Qadin indd



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə62/158
tarix11.06.2018
ölçüsü3,32 Mb.
#48073
1   ...   58   59   60   61   62   63   64   65   ...   158

Dördüncü fəsil. 

Qadın şəxsiyyətlər 

201


Fatimə  soruşdu:  “Haraya  köçüm?”  Peyğəmbər  

(Ona  Allahın  xeyir-

duası  və  salamı  olsun!)  

buyurdu:  “İbn  Ümmi-Məktumun  evinə  get.”  

İbn  Ümmi-Məktum  kor  idi,  odur  ki  Fatimə  onun  yanında  hi-

cabını  çıxarır,  o  da  onu  görmürdü.  Fatimənin  gözləmə  müddəti  

başa  çatdıqda  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

onu  


Üsamə  ibn  Zeydə  nikahladı.  (Sonralar)  Mərvan  (bir  hədisi  

öyrənmək  üçün)  Qəbisə  ibn  Züeybi  onun  yanına  göndərir.  

Fatimə  hədisi  ona  danışır.  Mərvan  deyir:  “Biz  bu  hədisi  an-

caq  bir  qadından  eşitmişdik.  Amma  insanların  adət  etdiyini  

əsas  götürəcəyik.

1

”  Mərvanın  dediklərini  eşidən  Fatimə  deyir:  



“Sizinlə  aramda  Quran  hakim  olsun.  Qüdrətli  və  Böyük  Allah  

buyurur:  “(Ya  Peyğəmbər!)  Övrətləri  boşadığınız  zaman  on-

ları  gözləmə  müddətlərində  (heyzdən  pak  olduqdan  sonra)  

boşayın.  Gözləmə  müddətini  sayın.  Rəbbiniz  olan  Allahdan  

qorxun.  Onları  –  açıq-aşkar  bir  pis  iş  (zina)  etməyənə  qədər  

–  (gözləmə  müddəti  qurtarmamış)  yaşadıqları  evlərdən  çıxart-

mayın  və  onlar  özləri  də  çıxmasınlar.  Bu,  Allahın  hədləridir  

(hökmləridir).  Allah  müəyyən  etdiyi  hədləri  aşan  kimsə  özünə  

zülm  etmiş  olar.  Nə  bilirsən,  ola  bilsin  ki,  Allah  bundan  sonra  

bir  iş  icad  etsin  (ərin  ürəyinə  yenidən  zövcəsinin  məhəbbətini  

salsın  və  onlar  barışsınlar)”

2

.  Amma  bu,  ric`i  talaqla  boşan-



mışa  aiddir.  Bəs  üç  talaqdan  sonra  nə  baş  verir?!  Necə  deyə  

bilərsiniz  ki,  hamilə  olmadığı  təqdirdə  belə  kimsəyə  dolanacaq  

xərci  düşmür?!  Onu  nə  əsasa  evində  tutub  saxlayırsınız?!”

3

1



 Söhbət  üç  talaqla  boşanmış  qadının  evindən  başqa  yerə  köçməsinin  

qadağan  edilməsindən  gedir.  

2

 “ət-Talaq”  surəsi,  1-ci  ayə.  



3

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.  




Birinci kitab.  Buxarı̇ və müslı̇mı̇n “səhı̇h”lərı̇ndə qadın şəxsı̇yyəti

202


Hafiz  ibn  Həcər  demişdir:

“Fatiməyə  görə,  Allah  Təalanın  “ola  bilsin  ki,  Allah  bundan  

sonra  bir  iş  icad  etsin”  sözü  “ərin  yenidən  öz  arvadını  geri  

qaytarması”  deməkdir.  Qətadə,  Həsən  əl-Bəsri,  Süddi,  Zəhhak  

və  başqaları  bu  fikirdədirlər.  Əhməd,  İshaq,  Əbu  Sövr,  Davud  

və  davamçıları  da  Fatimənin  dediyini  təsdiqləmişlər”

1

.

Qonaqlarına ehtiram göstərməsi



Rəvayət  olunur  ki,  Şə`bi  demişdir:

“(Bir  dəfə)  Fatimə  bint  Qeysin  yanına  getmişdik.  Bizi  “ibni-

tab”  xurmasına  qonaq  elədi,  sült  (buğdaya  bənzər  dənələri  olan  

bitki)  şirəsi  içirdi.  Ondan  üç  talaqla  boşanmış  qadının  gözləmə  

müddəti  üçün  harada  qalacağı  barədə  soruşdum.”  Dedi:  “(Ərim)  

məni  üç  talaqla  boşadığı  zaman  Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  

salamı  olsun!)  

mənə  ailəmin  yanında  qalmağa  icazə  verdi”

2

.

1



 İbn  Həcər  əl-Əsqəlani.  Fəth  əl-Bari,  XI  cild,  səh.  406.

2

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.  




Beşinci fəsil

QADINLARDAN BƏHS EDƏN 

BƏZİ SƏHİH HƏDİSLƏRİN SƏHV 

BAŞA DÜŞÜLMƏSİ HAQQINDA      

Birinci hədis

Abdullah  ibn  Abbas  rəvayət  edir  ki,  (bir  dəfə)  ...Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

(səhabələrinə)  dedi:  “Mən  cən-      

nəti  gördüm  və  (oradakı  meyvələrdən)  bir  salxım  dərmək  istə-

dim.  Dərə  bilsəydim,  dünya  durduqca  siz  ondan  yeyəcəkdiniz.  

Mənə  cəhənnəm  (də)  göstərildi.  Mən  heç  vaxt  bu  gün  (gördü-

yüm)  mənzərədən  daha  dəhşətlisini  görməmişdim.  Cəhənnəm  

əhlinin  əksəriyyətinin  qadınlar  olduğunu  gördüm.”  (Camaat)  

soruşdu:  “Nəyə  görə,  ey  Allahın  rəsulu?”  Dedi:  “Nankorluqla-

rına  görə.”  (Yenə)  soruşdular:  “Allaha  qarşı  nankordurlarmı?”  

Dedi:  “Onlar  əzizlərinə  (ərlərinə...)  qarşı  nankordurlar,  (edilən)  

yaxşılığı  heç  görməzlər.  Onlardan  birinə  ömrün  boyu  yaxşılıq  

etsən  və  o,  (bir  gün)  səndən  (xoşuna  gəlməyən)  bir  şey  görsə,  

deyər:  “Sənin  mənə  heç  xeyrin  dəyməyib!”

1

Biz  bu  hədisi  iki  nöqteyi-nəzərdən  tədqiq  edəcəyik.  



Birinci  nöqteyi-nəzər.  Hədisin  mənası  nədən  ibarətdir?  

Görəsən,  qadınlar  anadangəlmə  pis  olduqları  üçünmü  cəhənnəm  

əhlinin  əksəriyyətini  təşkil  edirlər?  

1

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  




Birinci kitab.  Buxarı̇ və müslı̇mı̇n “səhı̇h”lərı̇ndə qadın şəxsı̇yyəti

204


Əgər  qadınlar  anadangəlmə  şər  olsaydılar,  onda  pis  əməl-

lərinə  görə  Allah  qarşısında  məsuliyyət  daşımamalı  idilər.  La-

kin  hədisdə  göstərilir  ki,  qadınlar  məhz  yaxınlarına  nankor  

münasibət  bəsləyib,  onlara  edilən  yaxşılığı  heç  saydıqlarından  

sorğu-sual  olunur,  cəzalandırılırlar.  İbn  Həcər  bu  yanaşmanı  

təsdiqləyərək  demişdir:

“Cabir  ibn  Abdullahın  rəvayət  etdiyi  hədis  göstərir  ki,  cə-

hənnəmdə  (Peyğəmbərin)  gördüyü  qadınlar  məhz  bəyənilmə-

yən  davranışları  olan  qadınlardır.  Həmin  hədisdə  deyilir:  “Ora-

da  gördüyüm  qadınlar  o  kimsələrdir  ki,  əmanət  deyilmiş  sözü  

hər  kəsə  danışar,  xəsislik  edər,  istədiklərində  inadkarlıqla  istəyər,  

verilən  şeyə  təşəkkür  etməzlər”

1

.  


Bu  hədisi  başqa  hədis  də  təsdiqləyir:  “Mənə  cənnəti  göstər-

dilər.  Gördüm  ki,  cənnət  əhlinin  əksəriyyəti  kasıblardır”

2

.  


Nə  üçün  varlılar  deyil,  kasıblar?  Söhbət  o  varlılardan  gedir  

ki,  haram  var-dövlət  qazanmışlar,  mallarını  harama  xərcləmişlər,  

xəsislik  göstərib,  xeyirxahlıq  etməmişlər.  

İkinci  nöqteyi-nəzər.  Müsəlmanlar  qadınlı-kişili  olaraq  bu  

hədisdən  necə  faydalana  bilərlər?  Hədis  bu  sual  baxımından  

çox  əhəmiyyətlidir.  

Fikrimizcə,  ən  böyük  fayda  budur  ki,  hədis  bizə  cəhənnəm-

dən  qorxmağı  öyrədir.  Hədisdə  cəhənnəm  və  cəhənnəm  əhli  

haqda  deyilənlər  ona  görədir  ki,  ondan  özümüzü  qoruyaq,  

oraya  düşməmək  üçün  çalışaq.  

Bəs  qadınlar  cəhənnəmdən  necə  qorunmalıdırlar?  Yaxın-

larına  nankorluq  etməməklə!  Yaxşı,  yaxınlarına  nankorluq  et-

1

 Bax:  Fəth  əl-Bari,  III  cild,  səh.  196.  



2

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə