Qafqaz müSƏlmanlari idarəSİ baki islam universiteti


VII. Tədrici bir metodla çalışmaq



Yüklə 5,12 Mb.
Pdf görüntüsü
səhifə45/199
tarix14.06.2018
ölçüsü5,12 Mb.
#48972
1   ...   41   42   43   44   45   46   47   48   ...   199

[99] 

 

VII. Tədrici bir metodla çalışmaq 

Hədis öyrənən şəxslər gərək öyrəndiklərini tədricən, yəni yavaş-yavaş öyrənsin. 

Çünki elm öyrənməyin qaydalarından biri planlı və tədrici şəkildə onu əzbərləməkdir. 

Həmçinin  hər  bir  işdə  tələsmək  qəbahət  hesab  olunaraq  pislənmişdir.  Bu  barədə 

Peyğəmbər (s) buyurur: “Tələsmək şeytandandır.”

432

 

 



VIII. Dərsə erkən getmək 

Hədis öyrənən şəxs gərək oxuduğu elm ocağına səhər tezdən getsin. Çünki səhər 

tezdən insanın heç bir yorğunluğu olmur və bunun da nəticəsində onun yaddaşı daha 

iti  olur.  Peyğəmbər  (s)  səhər  erkən  oyanmağı  və  gündəlik  işləri  erkən  vaxtı  yerinə 

yetirmək üçün tövsiyələr etmişdir. Həzrət (s) hədislərinin birində buyurur: “Allahım, 

ümmətinin erkənçiliyini bərəkətli et.”

433

 

 



IX. Hədis üsuluna önəm vermək 

Hədis  öyrənən  şəxs  gərək  təkcə  hədisləri  öyrənməklə  kifayətlənməyib  onun 

əsaslarını, tarixini və digər elmlərlə olan əlaqəsini də öyrənsin. Bu işdə o, öz dilində 

və  ya ərəb dilində  olan mötəbər kitablardan istifadə etsin, qüvvəli ustad yanında bu 

elmin bütün təfərrüatlarına vaqif olsun. Çünki hədis elminin əsaslarını bilməyən şəxs 

hədisin səhihini zəifindən seçə bilməz və bunun da nəticəsində böyük yanlışıqlara yol 

verə bilər. 

 

X. Müəllimi bezdirməmək 

Hədis  öyrənən  şəxs  gərək  müəllimini  artıq  və  yersiz  suallarla  bezdirməyə.  O, 

ustadına  yalnız  lazımı  sorğuları  verə  və  ustadın  hər  cavabından  sonra  ona  dərin 

təşəkkür  edə.  Rəvvad  demişdir:  “Malikdən  dörd  hədis  soruşdum,  beşincini  soruşan 

zaman dedi: bu insafdan deyil!”

434

 

 



B)

 

Hədis öyrədənin adabı 

Hədis alimləri hədis öyrənən şəxsə məxsus adab qaydaları qeyd  etdikləri kimi, 

hədis  ustadı  üçün  də  müəyyən  adab  qaydaları  olduğunu  demişdir.  Əlbəttə  hədis 

ustadının adabı dedikdə, onun elmi dünyagörüşündən başqa tələbə ilə münasibətlərini 

də  nəzərdə  tutmuşlar.  Hədis  öyrədən  şəxsə  aid  olan  bəzi  adab  qaydalarından 

aşağıdakıları qeyd etmək olar:  



 

I. İxlas və gözəl əxlaq 

Hədis  öyrədən  şəxs  gərək  gördüyü  işi  Allaha  xatir  və  onun  rizasını  qazanmaq 

üçün  yerinə  yetirsin.  Həmçinin  hədis  öyrədən  gərək  yüksək  əxlaqi  keyfiyyətləri 

özündə birləşdirsin və bununla da ictimaiyyətdə bir örnək sayılsın. Çünki əxlaqı yaxşı 

olmayan bir ustadın yanında olmaq, onun pis əxlaqi davranışlarını mənimsəmək heç 

də yaxşı nəticələr verə bilməz.  

                                                 

432


Sünəni-Tirmizi 

433


Müsnədi-Əhməd, c. I, səh. 154 

434


Xətib Bağdadi, adı çəkilən əsəri, səh. 66 


[100] 

 

İslam  alimləri  hədisşünaslar  haqqında  demişlər:  “Hədisşünaslar,  Peyğəmbərin 



(s)  yaxınlarıdır.  Hər  nə  qədər  o  Həzrətlə  (s)  yoldaşlıq  etməsələr  də,  onun  nəfəsi  ilə 

həmsöhbətdirlər.” 

 

II. Dünəvi işlərdən qəlbini azad etmək 

Hədis  öyrədən  şəxs  yaxşı  olar  ki,  dünyaya,  şan-şöhrətə  can  atmaya.  Çünki 

qəlbini  belə  şeylərdən  təmizləməyən  şəxs  həmişə  tələbələr  qarşısında  özünü 

təkəbbürlü  və  riyakar  kimi  göstərəcəkdir  ki,  bu  da  İslam  əxlaqına  zidd  olan 

əməllərdəndir. 

 

III. Özündən üstün olan bir şəxsin yanında rəvayəti tərk etmək 

Hədis ustadı gərək özündən üstün olan şəxslərə və ya ustadlara sayğı göstərsin 

və  onların  yanında  danışmaqdan  çəkinsin.  Yəhya  bin  Məin  deyir:  “Özündən  daha 

üstün birinin yanında hədis rəvayət edən şəxs axmaqdır.”

435


 

 

IV.  Qarşıdurma  ehtimalı  olduqda  hədis  rəvayətini  və  oxutmasını 



dayandırmaq 

Hədis ustadı gərək hədislərin sənədində və ya mətnində qarışdırmaq ehtimalını 

hiss  etsə  rəvayətini  saxlasın.  Çünki  onun  etdiyi  bu  xəta  tələbələrin  də  səhv 

öyrənməsinə səbəb ola bilər. 

Həmçinin  hədis  ustadı  qocalıq  yaşına  çatıbsa,  kor,  şil  və  bu  kimi  xəstəliklərə 

düçar olubsa yaxşı olar ki, ustadlıqdan əl çəksin. 

 

V. Təharətli və  təmiz qiyafəli olmaq 

Hədis öyrədən şəxs yaxşı olar ki, dərs zamanı təharətli, dəstəmazlı və həmçinin 

xoş  qiyafədə  olsun.  Hədis  öyrədən  məclisin  uca  yerində  oturub,  məclisdə  sakitlik 

yaratması da onun adablarından biri sayılır.

436

 

 



 

 

 



 

 

 



8.2.HƏDİS ÖYRƏTMƏ ÜSULLARI 

 

Hədis alimlərinə görə hədis öyrətməyin üç üsulu vardır. 



 

I. əs-Sərd (Oxuyub keçmə üsulu) 

                                                 

435

 Haris Süleyman əd-Dari, Muhadarat fi ülumil-hədis, səh. 140 



436

bax:  Haris  Süleyman  əd-Dari,  Muhadarat  fi  ülumil-hədis,  səh.  140,  İ.  Cakan,  Hədis  üsulu,  səh.  51-53,  Xətib  əl-

Bağdadi, adı çəkilən əsəri, və s. mənbələrə 



[101] 

 

Əgər  hədis  müəllimi  tələbəyə  hədis  öyrədən  zaman  hədislərə  heç  bir  yöndən, 



məsələn fiqh, rical və lüğət yönündən açıqlama və izah verməzsə, buna “sərd” üsulu 

deyərlər. 

 

II.Təriqül-həll vəl-bəhs (Açıqlanması lazım olan yerləri açıqlamaq) 

Əgər hədis müəllimi öyrətdiyi hər hansı bir hədisdə tələbənin başa düşməyəcəyi 

bir  məqam  varsa,  istər  bu  məqam  rical  baxımından  olsun,  istərsə  də  lüğət,  gərək 

onları açıqlayıb şərh etsin. Həmçinin hədisdə tələbənin bilmədiyi yerlərə bir aydınlıq 

gətirilə. 

 

III. Təriqül-əman (Uzun uzadı açıqlama üsulu) 

Bu  üsul  hədislərin  çox  geniş  şəkildə  izahını  vermək  üsuludur.  Belə  ki,  bu 

üsuldan  istifadə  edən  müəllim  hədisdə  keçən  bütün  kəlmələrin  lüğəti  və  istilahi 

mənalarını,  onların  sinonimlərini,  ravilərin  hallarını,  qəbilələrini  və  yaşayışlarını, 

hədisdə  yer  alan  şəri  hökmləri,  bir  sözlə  hədisin  ehtiva  etdiyi  bütün  məqamlarını 

açıqlamasıdır.  

Bu üç üsul Məkkə və Mədinə alimlərindən nəql edilmişdir.

437

 

 



 

8.3.RƏVAYƏTIN SİFƏTİ 

 

Hədis  kitablarında  bu  başlıq  altında  rəvayətin  ləfzən  və  mənən  edilməsi 



öyrənilir.  Ümumiyyətlə  hədis  alimlərinə  görə  hədislər  hədis  kitablarına  keçincəyə 

qədər iki şəkildə rəvayətedilmişdir: 

 

I. Ləfzən (Kəlmə be kəlmə) 

Hədislərin  ləfzən  rəvayətedilməsi  dedikdə,  hədisin  Məsumun  (ə)  dilindən 

çıxdığı kimi, yəni kəlmələrində heç bir  dəyişikliyə yol vermədən rəvayətedilməsidir. 

Peyğəmbər (s) buyurur: “Bizdən bir hədis öyrənib və onu öyrəndiyi kimi başqalarına 

çatdıranın Allah üzünü ağartsın.”

438


 Bu  hədisdən  belə  məlum  olur  ki,  Peyğəmbər  (s) 

hədislərin  ləfzənrəvayətedilməsinin  tərəfdarı  olmuş  və  raviləri  də  buna  təşviq 

etmişdir.  Hətta  mənbələrin  verdikləri  məlumata  görə  Peyğəmbər  (s)  öyrətdiyi  bir 

duadakı nəbi kəlməsi  yerinə rəsul kəlməsini işlədən əl-Bərra bin Azibi tənqid etmiş 

və nəbi kəlməsini deməsini buyurmuşdur.

439


 

 

II. Mənan (Mənaya görə rəvayət) 

Hədislərin  mənən  rəvayəti  dedikdə,  hədisin  Məsumun  (ə)  dilindən  çıxdığı 

kəlmələrlə deyil, onun  mənasını ifadə edən digər kəlmələr əsasında  rəvayətedilməsi 

nəzərdə  tutulur.  Hədis  alimləri  məna  ilə  rəvayətetməyə  etiraz  etsələr  də,  bu  günkü 

kitablarda  olan  hədislərin  böyük  əksəriyyətinin  mənan  rəvayətolması  bir  həqiqətdir. 

                                                 

437


İ. Çakan, Hədis, səh. 187-188 

438


Sünəni-Tirmizi, elm-7 

439


Müsnədi-Əhməd, c. IV, səh. 285, İbn Macə, Sünən, dua-15 


Yüklə 5,12 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   199




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə