-Ətiyyə əl-Ənsariyyə
(Allah ondan razı qalsın!)
deyib:
“Peyğəmbərlə
(Ona Allahın xeyir-duası və salamı olsun!)
yeddi yürüşdə
iştirak etdim. Mindikləri heyvanlara qulluq edir, onlara yemək
bişirir, yaralıları müalicə edir, xəstələrə baxırdım”
1
.
Göründüyü kimi, Ümmi-Ətiyyə Peyğəmbərlə
(Ona Allahın xeyir-
duası və salamı olsun!)
yeddi yürüşdə iştirak etmişdir. Əri ilə birlikdə
isə altı yürüşün iştirakçısı olmuşdur
2
.
Sünnəni yaxşı bilməsi
Rəvayət olunur ki, Həfsə
(Allah ondan razı qalsın!)
demişdir:
“Bayram günlərində bakirə qızlarımıza evdən kənarda ibadət
etməyi qadağan edirdik... Ümmi-Ətiyyə gəldiyində soruşdum:
“Peyğəmbərdən
(Ona Allahın xeyir-duası və salamı olsun!)
bu haqda bir şey
eşitmisənmi?” Dedi: “Atam ona fəda olsun! Bəli, eşitmişəm
ki, deyib: “Qoy gənc qızlar və pərdə arxasında oturanlar
(və ya pərdə arxasında oturan gənc qızlar) və aybaşı qadın-
lar (evlərindən) bayıra çıxıb xeyirxah işlərdə və möminlərin
dualarında iştirak etsinlər. Qoy aybaşı qadınlar namazgahdan
kənarda dursunlar.” (Həfsə deyir:) “Soruşdum: “Aybaşı qadın-
lar?” Ümmi-Ətiyyə dedi: “Məgər onlar Ərəfatda və filan, filan
yerlərdə olmurlar?!”
3
Ümmi-Ətiyyə demişdir:
1
Hədisi İmam Müslim rəvayət etmişdir.
2
Hədisi İmam Buxari rəvayət etmişdir.
3
Hədisi İmam Buxari rəvayət etmişdir.
Birinci kitab. Buxarı̇ və müslı̇mı̇n “səhı̇h”lərı̇ndə qadın şəxsı̇yyəti
198
“Cənazələrin arxasınca getməyimiz qadağan edilsə də, (bu)
qadağa qəti qadağa deyildi”
1
.
Qəm-qüssəyə batsa da,
Allahın dininə riayət etməsi
Rəvayət olunur ki, İbn Sirin deyib:
“(Peyğəmbərə) beyət etmiş ənsar qadınlarından biri – Ümmi-
Ətiyyə Bəsrəyə gəlmişdi. Oğlunu görmək istəyirdi. Amma
(cənazəsinə) çata bilməmişdi...”.
Hədisin digər versiyasında deyilir: “Ümmi-Ətiyyənin oğlu
vəfat etmişdi. Ölümünün üçüncü günündə Ümmi-Ətiyyə zə-
fəranlı ətir istədi. Ətri üzərinə sürtdükdən sonra dedi: “Bizə
ərlərimizdən başqasına üç gündən artıq yas saxlamaq qadağan
olunub”
2
.
Hafiz ibn Həcər demişdir:
“(Ümmi-Ətiyyənin) bu oğlunun adı mənə məlum deyil. Eh-
timal var ki, Bəsrəyə döyüşçü kimi gəlib. Oğlunun Bəsrəyə
gəlməyi və xəstələnməsi xəbəri Ümmi-Ətiyyəyə çatdıqda yola
çıxır. Amma (Bəsrəyə çatmadan) oğlu vəfat edir”
3
.
Peyğəmbərə ehtiramı
Rəvayət olunur ki, Həfsə bint Sirin deyib:
“(Ümmi-Ətiyyə) hər dəfə Peyğəmbəri
(Ona Allahın xeyir-duası və
salamı olsun!)
xatırladıqda deyirdi: “Atam ona fəda olsun!”
4
1
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
2
Hədisi İmam Buxari rəvayət etmişdir.
3
İbn Həcər əl-Əsqəlani. Fəth əl-Bari, III cild, səh. 370.
4
Hədisi İmam Buxari rəvayət etmişdir.
Dördüncü fəsil.
Qadın şəxsiyyətlər
199
FATİMƏ BİNT QEYS
Hafiz ibn Həcər demişdir:
“İlk mühacir qadınlardan olmuşdur. Parlaq zəkası vardı. Gö-
zəl xanım olmuşdur”
1
.
Peyğəmbərin məsləhəti ilə evlənməsi
Rəvayət olunur ki, Fatimə bint Qeys
(Allah ondan razı qalsın!)
deyib:
“(Ərimdən) ayrıldıqdan sonra Əbdürrəhman ibn Övf mənə
Peyğəmbərin bir neçə səhabəsinin yanında evlənmək təklif
etdi. Peyğəmbər isə
(Ona Allahın xeyir-duası və salamı olsun!)
məni qu-
lamı Üsamə ibn Zeyd üçün istədi. Mənə danışmışdılar ki,
Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
deyib: “Məni sevən
Üsaməni də sevsin!” Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
mənimlə danışdı. Dedim: “Mənim məsələm sənin əlindədir,
məni istədiyin şəxslə nikahlaya bilərsən.”
Hədisin başqa versiyasında deyilir: “... Peyğəmbər
(Ona Allahın
xeyir-duası və salamı olsun!)
mənə dedi: “İddət”in başa çatdıqda mənə
xəbər ver.” (Gözləmə müddətim başa çatdıqda bunu) ona
xəbər verdim.” Bu arada Müaviyə, Əbu Cəhm və Üsamə ibn
Zeyd ona evlənmək təklifi etdilər. Peyğəmbər
(Ona Allahın xeyir-du-
ası və salamı olsun!)
dedi: “Müaviyə kasıb birisidir, pulu da yoxdur.
Əbu Cəhm isə qadınları döyən kimsədir. Amma Üsamə ibn
1
İbn Həcər əl-Əsqəlani. Fəth əl-Bari, XI cild, səh. 402.
Birinci kitab. Buxarı̇ və müslı̇mı̇n “səhı̇h”lərı̇ndə qadın şəxsı̇yyəti
200
Zeyd...” (Bu zaman) Fatimə əlləri ilə etiraz edib dedi: “Üsamə!
Üsamə!” Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
ona dedi:
“Allaha və peyğəmbərinə itaət sənin üçün daha yaxşıdır!”
(Fatimə deyir:) “(Bundan sonra) onunla evləndim və mey-
limi ona saldım”.
Hədisin başqa versiyasında oxuyuruq:
“Onunla evləndim və Allah məni İbn Zeydlə şərəfl əndirdi,
hörmətli-izzətli etdi”.
Başqa versiyada isə deyilir:
“Onunla nikaha girdim. Allah bu nikahı xeyirli qıldı, mən
ondan xoşlandım”
1
.
Quranı və Sünnəni yaxşı bilməsi,
kişilərin səhvlərini düzəltməsi
Rəvayət olunur ki, Übeydullah ibn Ütbə deyib:
“Əbu Əmr ibn Həfs ibn əl-Müğirə və Əli ibn əbu Ta-
lib Yəmənə yola çıxmışdılar. Zövcəsi Fatimə bint Qeysə onu
boşadığı xəbərini göndərir. Haris ibn Hişam və Əyyaş ibn
əbu Rəbiəyə də əmr edir ki, Fatimənin dolanacaq xərcini
(nəfəqə) versinlər. Onlar Fatiməyə deyirlər: “Allaha and olsun
ki, hamilə deyilsənsə, sənə dolanacaq xərci düşmür.” Fatimə
Peyğəmbərin
(Ona Allahın xeyir-duası və salamı olsun!)
yanına gəlib on-
ların dediklərini ona danışır. Peyğəmbər
(Ona Allahın xeyir-duası və
salamı olsun!)
deyir: “Sənə dolanacaq xərci düşmür.” Bundan son-
ra Fatimə Peyğəmbərdən
(Ona Allahın xeyir-duası və salamı olsun!)
baş-
qa yerə köçmək üçün icazə istədi. Peyğəmbər icazə verdikdə
1
Hədisi İmam Müslim rəvayət etmişdir.
Dostları ilə paylaş: |