Birinci kitab. Buxarı̇ və müslı̇mı̇n “səhı̇h”lərı̇ndə qadın şəxsı̇yyəti
194
Peyğəmbərin Əsma barədə şahidliyi
Rəvayət olunur ki, Abdullah ibn Əmr ibn As
(Allah ondan razı
qalsın!)
deyib:
“(Bir dəfə) Haşimoğullarından bir neçə şəxs Əsma bint
Ümeysin yanına gəlmişdilər. Bu əsnada Əbubəkr əs-Siddiq də
(Əsmanın yanına) gəldi. Həmin günlər Əsma Əbubəkrlə nişanlı
idi. Əbubəkr bundan (onların oraya gəlmələrindən – mütərcim)
xoşlanmadı. (Gedib) bunu Peyğəmbərə
(Ona Allahın xeyir-duası və sa-
lamı olsun!)
danışıb dedi: “Amma mən (orada) xeyirdən başqa
heç nə görmədim.” Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
buyurdu: “Şübhə yox ki, Allah onu (Əsmanı) belə işlərdən
uzaq tutmuşdur.” Daha sonra Peyğəmbər
(Ona Allahın xeyir-duası və
salamı olsun!)
minbərə qalxaraq dedi: “Bu günümdən sonra kimsə
yanında bir-iki nəfər olmadan əri evdə olmayan qadının yanına
getməsin!”
1
Bu hədis bizə Peyğəmbərin
(Ona Allahın xeyir-duası və salamı ol-
sun!)
Əsma haqqında etdiyi digər şahidliyi xatırladır. Belə ki
Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
buyurmuşdur:
“Dörd Bacı: Məymunə, Ümmi-Fəzl, Səlma və Əsma bint
Ümeys mömin qadınlardır!”
2
babı, “Döymənin təmizliyi” fəsli, V cild, səh. 170. Hafi z Heysəmi hədisin
ravilərini mötəbər hesab etmişdir.
1
Hədisi İmam Müslim rəvayət etmişdir.
2
Bax: Səhih əl-came əs-səğir, hədis № 2760.
Dördüncü fəsil.
Qadın şəxsiyyətlər
195
ÜMMİ-ƏTİYYƏ ƏL-ƏNSARİYYƏ
Beyətdə iştirakı
Rəvayət olunur ki, Ümmi-Ətiyyə
(Allah ondan razı qalsın!)
demiş-
dir:
“Peyğəmbərə
(Ona Allahın xeyir-duası və salamı olsun!)
beyət etmişdik.
Bizə “Və onlar Allaha heç nədə şərik qoşmayacaqlar” ayəsini
oxudu. Həmçinin bizə vay-şivənlə ağlamağı qadağan etdi. Bu
zaman bir qadın əlimdən tutub dedi: “Bir qadın ona qoşulub
ağlayım deyə məni çağırıb.” Peyğəmbər
(Ona Allahın xeyir-duası və sa-
lamı olsun!)
həmin qadına heç nə demədi. Qadın getdi və sonra
qayıdaraq (Peyğəmbərə) beyət etdi”
1
.
Hafiz ibn Həcər demişdir:
“(Həqiqətə) ən yaxın cavab budur ki, çığırıb-ağlamaq əvvəllər
“mübah”
2
olmuşdur. Sonra “tənzihən məkruh” hesab olunmuş,
daha sonra isə haram edilmişdir. Doğrusunu Allah bilir!”
3
Peyğəmbər ailəsinin qayğısına qalması
Rəvayət olunur ki, Ümmi-Ətiyyə
(Allah ondan razı qalsın!)
deyib:
“(Bir dəfə) Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
Aişənin
(Allah ondan razı qalsın!)
yanına gəlib dedi: “Yanınızda nə isə varmı?”
1
Hədisi İmam Buxari rəvayət etmişdir.
2
Edilib-edilməməsi sərbəst
3
İbn Həcər əl-Əsqəlani. Fəth əl-Bari, X cild, səh. 263.
Birinci kitab. Buxarı̇ və müslı̇mı̇n “səhı̇h”lərı̇ndə qadın şəxsı̇yyəti
196
Aişə dedi: “Ümmi-Ətiyyənin göndərdiyi qoyun ətindən sava-
yı heç nə yoxdur. Onu da ki sən ona sədəqə göndərmişdin.”
Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
dedi: “O (ət) halallı-
ğına qovuşmuşdur
1
.”
2
Ümmi-Ətiyyə
(Allah ondan razı qalsın!)
demişdir:
“Qızını qüsl edərkən Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı ol-
sun!)
yanımıza gəldi. Dedi: “Onu su və xoş qoxulu sidrlə üç, ya
da beş dəfə, yaxud daha çox yuyun. Axırıncı dəfə yuduğunuzda
ona kafur sürtün. Qurtardığınızda mənə xəbər verin.” Qurtar-
dığımızda ona xəbər etdik, o da bizə öz önlüyünü (paltarını)
atıb dedi: “Ona bunu paltar edib geyindirin.”
Hədisin digər versiyada deyilir: “Onu yumağa sağından və
dəstəmaz üzvlərindən başlayın!”
3
Cihadda iştirakı
Rəvayət olunur ki, Həfsə bint Sirin demişdir:
“Bir qadın gələrək Bəni-Xilf qəbiləsinə qonaq düşdü. Ya-
nına getdim. Mənə danışdı ki, bacısının (Ümmi-Ətiyyənin –
mütərcim) əri Peyğəmbərlə
(Ona Allahın xeyir-duası və salamı olsun!)
on
iki yürüşdə iştirak edib. Bacısı (Ümmi-Ətiyyə) onunla birlikdə
altı yürüşdə olub. Onu da dedi ki: “Xəstələrə baxır, yaralıları
müalicə edirdik.” (Həfsə deyir:) “(Sonra) Ümmi-Ətiyyə gəldi-
yində bunu ondan soruşdum...”
4
.
1
Yəni, ət sədəqə hökmünü itirmiş və onu yemək Peyğəmbərə yemək halal
olmuşdur.
2
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
3
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
4
Hədisi İmam Buxari rəvayət etmişdir.