Qadin indd



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə56/158
tarix11.06.2018
ölçüsü3,32 Mb.
#48073
1   ...   52   53   54   55   56   57   58   59   ...   158

Birinci kitab.  Buxarı̇ və müslı̇mı̇n “səhı̇h”lərı̇ndə qadın şəxsı̇yyəti

182


ƏSMA BİNT ƏBUBƏKR – 

ZATÜNNİTAQEYN (İKİ QURŞAQ SAHİBİ)

Kiçik yaşlarından cəmiyyətdə 

baş verənləri dərk etməsi

Rəvayət  olunur  ki,  Əsma  bint  Əbubəkr  



(Allah  ondan  razı  qalsın!)  

demişdir:

“(Bir  dəfə)  gördüm  ki,  Zeyd  ibn  Əmr  ibn  Nofəl  Kə`bəyə  

söykənərək  deyir:  “Ey  qüreyşlilər!  Canımı  Əlində  tutana  and  

olsun  ki,  aranızda  məndən  savayı  kimsə  İbrahimin  dininə  iman  

gətirməmişdir”.  O,  diri-diri  gömülmüş  qızları  həyata  qaytarırdı.  

Qızını  basdırmaq  istəyən  kişilərə  deyirdi:  “Onu  öldürmə!  Ona  

mən  baxaram!”  Uşaq  boya-başa  çatdığında  (Zeyd)  onun  atası-

na  deyirdi:  “Əgər  istəsən,  onu  sənə  qaytararam.  Yox,  istəməsən,  

ona  yenə  mən  baxaram”

1

.

Boya-başa çatdığı mühit



Həzrəti  Aişə  

(Allah  ondan  razı  qalsın!)  

demişdir:

“Ağlım  kəsdiyi  vaxtdan  valideynlərim  həmişə  bu  dinə  sitayiş  

etmişlər.  Elə  gün  yox  idi  ki,  Allahın  rəsulu  



(Ona  Allahın  xeyir-duası  və  

salamı  olsun!)  

səhər  və  axşamçağı  bizə  baş  çəkməsin...”

2

.

Hafiz  ibn  Həcər  demişdir:



1

 Hədisi  İmam  Buxari  rəvayət  etmişdir.  

2

 Hədisi  İmam  Buxari  rəvayət  etmişdir.




Dördüncü fəsil. 

Qadın şəxsiyyətlər 

183


“Təbəraniyə  görə,  Əsma  bint  Əbubəkrin  (bu)  hədisi  belədir:  

“Allahın  rəsulu  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

Məkkədə  bizə  hər  

gün  iki  dəfə:  səhər  və  axşamçağı  gələrdi”

1

.



Rəvayət  olunur  ki,  Həzrəti  Aişə  

(Allah  ondan  razı  qalsın!)  

deyib:


  “Bir  dəfə  günortaüstü  Əbubəkrin  evində  oturduğumuz  vaxt  

(aramızdan  birisi)  ona  dedi:  “Budur,  Allahın  rəsulu  



(Ona  Allahın  

xeyir-duası  və  salamı  olsun!)  

üzünü  gizləyərək  gəlir.”  O,  adətən  bizə  

belə  vaxtlarda  gəlməzdi.  Əbubəkr  dedi:  “Atam  və  anam  ona  

fəda  olsun!  Allaha  and  olsun  ki,  belə  bir  saatda  onun  buraya  

gəlməsində  çox  mühüm  səbəb  vardır!”  Allahın  rəsulu  

(Ona  Allahın  

xeyir-duası  və  salamı  olsun!)  

evə  yaxınlaşıb  içəriyə  girməyə  icazə  istədi.  

İcazədən  sonra  içəriyə  daxil  olub  Əbubəkrə  dedi:  “Burada  

olanların  hamısına  tapşır  ki,  (bayıra)  çıxsınlar.”  Əbubəkr  dedi:  

“Atam  sənə  fəda  olsun!  Burada  ki  sənin  ailə  üzvlərindən  başqa  

heç  kim  yoxdur.”  (Peyğəmbər)  dedi:  “Mənə  getməyə  (hicrət  

etməyə)  izn  verildi.”  Əbubəkr  dedi:  “Mən  də  səni  müşayiət  

edəcəyəmmi?  Atama  sənə  fəda  olsun,  ey  Allahın  rəsulu!”  

Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

dedi:  “Bəli.”  Əbubəkr  

dedi:  “Atam  sənə  fəda  olsun,  ey  Allahın  elçisi,  bu  dəvələrdən  

birini  özünə  götür.”  Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

dedi:  “Ancaq  pulunu  vermək  şərti  ilə.”  Biz  tezliklə  onların  əş-

yalarını  bir  dəri  kisəyə  yığıb  yola  hazırladıq.  Əbubəkrin  qızı  

Əsma  öz  qurşağından  bir  parça  kəsib  dəri  kisənin  ağzını  bağ-

ladı.  Elə  buna  görə  də  sonralar  Əsmanı  “ikiqurşaqlı”  adlandır-

mağa  başladılar”

2

.

1



 İbn  Həcər  əl-Əsqəlani.  Fəth  əl-Bari,  VIII  cild,  səh.  235.

2

 Hədisi  İmam  Buxari  rəvayət  etmişdir.  




Birinci kitab.  Buxarı̇ və müslı̇mı̇n “səhı̇h”lərı̇ndə qadın şəxsı̇yyəti

184


Hicrət etməsi və ilk mühacir övlad 

dünyaya gətirməsi

Əsma  bint  Əbubəkr  



(Allah  ondan  razı  qalsın!)  

demişdir:

  “Abdullah  ibn  Zübeyrdən  hamilə  qalmışdım.  (Məkkədən  

Mədinəyə  hicrət  etmək  üçün)  yola  çıxdığımda  hamiləliyim  ta-

mamlanmışdı.  Qubada  mənzil  saldım  və  övladım  oldu.  Uşağı  

aparıb  Peyğəmbərin  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

dizi  üstünə  

qoydum.  Çağırdı  ki,  xurma  gətirsinlər.  Xurmanı  ağzında  əzdi.  

Sonra  uşağın  ağzına  tüpürdü.  Uşağın  qarnına  gedən  ilk  şey  

Peyğəmbərin  ağız  suyu  idi.  Sonra  xurmanı  uşağın  ağzına  qoy-

du,  dua  edib  dedi:  “Allahım,  onu  mübarək  qıl!”  O,  islam  

dövründə  doğulmuş  ilk  uşaq  idi”.  

Ailəsinin qayğısına qalması

Rəvayət  olunur  ki,  Əsma  bint  Əbubəkr  



(Allah  ondan  razı  qalsın!)  

deyib:


“Zübeyrlə  evləndiyim  vaxt  onun  su  daşıdığı  dəvə  və  atdan  

başqa  heç  nəyi  yox  idi.  Atına  ot  və  su  verir,  dəridən  su  qabı  

qayırır,  xəmir  yoğururdum,  amma  yaxşı  çörək  bişirməyi  bacar-

mırdım.  Çörəyi  mənə  ənsar  qonşularım  bişirərdilər.  Çox  dürüst  

qadınlar  idilər.  Zübeyrin  fərsəxin

1

  üçdə  biri  qədər  uzaqlıqdakı  



tarlasına  (Zübeyrə  bu  tarlanı  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  

salamı  olsun!)  

bağışlamışdı)  başımda  toxum  daşıyırdım”

2

.  


1

 Bir  fərsəx  təxminən  üç  milə  bərabərdir.  

2

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə