Qadin indd



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə59/158
tarix11.06.2018
ölçüsü3,32 Mb.
#48073
1   ...   55   56   57   58   59   60   61   62   ...   158

Dördüncü fəsil. 

Qadın şəxsiyyətlər 

191


“O  (Əsma  bint  Ümeys),  hicrət  edənlərlə  birlikdə  Nəcaşinin  

yanına  getmişdi...”

1

.

Ədəbi cəsarəti



Əbu  Bürdə  rəvayət  edir  ki,  Əbu  Musa  

(Allah  ondan  razı  qalsın!)  

demişdir:

“Biz  Yəməndə  eşitdik  ki,  Peyğəmbər  (

Ona  Allahın  xeyir-duası  və  

salamı  olsun!  

–  Məkkədən  Mədinəyə)  yola  çıxıb.  Mən  və  iki  qar-

daşım  də  yola  çıxdıq.  Ən  kiçiyi  mən  idim.  Qardaşlarımın  biri  

 Əbu  Bürdə,  digəri  isə  Əbu  Rəhm  idi.  Qəbiləmdən  52-53  

nəfər  də  (bizimlə  yola  çıxmışdı).  Bir  gəmiyə  mindik.  (Dəniz  

küləkli  olduğundan)  gəmimizi  Həbəşistan  hökmdarı  Nəcaşinin  

məmləkətinin  sahillərinə  atdı.  Orada  Cəfər  ibn  əbu  Taliblə  gö-

rüşdük,  bir  müddət  onunla  qaldıq.  Sonra  birlikdə  (Mədinəyə)  

gəldik.  Xeybərin  fəthi  günü  Peyğəmbərə  

(Ona  Allahın  xeyir-duası  

və  salamı  olsun!)  

qovuşduq.  Bəzi  insanlar  bizə  deyirdilər:  “Hicrət  

etməklə  biz  sizi  geridə  qoyduq.”  Bizimlə  (Mədinəyə)  gəlmiş  

Əsma  bint  Ümeys  Peyğəmbərin  



(Ona  Allahın  xeyir-duası  və  salamı  ol-

sun!)  

zövcəsi  Həfsəyə  baş  çəkdi.  O,  Nəcaşinin  yanına  hicrət  

edənlərdən  idi.  Əsma  Həfsənin  yanında  ikən  Ömər  içəri  daxil  

oldu.  Əsmanı  görüb  soruşdu:  “Bu  kimdir?”  Həfsə  dedi:  “Əsma  

bint  Ümeysdir.”  Ömər  təkrar  soruşdu:  “Həbəşdirmi?  Dənizlə  

gələn  qadındırmı?”  Əsma  dedi:  “Bəli!”  Ömər  Əsmaya  dedi:  

“Hicrət  etməklə  sizi  geridə  qoyduq!  Biz  Peyğəmbərə  

(Ona  Alla-

hın  xeyir-duası  və  salamı  olsun!)  

sizdən  daha  layiqik!”  Əsma  hirslənərək  

dedi:  “Əsla!  Allaha  and  olsun  ki,  siz  Peyğəmbərlə  

(Ona  Allahın  

1

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  




Birinci kitab.  Buxarı̇ və müslı̇mı̇n “səhı̇h”lərı̇ndə qadın şəxsı̇yyəti

192


xeyir-duası  və  salamı  olsun!)  

ikən  ac  olanınızı  doydurmuş,  nadan  ola-

nınıza  da  moizə  etmişdir.  Biz  isə  Həbəşistanda  yadların  və  

mənfurların  ölkəsində  idik.  Bu  isə  Allah  naminə  idi,  Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

naminə  idi!  Allaha  and  olsun  ki,  

(ey  Ömər)  dediklərini  Peyğəmbərə  

(Ona  Allahın  xeyir-duası  və  salamı  

olsun!)  

söyləmədikcə  boğazımdan  nə  bir  loğma  yemək,  nə  də  bir  

qurtum  su  keçəcəkdir.  Biz  (uzaq  ölkələrdə)  əzab-əziyyət  çəkir,  

qorxurduq.  Bunları  gedib  Peyğəmbərə  



(Ona  Allahın  xeyir-duası  və  salamı  

olsun!)  

danışacağam,  (nəyin  düz,  nəyin  səhv  olduğunu)  ondan  

soruşacağam.  (Ey  Ömər,)  bunu  Peyğəmbərə  

(Ona  Allahın  xeyir-duası  

və  salamı  olsun!)  

danışarkən,  Allaha  and  olsun,  sözümə  nə  yalan  

qatacaq,  nə  haqdan  sapacaq,  nə  də  dediklərimə  nə  isə  artıra-

cağam!”  (Bu  əsnada)  Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

içəri  daxil  oldu.  Əsma  dedi:  “Ey  Allahın  peyğəmbəri,  Ömər  

bunu  və  bunu  dedi.”  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

soruşdu:  “Bəs  sən  ona  nə  dedin?”  Əsma  dedi:  “Ona  bunu  və  

bunu  dedim.”  Peyğəmbər  buyurdu:  “O  (Ömər),  sizdən  mənə  

daha  layiq  deyil!  Çünki  o  və  yoldaşları  –  bir  hicrət,  sizlər  –  

gəmidəkilər  isə  iki  hicrət

1

  etmisiniz.”  



(Əsma  deyir:)  “(Peyğəmbərin  haqqımızda  bu  sözləri  söylə-

məsindən  sonra)  gördüm  ki,  Əbu  Musa  və  yoldaşları  dəstə-

dəstə  yanıma  gəlib,  həmin  hədisi  soruşurlar.  Peyğəmbərin  

(Ona  

Allahın  xeyir-duası  və  salamı  olsun!)  

“Gəmi  əhli”  haqqında  dedikləri  qədər  

heç  nə  dünyada  onlara  xoş  gəlməmişdi.  Hər  dəfə  Əbu  Musanı  

gördüyümdə  məndən  həmin  hədisi  soruşardı”

2

.

1



 Yəni,  əvvəlcə  Nəcaşinin  yanına  getməklə,  daha  sonra  yanıma  qayıtmaqla  

iki  dəfə  hicrət  etmisiniz  –  tərcüməçinin  qeydi.  

2

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  




Dördüncü fəsil. 

Qadın şəxsiyyətlər 

193


Hamilə ikən həccə getməyi

Rəvayət  olunur  ki,  Həzrəti  Aişə  



(Allah  ondan  razı  qalsın!)  

deyib:


“Əsma  bint  Ümeys  Şəcərədə

1

  Məhəmməd  ibn  Əbubəkri  dün-



yaya  gətirdi.  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

Əbubək-


rə  əmr  etdi  ki,  Əsmaya  qüsl  alıb  həccini  davam  etdirməyi  

söyləsin”

2

.

Övladları və ərinin qayğısına qalmağı



Rəvayət  olunur  ki,  Cabir  ibn  Abdullah  

(Allah  ondan  razı  qalsın!)  

deyib:


“Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

Əsma  bint  Ümeysə  

dedi:  “Mən  qardaşımın  övladlarını  zəifl əmiş  görürəm.  Yeməkləri  

yoxdurmu?”  Əsma  dedi:  “Xeyr,  (varıdır),  amma  onlar  tez  gözə  

gəlirlər.”  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

buyurdu:  

“Onlara  rüqyə  et.”  (Əsma  deyir:)  “Bunu  ona  təklif  etdiyimdə  

(etiraz  edib)  dedi:  “Sən  özün  et”

3

.

Bu,  Əsmanın  övladlarına  göstərdiyi  qayğıdır.  Ərinin  qayğısı-



na  qalmağı  haqda  isə  Təbərani  bir  hədis  rəvayət  etmişdir.  Bu  

hədisə  görə  Qeys  ibn  əbu  Hazim  deyib:  

“Xəstələndiyi  vaxt  Əbubəkrin  

(Allah  ondan  razı  qalsın!)

  yanına  get-

mişdik.  Gördüm  ki,  əlləri  döyməli  ağ  bir  qadın  milçəkləri  ona  

(Əbubəkrə)  qonmasınlar  deyə  qovur.  Bu,  Əsma  bint  Ümeys  

idi.”

4

1



 Məkkədə,  Zülhüleyfə  yaxınlığında  yer  adı.  

2

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.  



3

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.  

4

 Hədisi  Təbərani  rəvayət  etmişdir.  Bax:  “Məcmə  əz-Zəvaid”  kitabı,  “Geyim”  




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə