Qadın düz Ravikin üstünə gəlirdi. O, iri addımlarla yeriyir və qəribə tərzdə səndələyirdi. Ravik onu lap çatanda gördü. Gördü ki, rəngi avazıyıb, almacıq sümükləri çıxıb, gözləri az qalır hədəqəsindən çıxsın



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə94/114
tarix29.09.2018
ölçüsü1,93 Mb.
#71271
1   ...   90   91   92   93   94   95   96   97   ...   114

 
252
başına götürmüşdü. Ravik təəccüblə ətrafına boylandı. Daxilində nəsə baş 
vermişdi. Ürəyində qurduğu qapalı məhkəmə öz hökmünü vermişdi! Hələ heç vaxt 
ağacları, evlərin sarı rəngli divarlarını, lap yanındakı bomboz dəmir hasarı, mavi 
dumana bürünmüş küçəni belə aydın görməmişdi... Hiss elədi ki, bunları heç vaxt 
unutmayacaq. Və elə həmin andaca bildi ki, Haakeni, doğrudan da, öldürəcək və 
bu, onun şəxsi işi deyil, çox şey deməkdir! Başlanğıcdır... 
Yolu «Oziris»in qapısından düşdü. İçəridən səndələyə-səndələyə bir neçə sərxoş 
çıxdı. Hamısının da gözü şüşə kimi parıldayırdı, yanaqları qıpqırmızı olmuşdu. 
Taksi yox idi. Sərxoşlar bir az gözləyəndən sonra söyə-söyə, ləngərlənə-
ləngərlənə, səs-küylə uzaqlaşdılar. Almanca danışırdılar... 
Ravik mehmanxanaya qayıtmaq istəyirdi, ancaq indi fikrini dəyişdi. Yadına düşdü 
ki, Rolanda son vaxtlar alman turistlərinin «Oziris»ə tez-tez gəldiklərini demişdi. 
İçəri girdi. 
Rolanda yenə qara rəngli dayə paltarında, barın piştaxtasına söykənib, soyuq 
nəzərlərlə zala baxırdı. Pianolanın gur səsi Misir üslubunda naxışlanmış divarlara 
dəyib geri qayıdırdı... 
– Rolanda!  
O, geri döndü: 
– Ravik! Çoxdan görünmürdün. Yaxşı ki, gəldin, – dedi. 
– Nə olub? 
İndi Rolanda ilə yanaşı dayanıb, zalı nəzərdən keçirirdi. Müştəri az idi. Adda-
budda oturub mürgü döyürdülər. 
– Buradan çıxıram, Ravik. Bir həftəyə gedirəm! 
– Həmişəlik? 
Rolanda başını tərpədərək, qoynundakı teleqramı çıxardı: 
– Budur, – dedi. 
Ravik onu oxuyub, qaytardı: 
– Xalan? Axır ki, öldü? 
– Bəli, ora qayıdıram. Madama başa saldım. Düzdür, acıqlandı, ancaq başa düşdü. 
Yerimdə janetta qalacaq. Ancaq, gərək, işin yönünü ona öyrədəm. – Rolanda 
güldü. – Yazıq madam! İstəyirdi, bu yayı Kannda dincəlsin, özünü göstərsin. 
Keçən il zadəgan nəslindən olan tuluzalı bir əyyaşa ərə gedib, qrafinya olub. İndi 
villasında çoxlu qonağı var. Kişiyə də ayda beş min frank verir ki, Tuluzadan heç 
yana çıxmasın... Daha gedə bilmədi! 
– Dediyin kafeni açacaqsan? 
– Bəli. Bütün günü ora-bura qaçıram, lazım olan şeyləri sifariş verirəm. Parisdə 
ucuz düşər. Pərdəlik sifariş vermişəm. Beləsi yaxşıdır? 
Qoynundan əl boyda əzik-üzük parça çıxardı. Güllü parçanın yerliyi sarı idi. 
– Əntiqədir! – Ravik təriflədi. 
– Qiyməti yetmiş faiz düşüb. Keçən ildən yatıb qalıb, – Rolandanın gözləri 
sevinclə parıldadı. – Bununla yüz yetmiş franka qənaət eləyirəm. Yaxşı deyil? 
– Lap əntiqədir! Ərə gedəcəksən, Rolanda? 
– Bəli. 
– Nə tez? Niyə bir az da gözləyib, bütün işlərini qaydaya salmırsan? 
Rolanda güldü: 


 
253
– Sənin alverdən başın çıxmaz, Ravik. Kişisiz heç nə eləmək olmur. Kişi də elə 
alver deməkdir. Mən neylədiyimi yaxşı bilirəm! 
Rolanda çox sakit və inamla danışırdı. Hər şeyi ölçüb-biçmişdi. Kişi də ona alver 
üçün lazım idi! 
– Pulu onun adına tez keçirmə! – Ravik nəsihətə başladı. – Bir az gözlə, işlər 
tamam qaydasına düşsün... 
Rolanda yenə güldü: 
– Necə olacağını bilirəm. Biz ağıllı adamlarıq, bilirik ki, bir-birimizə alver üçün 
lazımıq. Pulu arvadında olan kişi nə kişidir? Mənə müftəxor kişi lazım deyil! Mən 
ərimi həmişə hörmətli tutacağam. Qoymaram, hər dəqiqə gəlib məndən pul istəsin. 
Başa düşmürsən? 
– Başa düşürəm, – deyə Ravik bunu başa düşməsə də, cavab verdi. 
– Bu, başqa məsələ! – Rolanda razılıqla başını tərpətdi. – İçmək istəyirsən? 
– İstəmirəm, gedəsiyəm. Elə buradan keçirdim, ona görə girdim. Səhər tezdən 
təşrihim var.  
Rolanda diqqətlə ona baxdı: 
– Sən tamam ayıqsan, – dedi. – Qız istəyirsən? 
– Xeyr.  
Rolanda işarə ilə iki qıza elə divanda otura-otura yuxuya getmiş kişini göstərdi. 
Qızlardan bir neçəsi zalın ortasında iki sıra düzülmüş balaca kətillərdə oturmuş, 
qalanı isə kefdə idi. Dəhlizdəki şüşə kimi daş döşəmənin üstündə uşaqlar qışda 
buzun üstündə sürüşən kimi sürüşürdülər. Biri çöməlir, ikisi onun əlindən tutub 
uzun dəhlizlə o baş-bu başa çəkirdi. Saçları yellənir, döşləri atılıb-düşür, çılpaq 
çiyinləri işıldayırdı. Əyinlərindəki bircə qarış ipək heç nəyi gizlədə bilmirdi. Qızlar 
ləzzətdən qışqırışırdı, «Oziris» də birdən-birə günahsız mələklərin yığışdığı 
cənnətə dönmüşdü... 
– Yaydır, – Rolanda izahat verdi, – onlara səhər-səhər bir az sərbəstlik vermək 
lazımdır... – Sonra Ravikin üzünə baxdı: – Cümə axşamı madam mənim şərəfimə 
ziyafət verir. Gələrsən? 
– Cümə axşamı? 
– Bəli.  
«Cümə axşamı? – Ravik ürəyindən keçirdi. – Yeddi gündən sonra... Yeddi gün... 
Yeddi il kimi çəkəcək...–Cümə axşamı hər şey bitmiş olacaq! Cümə axşamı... Kim 
bilir, o vaxta kimi nələr olacaq...» 
– Əlbəttə! – dedi. – Harada? 
– Burada. Saat altıda. 
– Yaxşı, mütləq gələrəm. Gecən xeyrə qalsın, Rolanda. 
– Xeyrə qarşı, Ravik. 
 
Hər şey retragtoru qoyanda baş verdi. Qəflətən üzünə kəskin, isti bir dalğa vurdu. 
Bir anlığa nə edəcəyini bilmədi. Qıpqırmızı açıq yara, bağırsaqların arasına 
qoyduğu isti, yaş tənziflərdən qalxan seyrək buxar, sıxılmış nazik damarlardan 
sızan qan... Birdən Ejeninin sualedici baxışlarını, cərrahiyyə lampalarının bumbuz 
işığında Veberin iri sifətinin qırışlarını, saqqalındakı tükləri gördü, özünü ələ alıb, 
sakitcə işinə davam etdi. 


 
254
Yaranı tikirdi. Tikən yalnız əlləri idi... Yaranın ağzı yumuldu. Hiss etdi ki, tər 
bədənindən sel kimi axır... 
– Tikişi axıra çatdırmaq istəmirsiniz? – deyə Veberdən soruşdu. 
– İstəyirəm. Nə olub? 
– Heç nə... Yaman istidir... Yuxudan doymamışam... 
Ejeninin təəccüblü baxışlarını Veber də gördü. 
– Belə şeylər olur, Ejeni, – dedi. – Hətta mömin adamların da başına gəlir. 
Qəflətən otaq başına fırlandı. Dəhşətli bir yorğunluq hiss elədi. Veber tikiş qoyur, 
Ravik də qeyri-ixtiyari ona kömək edirdi. Dili şişib ağzına sığmırdı. Damağı 
pambıq kimi olmuşdu. Ağır-ağır nəfəs alırdı... «Lalələr...–elə bil, bu sözləri kimsə 
ona deyirdi, – Flandriya çöllərindəki lalələr... Qıpqırmızı qızaran yarılmış qarın 
boşluğu... həyatın bu açıq-saçıq sirri bıçaq tutan əlinin altındadır... Əli bir balaca 
titrədi, vəssalam, dövrə qapanacaq, ölüm yavaş-yavaş ona tərəf sürünəcək... Yox, 
daha təşrih eləyə bilmərəm, – deyə ürəyindən keçirdi. – O işi görüb qurtarandan 
sonra...» 
Veber yaraya yod çəkib dedi: 
– Qurtardı. 
Ejeni xəstənin ayaqlarını düzəltdi, xərək səssiz-səmirsiz otaqdan çıxdı. 
– Siqaret verim? – Veber soruşdu. 
– Xeyr, getməliyəm, işim var. Mənlik heç nə qalmadı ki? 
– Xeyr. – Veber təəccüblə onun üzünə baxdı.– Hara tələsirsiniz? Bəlkə, sodalı 
«Vermut», ya da sərin bir şey içəsiniz? 
Heç nə istəmirəm, getmək lazımdır. Belə gec olduğunu bilmirdim. Hələlik, 
Veber. 
Tələsik xəstəxanadan çıxdı. Taksi lazım idi. Tez bir taksi tapmaq! Gördü ki, bir 
«Sitroen» gəlir, tez onu saxlatdı. 
– «Prins de Qall» mehmanxanasına! Cəld olun! 
«Gərək, Veberə deyəm ki, bu bir neçə günü mənsiz keçinsin, – deyə ürəyindən 
keçirdi. – Bu cür yaramaz! Təşrihin şirin yerində yadıma düşsə ki, Haake indi zəng 
vurur, huşum başımdan çıxar!» 
Taksinin pulunu verib, mehmanxanaya girdi. Liftin gəlib çıxması əbədiyyət qədər 
uzun çəkdi... Enli dəhlizdən keçib otağın qapısını açdı. Bu da telefon! Dəstəyi elə 
qaldırdı ki, elə bil, ondan daş asılmışdı. 
– Danışan fon Horndur, mənə zəng eləyən olub? 
– Bircə dəqiqə, müsyö! 
Ravik gözlədi. Nəhayət, telefonçu qızın səsi eşidildi: 
– Xeyr, heç kəs zəng eləməyib. 
– Təşəkkür edirəm. 
 
Morozov günortadan sonra gəldi. 
– Çörək yemisən? – deyə ondan soruşdu. 
– Yox, səni gözləyirəm, burada yeyərik. 
– Səfehlikdir, diqqəti cəlb eləyər. Parisdə yalnız xəstə adamlar evdə çörək yeyir. 
Get çörəyini ye, mən qalaram. Bu vaxt heç kim zəng vurmaz, hamının başı yeməyə 


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə