[104]
Hədislərin tədvininə gəldikdə isə demək lazımdır ki, bu iş səhabələr yox, rəsmi
şəkildə tabeunlar dönəminə məxsusdur.
Məlum olduğu kimi hədislərin yazılması (kitabətül-hədis) ilə tədvini arasında
müəyyən fərqliliklər vardır. Ümumiyyətlə tədvin lüğətdə “davvənə” felindən əmələ
gəlib, “kitab halına salmaq”, “toplamaq” deməkdir. Hədis elmindəki mənası isə
“Hədislərin rəsmən yazılıb kitab halına salınması” deməkdir. Bəzi alimlər hədislərin
tədvini ifadəsini belə tərif etmişlər: “Hədislərin hamısına şamil olan və dövlət əli ilə
yürüdülən ikiknci hicri əsrdəki yazma fəaliyyətidir.”
447
Hədislərin rəsmi tədvini, yəni yazılıb kitab halına salınması hicri ikinci əsrin
əvvəllərində (miladi VIII əsrin əvvəlləri) olmuşdur. Bu işə başlamaq məşhur əməvi
xəlifəsi Ömər binƏbdüləziz (717-719) tərəfindən rəsmiləşdirmişdir. Bütün mənbələrə
görə rəsmi və sistemli bir tədvin fəaliyyəti hicri birinci əsrin sonları, ikinci əsrin
əvvəllərində yaşamış xəlifə Ömər bin Əbdüləzizin adı ilə bağlıdır.
Ömər bin Əbdüləziz (öl.101/719)
Əvvəldə qeyd etdiyimiz kimi Allah Rəsulunun (ə) hədisləri birdəfəlik qadağan
olunmuşdur. Hətta mənbələrin verdiyi məlumatlara görə, hər hansı bir yerdə yazılı
hədis tapılsaydı, yaxud bir kəsdən eşidilsəydi, onu zəbt edib yandırardılar.
448
Bu
qadağanlar əməvi xəlifəsi Ömər bin Əbdüləzizin (hicri 99-102/miladi 717-719)
zamanına qədər davam etmişdir.
449
Əməvi xəlifələri içərisində nisbətən ədalətli və dindarlığı ilə tanınan Ömər bin
Əbdüləziz hicri 99-cu ildə hakimiyyət başına gəldi. O, xəlifə təyin edildikdən bir
müddət sonra sünnəni bilən səhabə nəslinin aradan getdiyini görüb və bununla da
Peyğəmbər (ə)sünnəsinin məhv olmasından əndişə edərək hədislərin yazılıb bir araya
toplanması haqqında rəsmi göstəriş vermişdi. Xəlifə hədislərin tədvin edilməsi üçün
tabeçiliyində olan vali və əmirlərə məktublar göndərmiş və müxtəlif bölgələrdə
yaşayan alimləri bu işə təşviq etmişdir. Onun göndərdiyi məktubların biri də Mədinə
valisi Əbu Bəkr bin Hazma olmuşdur. Bu məktubun mətni müxtəlif hədis
əbədiyyatına aid olan kitablarda mövcuddur. Həmin məktubun mətni belədir:
“Peyğəmbərin(ə) hədislərindən nə varsa araşdır, topla və yaz. Mən elmin
(hədislərin) yox olmasından və alimlərin tükənməsindən qorxuram. Bu iş edilərkən
sadəcə Peyğəmbərin(ə) hədisləri qəbul edilsin. Alimlər hər kəsə açıq olan yerlərdə
oturub tədrislə məşğul olsunlar və elmi yaysınlar, bilməyənlərə öyrətsinlər. Çünki
elm gizli qalmasa yox olmaz.”
450
Şübhəsiz ki, xəlifə Ömər bin Əbdüləzizi tədvinə şövq edən səbəblər onun
Peyğəmbər (ə) sünnəsinin aradan getməsi və hədis dəllallarının fəaliyyəti olmuşdur.
O, təkcə bu işdə fərman verməklə kifayətlənməmiş, əlinə qələm-dəftər alaraq özü də
hədisləri yazmağa başlamışdır.
447
İ. Canan, Hədis üsulu və hədis tarixi, səh. 106
448
Əllamə Təbatəbai, adı çəkilən əsəri, səh. 42
449
həmin mənbə, səh. 42
450
Səhihi-Buxari, c. I, səh. 33, İbn Sad, ət-Təbəqat, c. II, səh. 134, Sübhi əs-Saleh, adı çəkilən əsəri, səh. 34-35, İ.
Canan, adı çəkilən əsəri, səh. 106-107, M. Ə. əl-Xuli, Miftahüs-sünnə, səh. 21
[105]
Xəlifəinin bu rəsmi göstərişindən sonra bölgə valiləri yazılan hədisləri dəftər
halında xilafət mərkəzinə göndərmişlər. İbn Şihab əz-Zühri rəvayət edir: “Ömər bin
Əbdüləziz sünnənin cəm edilməsini əmr etdi. Biz də onu dəftər-dəftər yazdıq. Ömər
bin Əbdüləziz hakimiyyəti altında olan hər bir yerə bunlardan bir dəftər yolladı.”
451
Əməvi xəlifəsinin bu rəsmi fərmanından irəli gələn bu işdə hədis yazanlar təkcə
Peyğəmbərin (ə) deyil, o cümlədən səhabə və tabeundan gələn xəbərdəri də qələmə
almışlar. Həmçinin hədisləri tədvin edən zaman hədislərin bütün növünün (səhih,
həsən, zəif) bir-birlərindən fərqləndirmədən bir yerə toplamışlar.
Xəlifə verdiyi bu rəsmi fərmanın bəhrəsini görməmiş, hicri 101-ci ildə vəfat
etmişdir. Lakin onun atdığı bu addım bütün İslam alimləri tərəfindən müsbət
qarşılanmış və ona bu əməlinə görə rəhmət oxumuşlar.
Şübhəsiz ki, xəlifənin atdığı bu rəsmi addımın İslam dünyası üçün böyük
faydaları olmuş, şəri dəlillərin itib-batmasının qarşısı alınmışdır.
Ömər bin Əbduləzizin bu rəsmi fərmanına ilk əməl edən və bu işdə böyük
zəhmətlər sərf edən şəxs İbn Şihab əz-Zühri olmuşdur (öl.124/742). O, etdiyi bu
əməlindən iftixar hissi keçirərək demişdir: “Bu elmi məndən öncə heç kəs tədvin
etməmişdir.”
452
İbn Həcər də Zührinin haqqında: “Hədisləri Ömər bin Əbdüləzizin əmri ilə ilk
tədvin edən kimsə İbn Şihab əz-Zühridir” demişdir.
453
Əlbəttə ki, Zühri haqqında verilən bu məlumatlar heç də tədvin işinin məhz ona
aid olub, başqalarının bu işdə rolu yoxdur mənasına gəlməməlidir. Əgər biz
Peyğəmbər (ə) dönəminə nəzər salsaq tədvin işinin əsil kökünün məhz o dövrdə
olduğu qənaətinə gələcəyik. Çünki Allah Peyğəmbərinin(ə) ən yaxın səhabələri, o
cümlədən İmam Əlinin (ə) və digərlərinin Peyğəmbərin (s) hədislərini yazıb kitab
halına salması tarixə məlumdur.
454
Zührinin ilk müdəvvin olması isə onun bu işə rəsmi dövlət fərman ilə
başlamasına görədir. Deməli,tədvinül-hədis Zühri ilə rəsmən başlamış, onun
müasirləri və tələbələri tərəfindən geniş yayılmışdır. Tədvin işindən çox keçmədən
toplanan hədislər fiqh bablarına, ehtiva etdiyi mövzularına və səhabə ravisinə görə
təsnif edilmişdir.
9.2.HƏDİSLƏRİN TƏSNİFİ
Təsnif lüğətdə “sinifləndirmək”, “eyni cünsdən olan şeyləri bir araya gətirib
digər cinslərdən ayırmaq” mənalarındadır. Hədis elmindəki mənası isə hədisləri
mövzularına görə ayırıb eyni mövzudakıları bir bab (fəsil) içində toplamaq
deməkdir.
455
451
İ. Canan, adı çəkilən əsəri, səh. 109
452
Sübhi əs-Saleh, adı çəkilən əsəri, səh. 36
453
Fəthül-bari, c. I, səh. 140
454
bax: Seyid Həsən əs-Sədr, Təsisüş-şiə, səh. 278-295
455
T. Köçyigit, Hədis istilahları, səh. 429