Qafqaz müSƏlmanlari idarəSİ


Azərbaycan və Əhli-beyt irsi



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə331/344
tarix17.05.2022
ölçüsü2,33 Mb.
#87132
1   ...   327   328   329   330   331   332   333   334   ...   344
Azerbaycanda-Ehlibeyt-irsi

Azərbaycan və Əhli-beyt irsi 
 
 
290 
Biz bunu Əli xan Şirvanşirin öz dilindən eşidirik. Şəriət dər-
sinin imtahanından bəhs edərkən belə deyir: “Onun əynində ipək kimi 
titrəyən bürüncək  və  Peyğəmbərin  (s)  varisi  olduğunu  göstərən  yaşıl 
qurşaq  var  idi.  Şagirdlərə  qarşı  onun  ürəyi  yumşaq  idi.  O,  məndən 
yalnız  kəlmeyi-şəhadəti  soruşdu  və  mən  cəsarətlə  bir  şiə  kimi 
“Allahdan başqa Rəbb yoxdur, Məhəmməd Onun Peyğəmbəridir (s), 
Əli  (ə)  də  Allahın  canişinidir”,  -  deyəndən  sonra  mənə  ən  yüksək 
qiyməti verib buraxdı”.
1
  
Bəli,  Əli  xan  Əhli-beyt  məktəbinə  mənsubdur.  Amma  diğər 
məzhəblərə  və  hətta  dinlərə  qarşı  tolerant  mövqe  nümayiş  etdirir. 
Əslində tolerantlıq tarix boyunca bu xalqın ayrılmaz parçası olmuşdur. 
Ancaq beş barmağın beşi də bir deyil. Əli xan və onun şəriət 
müəllimi  kimi  mötədillərin  yanında  Seyid  Mustafa  kimi  təəssübkeş 
insanlar  da  vardır.  Azərbaycanın  çətin  günündə  məzhəb  fərqliliyini 
gündəmə gətirərək ayrı-seçkiliyə yol verir: 
“Bir  işə  bax,  Əli  xan-dedi-Şiələr  sünni  xəlifənin  tərəfində 
vuruşurlar. Məgər Yezid Peyğəmbərin (s) nəvəsinin qanını tökməmiş-
dir?  Məgər  Müaviyə  Həzrəti  Əlini  (ə)  qətl  etdirmədimi?  Bəs 
Peyğəmbərin  (s)  varisi  kimdir?  Xəlifəmi,  yoxsa  damarlarında 
Peyğəmbər  (s)  qanı  axan  gözəgörünməz  əbədiyyət  imamı?  Yüz 
illərdən bəridir şiə kütləsi yas saxlayır, bizimlə kafirlərdən də betər olan 
bu  dönüklər  arasında  qan  axır.  Burada  şiə,  orada  sünni  və  onların 
arasında heç bir körpü yoxdur.  
Sultan Səlimin qırx min şiəni qılıncdan keçitrdiyi gündən heç 
də çox keçməmişdir. Bəs indi? Şiələr Peyğəmbərin (s) varisini məhv 
edən  xəlifə  üçün  vuruşurlar.  Məgər  hər  şey,  möminlərin  qanı, 
                                                 
1
 Qurban Səid. Əli və Nino. Bakı, “Şərq-Qərb”, 2004.
 



Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   327   328   329   330   331   332   333   334   ...   344




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə