[91]
əl-Həsən bin Fəddal (öl.224 h/q), Əli bin Həsən bin Fəddal (doğ. 206 h/q), əl-Bərqi
(öl.280 h/q) və digərləri əsərlər yazmışlar.
417
Şübhəsiz ki, rical elminə aid əsəri hicri birinci əsrdə Əbu Rafe yazsa da bu
sonrakı dövrlərdə də davam etdirilmişdir.
Hicri dördüncü və beşinci (miladi X-XI) əsrlərdə bu sahədə əsərlər yazılmışdır.
Buna misal Şeyx Əhməd bin Əli ən-Nəvazi (öl.450 h/q) və Şeyx Məhəmməd bin
Həsən ət-Tusi (öl. 460 h/q) göstərilə bilər. Bu iki şəxsiyyət rical elminə aid dörd
başlıca əsər yazmışlar ki, bunların üçü Tusinin, biri isə Nəcaşinindir. Tusinin qələmə
aldığı əsərlərin adları “İxtiyaru mərifətir-rical”, “əl-Fihrist” və “ər-Rical”, Nəcaşinin
əsəri isə “əl-Fihrist”dir ki, bu da “Ricalün-Nəcaşi” adı ilə məşhurdur.
418
Rical elminə
aid əsərlər müxtəlif dövrlərdə müxtəlif şəkildə yazılmışdır. İmam Əlinin (ə)
katiblərindən olan Übeydullah bin Əbi Rafe (öl.40 h/q) Peyğəmbərin(s) səhabələri
haqqında ilk kitab yazmışdı. Ondan sonra bu iş günümüzədək davam etmiş və bu
sahədə çoxlu əsərlər meydana gətirilmişdir. Sonrakı dövrlərdə yazılan əsərlər isə
təkcə səhabələr haqqında deyil, həmçinin tabeunların və digər məsum imamların (ə)
səhabələri haqqında da məlumatlar verməkdədir.
Ümumiyyətlə şiə məzhəbinə aid rical kitablarından yuxarıda adı keçənlərdən
başqa aşağıdakıları da qeyd etmək faydalı olardı.
1) Həsən bin Məhbubun (öl.224 h/q) “Mərifətu rüvvatil- əxbar” əsəri.
2) İbrahim bin Məhəmməd bin Səid əs-Səqəfinin (öl.283 h/q) “Rical” kitabı.
3) Hafiz Əbi Məhəmməd Əbdürrəhman bin Yusif bin Xəraş əl-Mərvəzi əl-
Bağdadinin (öl.283 h/q) “Rical” kitabı.
4) Əbül Abbas Əhməd bin Məhəmməd bin Səid bin Üqdənin (öl.332 və ya 333
h/q) İmam Sadiqin (ə) səhabələrini ehtiva edən kitabı. O, burada dörd min ravidən
bəhs etmişdir.
5) Əbdüləziz bin Yəhya əl-Cəludinin (öl.332 h/q) Peyğəmbərin (s)
səhabələrindən və İmam Əlidən (ə) rəvayət edən şəxslərdən bəhs edən kitabı.
6) Qazı Əbu Bəkr Məhəmməd bin Ömər əl-Cəani əl-Bağdadinin (öl.355 h.) “əş-
Şiə min əshabil-hədis və təbəqatihim” əsəri. Bu əsər şiə ravilərinin təbəqələri
haqqındadır.
7) İbnDavudəl-Quminin (öl.368 h/q) “Rical”əsəri.
8) MəhəmmədbinƏlibinBabaveyhəs-Səduqun (öl.381 h/q) “Rical”əsəri.
9) HəsənbinMəhəmmədbinVəlidəl-Quminin (öl.343 h/q) “Fihrist”əsəri. O,
ŞeyxSəduqunustadıdır.
10) Məhəmməd bin Yəqub əl-Küleyninin (öl.328 və ya 329 h/q) “Rical” əsəri.
11) Şeyx Əbi Ömər Məhəmməd bin Amr bin Əbdüləziz əl-Kuşşinin (öl. IV əsrin
ortlararı) “Mərifətün- naqilinə ənil-əimmətis-sadiqin (ə)” əsəri.
12) Seyid Əbülqasim əl-Xoinin (1899-1992m.) “Möcəmu ricalil- hədis” əsəri.
13) Cəfər Sübhani Təbrizinin (doğ. 1928m.) “Kulliyatür-rical” əsəri.
14) Hafiz əz-Zəhəbinin “Təcridi əsmais-səhabə” əsəri
15və 16.İbn Həcər əl-Əsqəlaninin“Təhzibüt-təhzib” və “Lisanül-mizan” əsərləri.
417
S. Ə. Xamneyi, adı çəkilən əsəri, səh. 6
418
həmin mənbə, səh. 6
[92]
17.əl-Məzzinin “Məsdəri-Sadiq” əsəri və s
.
III. Müxtəlifül-hədis elmi
Bu elm də hədis elmləri içərisində qədim və əhəmiyyətli tarixə malikdir. Elmin
bu şöbəsində zahirən bir-birinə zidd olan hədislər incələnir və mənaları açıqlanır.
Nəvəvi bu elm haqqında yazır:
“Bu çox mühüm bir elmdir. Hər alim bunu bilmək məcburiyyətindədir.
Müxtəlifül-hədis elmində mənası zahirən bir-birinə zidd görünən iki hədisin araları
tapılır və ya biri digərindən üstün tutulur. Bu işi ən mükəmməl bir şəkildə edənlər
hədis ilə fiqhi yaxşı bilən şəxslər və mənalara doğrudan-doğruya vaqif olan
üsulçulardır.
419
Bu sahədə Məhəmməd bin İdris Əş-Şafei (öl.204 h/q), İbn Qüteybə (öl.276 h/q),
İbn əl- Cəvzi (öl.597 h/q) və başqaları əsərlər yazmışlar.
IV. İləlül-hədis elmi
Bu hədisin səhhətini zədələyən gizli səbəblərdən bəhs edən bir elmdir. Bu
səbəblər, məsələn münqəti hədisi məvsul, məvquf hədisi mərfu göstərmək, bir hədisi
digər hədislə qarışdırmaq kimi qüsurlardır.
Bu sahədə Müslim bin Həccac (öl.261 h/q), İbn əl-Mədini (öl.234 h/q), Əli bin
Ömər əd-Dəraqutni (öl.375 h/q), İbn əl-Cəvzi (öl.597 h/q) və başqaları əsərlər
meydana gətirmişlər.
V. Qəribül-hədis elmi
Bu elm hədis mətnlərində olan çox çətin anlaşılan bəzi kəlmələri açıqlamasından
bəhs edir. Bu elm sahəsində ilk əsəri Əbu Übeydə Mömər bin əl-Müsənna (öl.210
h/q) qələmə almışdır.
420
Müsənnadan sonra bu elm sahəsində bir çox alimlər, o
cümlədən Əbülhəsən ən-Nadir əl-Mazini (öl.204 h/q), Əbu Übeyd əl-Qasim bin
Səllam (öl.223 h/q), Zəməxşəri (öl.538 h/q), İbn əl-Əsir (öl.606 h/q) və başqaları əsər
yazmışlar.
VI. Nasix və Mənsux elmi
Bir-birinə zidd olan hədisələr bu elmin vasitəsi ilə öyrənilərək birinin hökmü o
birinə uyğun gəlmədikdə nəsx (pozulur) edilir. Əvvəlcə deyilən hədis mənsux,
sonradan deyilən hədis isə nasix adlanır. Buna misal olaraq Peyğəmbərin (s) bu
hədisini göstərmək olar:
“Sizə qəbirləri ziyarət etməyi qadağan etmişdim, indi isə qəbirləri ziyarət edin.”
Göründüyü kimi bu hədisin birinci hissəsi mənsux (hökmü pozulmuş), ikinci
hissəsi isə nasix (əvvəlki hökmü pozan) adlanır.
419
Sübhi əs-Saleh, Hədis elmləri və Hədis istilahları, səh. 90
420
həmin mənbə, səh. 92, İ. Çakan, Hədis, səh. 90