Qadin indd



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə65/158
tarix11.06.2018
ölçüsü3,32 Mb.
#48073
1   ...   61   62   63   64   65   66   67   68   ...   158

Beşinci fəsil. 

Qadınlardan bəhs edən bəzi səhih hədislərin... 

211


əlaqəlidir.  Yəni,  bir  tərəfdən,  cinsiyyət  orqanları  tam  yetişkənlik  

mərhələsinə  çatır,  orqanizm  hamiləlik,  doğum  və  əmizdirmə  

üçün  hazır  vəziyyətə  gəlir,  digər  tərəfdən  isə  qadınlara  xas  

sosial  həyat  başlanır.  Həm  bioloji  və  sosial,  həm  də  zehni  

həyat  arasında  müşahidə  edilən  qarşılıqlı  təsir  bizi  bu  qənaətə  

gəlməyə  vadar  edir.  Həmin  qarşılıqlı  təsirin  nəticəsidir  ki,  şa-

hidlik  edən  qadına  emosional-ekspressiv  halətlər  hakim  kəsilə  

bilər.  Və  ya  bu  zaman  onun  müəyyən  ağrılı  dövr  (aybaşı...)  

keçirməyi,  hamiləliyin  əziyyətli  mərhələsini  yaşamağı,  uşaqları-

nı  əmizdirib,  onlara  baxmağı,  ən  əsası  isə  evin  (ailənin)  qayğı-

sına  qalmağı  mümkündür.  

Hədisdə  qadınlara  xas  naqislikdən  söz  açılsa  da,  bunun  

hansı  mərhələdə  baş  verməyi  barədə  danışılmır.  Sanki,  bu  

mərhələnin  müəyyənləşdirilməsi  mütəxəssislərin  öhdəsinə  bu-

raxılıb.  Yeri  gəlmişkən,  üç  məsələni  qeyd  etməliyik:  

1.  Qadınlarda  bəzi  xüsusi  çatışmazlıqlar  olsa  da,  onlar  bu-

nun  əvəzinə  digər  bacarıqlara  sahibdirlər;

2.  Bu  məsələdə  çatışmazlıq  (naqislik)  ümumiyyətlə  qadınlar-

la  əlaqəlidir.  Amma  bu,  bir  sıra  qadınların  qeyri-adi  bacarıqlara  

sahib  olmağını  inkar  etmir.  Bu  qadınlar  digər  həmcinslərindən  

fərqlənirlər.  Hətt a  bir  çox  kişidən  üstün  olan  qadınlar  vardır.  

İbn  Teymiyyə  demişdir:

“Cinsdə  fərqlilik  şəxsiyyət  baxımından  üstün  olmağı  zəruri  

etmir.  Mümkündür  ki,  bir  həbəş  Allah  nəzərində  bütün  qü-

reyşlilərdən  üstün  olsun...  Bəzi  bədəvi  əsilzadələr  bir  çox  

mədəni  (şəhərli)  şəxslərdən  üstün  olsalar  da,  ümumilikdə  mə-

dənilər  (şəhərlilər)  bədəvilərdən  üstündürlər”

1

.  



1

 İbn  Teymiyyə.  İqtiza  əs-sirat  əl-müstəqim  müxaləfə  əshab  əl-cəhim,  səh.  




Birinci kitab.  Buxarı̇ və müslı̇mı̇n “səhı̇h”lərı̇ndə qadın şəxsı̇yyəti

212


3.  Fitri  və  ya  qazanılmış  xüsusi  çatışmazlıq  qadındakı  bir   

sıra  orqanların  müəyyən  funksiyaları  ilə  (əslində  bu  imkan  ve-

rir  ki,  qadınlar  və  kişilər  həyatda  öz  rollarının  öhdəsindən  gələ  

bilsinlər)  əlaqədar  olsa  da,  qadını  dörd  divar  arasında  saxlamaq  

olmaz.  Qadını  sosial  həyatdan  təcrid  etmək  daha  təhlükəlidir:  

həm  ona,  həm  ailəyə,  həm  də  bütün  cəmiyyətə  mənfi  təsir  

göstərir.  Nəticədə,  qadının  zehni  inkişafı  tamamilə  dayanır  və  

o,  ətraf  aləmdə  nəyin  baş  verdiyini  dərk  etməyən  fərd  halına  

gəlir.  Bununla  da,  övladlarını  düzgün  tərbiyə  etməyi  bacarmır,  

sosial-siyasi  fəaliyyət  göstərib  cəmiyyətin  intibahına  töhfə  verə  

bilmir.  

Madam  ki  hədisdə  şahidlik  qüsurundan  danışılır,  elə  isə  

alimlərin  qadınların  şahidliyi  haqda  dediklərinə  nəzər  salaq.  

“Fəth  əl-Bari”də  deyilir:

“İbn  Münzir  demişdir  ki,  alimlər  “...Öz  adamlarınızdan  

iki  kişini  də  şahid  tutun!  Əgər  iki  kişi  olmazsa,  razı  oldu-

ğunuz  bir  kişi  ilə  iki  qadının  şəhadəti  kifayətdir...”  ayəsinin  

zahiri  mənasını  əsas  götürmüşlər.  Onlar  kişilər  və  qadınların  

şahidliyinə  icazə  vermişlər.  Alimlər  bunu  borc  və  pul  məsələləri  

ilə  məhdudlaşdırmış,  “hədd”  cəzaları  və  qisasda  qadınların  şa-

hidliyinin  “caiz”  olmadığını  demiş,  nikah,  talaq,  mənsubluq  

(övladların  mənsubluğundan  söhbət  gedir  –  mütərcim),  əqrə-

balıq  mövzularında  isə  onların  şahidliyi  haqqında  fikir  ayrılı-

ğına  düşmüşlər.  Bu  məsələlərdə  “cümhur”  qadınların  şahidli-

yini  qadağan  etmiş,  kufəlilər  (hənəfilər  –  mütərcim)  isə  icazə  

vermişlər.  Alimlər  həmrəydirlər  ki,  kişilərə  bələd  olmayan  

məsələlərdə  (aybaşı,  doğum,  “istihlal”  (uşağın  analıqdan  çıx-

147,  164-165.




Beşinci fəsil. 

Qadınlardan bəhs edən bəzi səhih hədislərin... 

213


ması  və  qışqırmağı  –  mütərcim),  qadın  qüsurları)  təkcə  bir  

qadının  şahidliyi  mümkündür.  Amma  onlar  əmizdirmə  mövzu-

sunda  fərqli  fikirlər  söyləmişlər”

1

.  



İbn  Rüşd  “Bidayə  əl-müctəhid”  kitabında  yazır:

“Cümhur”  həmrəydir  ki,  “hədd”  cəzalarında  qadınların  şa-

hidliyi  məqbul  deyil...  Zahirilər  isə  demişlər:  “Əgər  onların  ya-

nında  bir  kişi  olarsa,  (şahidlikləri)  məqbuldur.  Ayənin  zahirinə  

görə  birdən  çox  qadının  şahidliyi  hər  şeydə  qəbul  edilir.”  

Əbu  Hənifə  demişdir:  “Hədd”  cəzaları  istisna  olmaqla  pul,  

talaq,  ric`i  talaq,  nikah,  kölə  azadetmə  kimi  “əbdan”  (iki  və  

daha  artıq  şəxs  arasındakı  münasibətlər)  məsələlərində  (qadın-

ların  şahidliyi)  məqbuldur.”  Malik  isə  “əbdan”  məsələlərində  

(qadınların  şahidliyini)  qəbul  etmir...  

Qadınların  təkbaşına  şahidliyinə  gəlincə  (mən  burada  kişilər  

olmadan  qadınların  şahidliyini  nəzərdə  tuturam),  kişilərin  bi-

xəbər  olduğu  “əbdan”  hökmlərində  məqbuldur  və  “cümhur”  

bunda  həmrəydir.  Buraya  doğum,  “istihlal”  və  qadınların  qü-

surları  daxildir.  Bunda  fikir  ayrılığı  yoxdur,  amma  əmizdirmə  

istisnadır...”

2

  

İbn  Həzm  “əl-Mühəlla”  kitabında  yazmışdır:



“Zina  edənə  hökm  kəsərkən  dörd  ədalətli  müsəlman  kişi,  ya-

xud  hər  kişinin  yerinə  iki  ədalətli  müsəlman  qadın  şahid  tələb  

olunur.  Şahidlik  ya  üç  kişi  və  iki  qadın,  ya  iki  kişi  və  dörd  qa-

dın,  ya  bir  kişi  və  altı  qadın,  ya  da  yalnız  səkkiz  qadınla  müm-

kündür.  Digər  bütün  hüquqlarda:  “hədd”  cəzaları,  qanbahası,  

qisas,  nikah,  talaq  və  “ric`i”  talaq,  mal-mülk  məsələlərində  isə  

1

 Fəth  əl-Bari,  VI  cild,  səh.  194.  



2

 İbn  Rüşd.  Bidayə  əl-müctəhid,  II,  səh.  348.




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə