Qadin indd



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə61/158
tarix11.06.2018
ölçüsü3,32 Mb.
#48073
1   ...   57   58   59   60   61   62   63   64   ...   158

Dördüncü fəsil. 

Qadın şəxsiyyətlər 

197


Həfsə  bint  Sirin  rəvayət  edir  ki,  Ümmi-Ətiyyə  əl-Ənsariyyə  

(Allah  ondan  razı  qalsın!)

  deyib:


“Peyğəmbərlə  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

yeddi  yürüşdə  

iştirak  etdim.  Mindikləri  heyvanlara  qulluq  edir,  onlara  yemək  

bişirir,  yaralıları  müalicə  edir,  xəstələrə  baxırdım”

1

.

Göründüyü  kimi,  Ümmi-Ətiyyə  Peyğəmbərlə  



(Ona  Allahın  xeyir-

duası  və  salamı  olsun!)  

yeddi  yürüşdə  iştirak  etmişdir.  Əri  ilə  birlikdə  

isə  altı  yürüşün  iştirakçısı  olmuşdur

2

.  



Sünnəni yaxşı bilməsi

Rəvayət  olunur  ki,  Həfsə  



(Allah  ondan  razı  qalsın!)

  demişdir:

“Bayram  günlərində  bakirə  qızlarımıza  evdən  kənarda  ibadət  

etməyi  qadağan  edirdik...  Ümmi-Ətiyyə  gəldiyində  soruşdum:  

“Peyğəmbərdən  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

bu  haqda  bir  şey  

eşitmisənmi?”  Dedi:  “Atam  ona  fəda  olsun!  Bəli,  eşitmişəm  

ki,  deyib:  “Qoy  gənc  qızlar  və  pərdə  arxasında  oturanlar  

(və  ya  pərdə  arxasında  oturan  gənc  qızlar)  və  aybaşı  qadın-

lar  (evlərindən)  bayıra  çıxıb  xeyirxah  işlərdə  və  möminlərin  

dualarında  iştirak  etsinlər.  Qoy  aybaşı  qadınlar  namazgahdan  

kənarda  dursunlar.”  (Həfsə  deyir:)  “Soruşdum:  “Aybaşı  qadın-

lar?”  Ümmi-Ətiyyə  dedi:  “Məgər  onlar  Ərəfatda  və  filan,  filan  

yerlərdə  olmurlar?!”

3

  

Ümmi-Ətiyyə  demişdir:



1

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.  

2

 Hədisi  İmam  Buxari  rəvayət  etmişdir.  



3

 Hədisi  İmam  Buxari  rəvayət  etmişdir.




Birinci kitab.  Buxarı̇ və müslı̇mı̇n “səhı̇h”lərı̇ndə qadın şəxsı̇yyəti

198


“Cənazələrin  arxasınca  getməyimiz  qadağan  edilsə  də,  (bu)  

qadağa  qəti  qadağa  deyildi”

1

.

Qəm-qüssəyə batsa da, 



Allahın dininə riayət etməsi

Rəvayət  olunur  ki,  İbn  Sirin  deyib:

“(Peyğəmbərə)  beyət  etmiş  ənsar  qadınlarından  biri  –  Ümmi-

Ətiyyə  Bəsrəyə  gəlmişdi.  Oğlunu  görmək  istəyirdi.  Amma  

(cənazəsinə)  çata  bilməmişdi...”.

Hədisin  digər  versiyasında  deyilir:  “Ümmi-Ətiyyənin  oğlu  

vəfat  etmişdi.  Ölümünün  üçüncü  günündə  Ümmi-Ətiyyə  zə-

fəranlı  ətir  istədi.  Ətri  üzərinə  sürtdükdən  sonra  dedi:  “Bizə  

ərlərimizdən  başqasına  üç  gündən  artıq  yas  saxlamaq  qadağan  

olunub”


2

.  


Hafiz  ibn  Həcər  demişdir:

“(Ümmi-Ətiyyənin)  bu  oğlunun  adı  mənə  məlum  deyil.  Eh-

timal  var  ki,  Bəsrəyə  döyüşçü  kimi  gəlib.  Oğlunun  Bəsrəyə  

gəlməyi  və  xəstələnməsi  xəbəri  Ümmi-Ətiyyəyə  çatdıqda  yola  

çıxır.  Amma  (Bəsrəyə  çatmadan)  oğlu  vəfat  edir”

3

.  



Peyğəmbərə ehtiramı

Rəvayət  olunur  ki,  Həfsə  bint  Sirin  deyib:

“(Ümmi-Ətiyyə)  hər  dəfə  Peyğəmbəri  

(Ona  Allahın  xeyir-duası  və  

salamı  olsun!)  

xatırladıqda  deyirdi:  “Atam  ona  fəda  olsun!”

4

1

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  



2

 Hədisi  İmam  Buxari  rəvayət  etmişdir.  

3

 İbn  Həcər  əl-Əsqəlani.  Fəth  əl-Bari,  III  cild,  səh.  370.



4

 Hədisi  İmam  Buxari  rəvayət  etmişdir.  




Dördüncü fəsil. 

Qadın şəxsiyyətlər 

199


FATİMƏ BİNT QEYS

Hafiz  ibn  Həcər  demişdir:  

“İlk mühacir qadınlardan olmuşdur. Parlaq zəkası vardı. Gö-    

zəl xanım olmuşdur”

1

.

Peyğəmbərin məsləhəti ilə evlənməsi



Rəvayət  olunur  ki,  Fatimə  bint  Qeys  

(Allah  ondan  razı  qalsın!)

  

deyib:



“(Ərimdən)  ayrıldıqdan  sonra  Əbdürrəhman  ibn  Övf  mənə  

Peyğəmbərin  bir  neçə  səhabəsinin  yanında  evlənmək  təklif  

etdi.  Peyğəmbər  isə

  (Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

məni  qu-

lamı  Üsamə  ibn  Zeyd  üçün  istədi.  Mənə  danışmışdılar  ki,  

Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

deyib:  “Məni  sevən  

Üsaməni  də  sevsin!”  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

mənimlə  danışdı.  Dedim:  “Mənim  məsələm  sənin  əlindədir,  

məni  istədiyin  şəxslə  nikahlaya  bilərsən.”  

Hədisin  başqa  versiyasında  deyilir:  “...  Peyğəmbər  



(Ona  Allahın  

xeyir-duası  və  salamı  olsun!)  

mənə  dedi:  “İddət”in  başa  çatdıqda  mənə  

xəbər  ver.”  (Gözləmə  müddətim  başa  çatdıqda  bunu)  ona  

xəbər  verdim.”  Bu  arada  Müaviyə,  Əbu  Cəhm  və  Üsamə  ibn  

Zeyd  ona  evlənmək  təklifi  etdilər.  Peyğəmbər  

(Ona  Allahın  xeyir-du-

ası  və  salamı  olsun!)  

dedi:  “Müaviyə  kasıb  birisidir,  pulu  da  yoxdur.  

Əbu  Cəhm  isə  qadınları  döyən  kimsədir.  Amma  Üsamə  ibn  

1

 İbn  Həcər  əl-Əsqəlani.  Fəth  əl-Bari,  XI  cild,  səh.  402.




Birinci kitab.  Buxarı̇ və müslı̇mı̇n “səhı̇h”lərı̇ndə qadın şəxsı̇yyəti

200


Zeyd...”  (Bu  zaman)  Fatimə  əlləri  ilə  etiraz  edib  dedi:  “Üsamə!  

Üsamə!”  Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

ona  dedi:  

“Allaha  və  peyğəmbərinə  itaət  sənin  üçün  daha  yaxşıdır!”

(Fatimə  deyir:)  “(Bundan  sonra)  onunla  evləndim  və  mey-

limi  ona  saldım”.

Hədisin  başqa  versiyasında  oxuyuruq:

“Onunla  evləndim  və  Allah  məni  İbn  Zeydlə  şərəfl əndirdi,  

hörmətli-izzətli  etdi”.

Başqa  versiyada  isə  deyilir:

“Onunla  nikaha  girdim.  Allah  bu  nikahı  xeyirli  qıldı,  mən  

ondan  xoşlandım”

1

.



Quranı və Sünnəni yaxşı bilməsi, 

kişilərin səhvlərini düzəltməsi

Rəvayət  olunur  ki,  Übeydullah  ibn  Ütbə  deyib:

“Əbu  Əmr  ibn  Həfs  ibn  əl-Müğirə  və  Əli  ibn  əbu  Ta-

lib  Yəmənə  yola  çıxmışdılar.  Zövcəsi  Fatimə  bint  Qeysə  onu  

boşadığı  xəbərini  göndərir.  Haris  ibn  Hişam  və  Əyyaş  ibn  

əbu  Rəbiəyə  də  əmr  edir  ki,  Fatimənin  dolanacaq  xərcini  

(nəfəqə)  versinlər.  Onlar  Fatiməyə  deyirlər:  “Allaha  and  olsun  

ki,  hamilə  deyilsənsə,  sənə  dolanacaq  xərci  düşmür.”  Fatimə  

Peyğəmbərin  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

yanına  gəlib  on-

ların  dediklərini  ona  danışır.  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  

salamı  olsun!)  

deyir:  “Sənə  dolanacaq  xərci  düşmür.”  Bundan  son-

ra  Fatimə  Peyğəmbərdən  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

baş-


qa  yerə  köçmək  üçün  icazə  istədi.  Peyğəmbər  icazə  verdikdə  

1

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.  




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə