[93]
VII. Hədis şərhi elmi
Hədis elminin bu şöbəsi də çox mühüm elmlərdən hesab edilmişdir.Çünki bu
elm vasitəsilə Məsumun (ə) dediyi hədisdə məqsədin nə olduğu açıqlanır. Hədisi şərh
edən müəllif ərəb dili qaydaları və şəri üsulları mükəmməl bilməlidir ki, hədisi
bunların çərçivəsində gücü yetdiyi qədər şərh etsin.
Hədis şərhi elmi dirayə elmləri içərisində bəlkə də ən çox müraciət olunan
elmdir. Bu elm sahəsində İslam alimləri böyük işlər görmüş, ən mötəbər hədis
kitablarını şərh edərək müsəlmanların ixtiyarına vermişlər.
Ən böyük hədis məcmuələri üzərinə yazılan şərhlərdən aşağıdakıları qeyd etmək
faydalı olardı. Küleyninin “Üsulu kafi”sinə yazılan şərhlərdən bəziləri bunlardır:
1) Şeyx Qasim ibn Məhəmməd bin Cavad bin Vəndinin (öl.1100 h/q) “Cameul-
əhadisi vəl-əqval” əsəri.
2) Şeyx Əbu Əli bin Məhəmməd bin Həsən bin Zeynüddin əl-Amilinin (öl.1104
h/q) “Dürrul-mənzum min kəlami məsum” əsəri.
3) Əllamə MəhəmmədBağır Məclisinin (öl.1100 h/q) “Miratül-üqul fi şərhi Alir-
Rəsul” əsəri.
4) Feyz əl- Kaşaninin “əl-Vafi” əsəri və s.
Buxarinin “Səhih” əsərinə yazılan bəzi şərhlər:
1) Əbu Süleyman Həmd bin Məhəmməd əl-Xəttabinin (öl.388 h/q) “İlamüs-
sünən” əsəri. Bu Buxarinin əsərinə yazılan ilk şərhdir.
2) Bəhruddin Əbu Məhəmməd Mahmud bin Əhməd əl-Eyninin (öl.855
h/q)“Ümdətül-qari şərhu səhihil-Buxari” əsəri.
3) İbn Həcər əl-Əsqəlainin (öl.882 h/q) “Fəthül-bari bi şərhil-Buxari” əsəri və s.
VII FƏSİL
HƏDİSLƏRİ TOPLAMAQ VƏ RƏVAYƏT ETMƏK
[94]
7.1.HƏDİS TOPLAMA VƏ RƏVAYƏT ETMƏ METODLARI
Hədisi rəvayət edən, yəni başqa birisinə öyrədən şəxsə “Şeyx”, hədisi alan və
öyrənən kimsəyə isə “tələbə” deyilir. Şeyxin tələbəsinə hədis rəvayət etməsinə
(öyrətməsinə) “əda” deyildiyi kimi, tələbənin də şeyxdən hədis almasına “təhəmmül”
deyilmişdir.
421
Deməli,təhəmmül şeyxdən hansı yolla olursa olsun hədis almaqdır.
Hədis alimləri hədis öyrənən şəxsin hansı yaşda olması barədə ixtilaf etmişlər.
Şam hədisşünasları otuz yaşdan sonra hədis dinləməyin müstəhəbb olduğunu desələr
də, Kufə hədisşünasları isə uşaqlarına iyirmi yaşı hələ tamam olmamış hədis
öyrətmişlər. Süfyan əs-Səvriyə görə hədis öyrənmək istəyən bir kimsə, bu işə
başlamadan öncə iyirmi il ibadətlə məşğul olmalıdır.
422
Lakin digər hədis alimləri
haqlı olaraq hədis öyrənmək üçün heç bir yaşın olmadığını demişlər. Bunu bəzi
hədisşünasların bioqrafiyasına nəzər yetirdikdə daha aydın şəkildə görməkdəyik.
Ümumyyətlə əldə etdiyimiz məlumatlardan belə məlum olur ki, hədisi öyrənib
başqalarına öyrətməyin (təhəmmül və ədanı) böyük savabı olduğu qədər ağır
məsuliyyəti və yolları vardır. Məşhur hədis alimləri hədis öyrənmək və öyrətmək
yollarını qədimdən bəri sistemləşdirmiş və bunun səkkiz yolunun olduğunu demişlər.
Həmin yollar (metodlar) aşağıdakılardır:
I.əs-Səma (Şeyxdən eşitmək metodu)
Şeyxin əzbərindən və ya yazılı bir mətndən oxuyaraq rəvayət etməsi, hədis
öyrənənin də bir-başa şeyxindən eşidərək bu rəvayəti almasına “səma” deyilmişdir.
Bu metod hədis təhəmmülünün ən yüksək şəklini təşkil edir. Çünki bu metodda
tələbə ilə şeyx qarşı-qarşıya dayanır və aralarında heç bir vasitə olmur.
II.əl-Qiraət aləş-şeyx (Tələbənin öncədən əldə etdiyi hədisləri şeyxə oxuması)
Buna bəzi hədisşünaslar “Ərəz” də demişlər. Bu metodda tələbə əzbərindən və
ya əlindəki kitabından şeyxinə hədis oxuyur. Bu zaman şeyx tələbəni dinləyir və əgər
onun səhvi varsa ona düzəlişlər edir. Bu metodda iki qayənin olduğunu demişlər:
birincisi budur ki, tələbə bu metod vasitəsi ilə başqalarına hədis rəvayətedə bilməsi
üçün şeyxini xəbərdar etməsi, ondan icazə alması, ikincisi isə əzbərində və yaxud
əlindəki kitabında yanlışlıq varsa, şeyxin onu düzəltməsidir.
Bu yolla öyrənilən hədis, “Qiraətu aleyhi fülan”və yaxudda “əxbərəna,
həddəsəna”təbiri ilə ifadə olunur.
III.əl-İcazə (Şeyxin tələbəsinə hədis rəvayətetməyə izn verməsi)
Bu metod təhəmmül yollarının üçüncüsüdür. Bu metod bəzi hədisşünaslar
tərəfindən qeyri-məqbul hesab edilmişdir. Belə ki, İbn Həzm bu metoda etiraz olaraq
demişdir: “Bu caiz olmayan bir bidətdir.”
423
Lakin digər qrup əksər alimlər bu metodun caiz olduğunu demişlər. Amma
bunun müxtəlif çeşidləri vardır:
421
Ali Yardım, Hədis I-II, səh. 166
422
Süyuti, Tədribür-ravi, səh. 237, Talat Koçyigit, Hədis istilahları, səh. 415
423
Sübhi əs-Saleh, Hədis elmləri və Hədis istilahları, səh. 73
[95]
a) Şeyx məlum kimsəyə məlum hədislərinin və ya kitablarının rəvayətüçün icazə
verir. Məsələn, tələbəyə deyə: “əcəztükə kitabül-Kafi-sənə- kafi kitabını
rəvayətetməyə izn verdim.”
b) Şeyx məlum kimsəyə qeyri-məlum hədis və ya kitablarının rəvayətləri üçün
verir. Məsələn, tələbəsinə deyir: “əcəztükə məsmuati-sənə eşitdiyim bütün
hədisləri rəvayət etməyinə icazə verdim.”
c) Şeyx məlum olmayan kimsələrə ümumi icazə (izazətül-ammə) verməsi.
Məsələn, deyə: “əcəztu rivayətə həzəl-hədis li əhli zəmani-bu hədisi
zamanımıncamatına rəvayətetmənə izn verdim.”
IV.əl-Münavələ(Şeyxin hədislərini ehtiva edən bir kitabı rəvayət etməsi üçün hər
hansı bir tələbəsinə verməsi)
Bu metod iki formada həyata keçirilir:
a)
əl-Münavələtül-məqrunə bil-icazə-
icazə ilə birlikdə münavələ
Bu icazənin ən yüksək şəkilidir. Şeyx öz əlyazması olan əsil nüsxəni tələbəsinə
verir və ona “bu mənim eşitdiklərimdir” və ya “bu mənim filankəsdən eşitdiyim
rəvayətimdir, bunu rəvayət et” deyir. Buradan belə məlum olur ki, şeyx öz kitabını
tələbəsinə verən zaman onun rəvayətedilməsinə də icazə verir.
b)
əl-Münavələtül-mücərrədə anil-icazə-
icazəsiz münavələ
Şeyx öz kitabını tələbəyə verir və “bu mənim eşitdiyim rəvayətdir”, və ya “bu
mənim hədislərimdir” deyir. Burada şeyx tələbəsinə kitabını verən zaman ona icazə
verməsini söyləmir. Bu cür metoda bəzialimlər ixtilafla yanaşmışlar. Bəziləri bunu
qəbul etmiş, digərləri isə bi cür münavələyə əks olmuşlar. Lakin hədislər əsasında
alimlərin çoxu bunu caiz bilmişlər. Buna misal olaraq aşağıdakı hədisi demək olar:
Əhməd bin Ömər əl-Xəllal belə rəvayət edir: “Əbülhəsən ər-Rzaya (ə) dedim: “Bizim
dostlarımızdan bir adam mənə bir kitab verir və bu kitabdakı sözləri məndən
rəvayətet demir. Bu kitabı rəvayətetməyim caizdirmi? İmam (ə) buyurdu: “Kitabın
ona aid olduğunu bilirsənsə, ondan rəvayət et.”
424
V.əl-Mükatəbəvə ya
əl-Katibə(Şeyx rəvayətedilməsini istədiyi hədislərini
uzaqda olan bir kimsəyə yazaraq göndərməsi)
Bu metod da münavələdə olduğu kimi, ya icazə ilə(məqrunə bil-icazə), yaxud
da icazəsiz (mücərrəd anil-icazə)olur. Əgər şeyxrəvayətedilməsini istətdiyi hədisləri
rəvayət etməsi üçün icazə verirsə, “əcəztükə ileykə ma kətəbtü-sənə yazdıqlarımı
rəvayətetməyinə icazə verdim” deyir. İcazəsiz mükatəbəyə gəldikdə, isə şeyx yalnız
hədisləri yazmaqla yetirir.
VI.əl-Elam(Şeyxin tələbəsinə göstərdiyi hədis və ya kitabı haqqında “bu mənim
filankəsdən eşitdiklərimdir” deyib, amma ona bunu rəvayət etməsi üçün heç bir şey
söyləməməsi)
Hədisşünasların çoxu bunu tələbənin rəvayətedə biləcəyini demişlər.
424
Küleyni, Üsuli-kafi, c. I, səh. 52