Qafqaz müSƏlmanlari idarəSİ



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə328/344
tarix17.05.2022
ölçüsü2,33 Mb.
#87132
1   ...   324   325   326   327   328   329   330   331   ...   344
Azerbaycanda-Ehlibeyt-irsi

Məqalələr toplusu 
 
 
287 
Azərbaycan xalqı istər Əməvilər, istər Abbasilər və istərsə də 
digər  dövrlərdə  işgəncə  görən,  təqibə  məruz  qalan  Əhli-beyt 
mənsublarına  və  tərəfdarlarına  qucaq  açmışdır.  Bu  xalq  Həzrət 
Peyğəmbərə (s) onu görmədən iman gətirmiş, Vida xütbəsinə birbaşa 
qulaq asmadan əməl etmişlər. Özlərinə pənah gətirən Əhli-beytə sahib 
çıxmış,  nəyin  bahasına  olursa-olsun  onları  düşmənlərə  təhvil 
verməmişlər.  Əslində  bu  xalq,  Həzrət  Peyğəmbərin  (s)  görməyi 
arzuladığı qardaşlarıdır. Necə buyurmuşdu Allahın Rəsulu (s): 
 “Məni görmədikləri halda mənə inanan qardaşlarımı görməyi 
çox istəyərdim”. 
Əhli-beyt  sevgisini  qəlbində  daşıyan  bu  xalq,  onların  vəfa-
tından  sonra  məzarlarını  ziyarətgaha  çevirmiş,  Allahdan  onların 
xatirinə  yardım  istəmiş,  axirətdə  şəfaətlərini  Uca  Yaradandan 
diləmişdir.  Beşinci  İmam  Məhəmməd  əl-Baqirin  (ə)  oğlu  Mövlana 
İbrahimin  Gəncədə,  yeddinci  İmam  Musa  Kazımın  (ə)  qızı  Həkimə 
xanımın Bibiheybətdə, yenə İmam Kazımın (ə) bir başqa qızı Rəhimə 
xanımın  Nardaranda  dəfn  olunması  bu  xalqda  olan  Əhli-beyt 
sevgisinin parlaq təzahürüdür. 
Əhli-beyt  ailəsindən  olan  bu  pak  insanlar  dövrün  siyasi 
təzyiqindən  xilas  olmaq  üçün  Azərbaycana  gəlmişlər.  Onların 
Azərbaycana  pənah  gətirməsi  təsadüfi  deyildir.  Yardımsevər 
Azərbaycan  xalqı  onları tək qoymamış, mühacirə kömək edən ənsar 
kimi onlara ehtiram göstərərək bağrına basmışdır. Tarix boyu var olan 
bu gözəl ənənə bu gün də Azərbaycan xalqı tərəfindən davam etdirilir. 
Azərbaycan xalqının Əhli-beyt sevgisi tarixi köklərindən gələn 
inancından  qaynaqlanır.  Məlum  olduğu  kimi,  bu  torpaqlarda  İslam 
üçüncü  xəlifə  Osman  ibn  Əffan  zamanında  yayılmağa  başlamış  və 
Həzrət  Əlinin  (ə)  xilafəti  dövründə  Dərbəndə  qədər  fəthlər 



Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   324   325   326   327   328   329   330   331   ...   344




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə