Qadin indd



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə60/158
tarix11.06.2018
ölçüsü3,32 Mb.
#48073
1   ...   56   57   58   59   60   61   62   63   ...   158

Birinci kitab.  Buxarı̇ və müslı̇mı̇n “səhı̇h”lərı̇ndə qadın şəxsı̇yyəti

194


Peyğəmbərin Əsma barədə şahidliyi

Rəvayət  olunur  ki,  Abdullah  ibn  Əmr  ibn  As  



(Allah  ondan  razı  

qalsın!)

  deyib:


“(Bir  dəfə)  Haşimoğullarından  bir  neçə  şəxs  Əsma  bint  

Ümeysin  yanına  gəlmişdilər.  Bu  əsnada  Əbubəkr  əs-Siddiq  də  

(Əsmanın  yanına)  gəldi.  Həmin  günlər  Əsma  Əbubəkrlə  nişanlı  

idi.  Əbubəkr  bundan  (onların  oraya  gəlmələrindən  –  mütərcim)  

xoşlanmadı.  (Gedib)  bunu  Peyğəmbərə  

(Ona  Allahın  xeyir-duası  və  sa-

lamı  olsun!)  

danışıb  dedi:  “Amma  mən  (orada)  xeyirdən  başqa  

heç  nə  görmədim.”  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

buyurdu:  “Şübhə  yox  ki,  Allah  onu  (Əsmanı)  belə  işlərdən  

uzaq  tutmuşdur.”  Daha  sonra  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  

salamı  olsun!)  

minbərə  qalxaraq  dedi:  “Bu  günümdən  sonra  kimsə  

yanında  bir-iki  nəfər  olmadan  əri  evdə  olmayan  qadının  yanına  

getməsin!”

1

  

Bu  hədis  bizə  Peyğəmbərin  



(Ona  Allahın  xeyir-duası  və  salamı  ol-

sun!)  

Əsma  haqqında  etdiyi  digər  şahidliyi  xatırladır.  Belə  ki  

Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

buyurmuşdur:

“Dörd  Bacı:  Məymunə,  Ümmi-Fəzl,  Səlma  və  Əsma  bint  

Ümeys  mömin  qadınlardır!”

2

  

babı,  “Döymənin  təmizliyi”  fəsli,  V  cild,  səh.  170.  Hafi z  Heysəmi  hədisin  



ravilərini  mötəbər  hesab  etmişdir.  

1

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.  



2

 Bax:  Səhih  əl-came  əs-səğir,  hədis  №  2760.




Dördüncü fəsil. 

Qadın şəxsiyyətlər 

195


ÜMMİ-ƏTİYYƏ ƏL-ƏNSARİYYƏ

Beyətdə iştirakı

Rəvayət  olunur  ki,  Ümmi-Ətiyyə  



(Allah  ondan  razı  qalsın!)

  demiş-


dir:

“Peyğəmbərə  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

beyət  etmişdik.  

Bizə  “Və  onlar  Allaha  heç  nədə  şərik  qoşmayacaqlar”  ayəsini  

oxudu.  Həmçinin  bizə  vay-şivənlə  ağlamağı  qadağan  etdi.  Bu  

zaman  bir  qadın  əlimdən  tutub  dedi:  “Bir  qadın  ona  qoşulub  

ağlayım  deyə  məni  çağırıb.”  Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  sa-

lamı  olsun!)  

həmin  qadına  heç  nə  demədi.  Qadın  getdi  və  sonra  

qayıdaraq  (Peyğəmbərə)  beyət  etdi”

1

.  



Hafiz  ibn  Həcər  demişdir:

“(Həqiqətə)  ən  yaxın  cavab  budur  ki,  çığırıb-ağlamaq  əvvəllər  

“mübah”

2

  olmuşdur.  Sonra  “tənzihən  məkruh”  hesab  olunmuş,  



daha  sonra  isə  haram  edilmişdir.  Doğrusunu  Allah  bilir!”

3

Peyğəmbər ailəsinin qayğısına qalması

Rəvayət  olunur  ki,  Ümmi-Ətiyyə  

(Allah  ondan  razı  qalsın!)

  deyib:


“(Bir  dəfə)  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

Aişənin  



(Allah  ondan  razı  qalsın!)

  yanına  gəlib  dedi:  “Yanınızda  nə  isə  varmı?”  

1

 Hədisi  İmam  Buxari  rəvayət  etmişdir.  



2

 Edilib-edilməməsi  sərbəst  

3

 İbn  Həcər  əl-Əsqəlani.  Fəth  əl-Bari,  X  cild,  səh.  263.




Birinci kitab.  Buxarı̇ və müslı̇mı̇n “səhı̇h”lərı̇ndə qadın şəxsı̇yyəti

196


Aişə  dedi:  “Ümmi-Ətiyyənin  göndərdiyi  qoyun  ətindən  sava-

yı  heç  nə  yoxdur.  Onu  da  ki  sən  ona  sədəqə  göndərmişdin.”  

Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

dedi:  “O  (ət)  halallı-

ğına  qovuşmuşdur

1

.”



2

  

Ümmi-Ətiyyə  



(Allah  ondan  razı  qalsın!)

  demişdir:

“Qızını  qüsl  edərkən  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  ol-

sun!)  

yanımıza  gəldi.  Dedi:  “Onu  su  və  xoş  qoxulu  sidrlə  üç,  ya  

da  beş  dəfə,  yaxud  daha  çox  yuyun.  Axırıncı  dəfə  yuduğunuzda  

ona  kafur  sürtün.  Qurtardığınızda  mənə  xəbər  verin.”  Qurtar-

dığımızda  ona  xəbər  etdik,  o  da  bizə  öz  önlüyünü  (paltarını)  

atıb  dedi:  “Ona  bunu  paltar  edib  geyindirin.”  

Hədisin  digər  versiyada  deyilir:  “Onu  yumağa  sağından  və  

dəstəmaz  üzvlərindən  başlayın!”

3

  

Cihadda iştirakı



Rəvayət  olunur  ki,  Həfsə  bint  Sirin  demişdir:

“Bir  qadın  gələrək  Bəni-Xilf  qəbiləsinə  qonaq  düşdü.  Ya-

nına  getdim.  Mənə  danışdı  ki,  bacısının  (Ümmi-Ətiyyənin  –  

mütərcim)  əri  Peyğəmbərlə  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

on  


iki  yürüşdə  iştirak  edib.  Bacısı  (Ümmi-Ətiyyə)  onunla  birlikdə  

altı  yürüşdə  olub.  Onu  da  dedi  ki:  “Xəstələrə  baxır,  yaralıları  

müalicə  edirdik.”  (Həfsə  deyir:)  “(Sonra)  Ümmi-Ətiyyə  gəldi-

yində  bunu  ondan  soruşdum...”

4

.

1



 Yəni,  ət  sədəqə  hökmünü  itirmiş  və  onu  yemək  Peyğəmbərə  yemək  halal  

olmuşdur.  

2

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  



3

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  

4

 Hədisi  İmam  Buxari  rəvayət  etmişdir.  




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə