Qafqaz müSƏlmanlari idarəSİ


Azərbaycan və Əhli-beyt irsi



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə333/344
tarix17.05.2022
ölçüsü2,33 Mb.
#87132
1   ...   329   330   331   332   333   334   335   336   ...   344
Azerbaycanda-Ehlibeyt-irsi

Azərbaycan və Əhli-beyt irsi 
 
 
292 
kəskin  fərqliliyə  baxmayaraq,  Əli  xan  Nino  ilə  evlənmək 
niyyətindədir.  Bəli, Əli xan vətənini və xalqını çox sevir. Yuxarıda da 
qeyd  etdiyimiz  kimi,  doğulub  boya-başa  çatdığı  Bakıda,  yaşadığı 
küçədə ölməyi arzulayır. Vətəni uğrunda canını verməyə hazırdır. Qısa 
müddətə Bakını tərk etmək məcburiyyətində qalsa da, yenidən vətənə 
qayıdır və öz əcdadlarının adət-ənənəsinə sadiq qalaraq Azərbaycanın 
müstəqilliyi uğrunda döyüşlərdə şəhid olur.  
“Əli  və  Nino”  romanı  bəhsi  keçən  dövrdə  Azərbaycan 
xalqının  milli-mənəvi  dəyərlərini əks etdirən  romandır.  Xüsusilə  baş 
qəhrəmanın  Əhli-beyt  məktəbinə  mənsub  olması  səbəbilə  burada 
xalqımızın Peyğəmbər (s) nəslinə sevgisi və onlara bağlılığı çox gözəl 
şəkildə işlənmişdir. 
Əhli-beytə  bağlı  olan  Azərbaycan  xalqının  qəlbində  İmam 
Hüseynin (ə) xüsusi  yeri vardır. Bu xalq İmam Hüseynin (ə) adı ilə 
bağlı  olduğu  üçün  məhərrəm  ayına  ramazan  və  zil-hiccə  ayı  kimi 
xüsusi  dəyər  verir.  Bu  ayda  ibadətlər  daha  da  çoxaldılır  və  duaların 
Allah  qatında  daha  çox  məqbul  olacağına  inanılır.  Romanda  Seyid 
Mustafa da Əli xana bunu tövsiyə edir: 
“Allaha  dua  etməlisən  ki,  sənə  bunun  üçün  qüvvət  versin. 
Gələn həftə məhərrəmlik başlayır. Məhərrəm ayında Allaha yalvarsan, 
o, mütləq sənə qüvvət verər”. 
İmamların 
“Bizi  vəfatımızdan  sonra  ziyarət  edənlər, 
sağlığımızda  ziyarət  etmiş  kimidir”
  hədisinə  sədaqətlə  əməl  etməyə 
çalışan Azərbaycan xalqı onları ziyarət edir, müqəddəs gördükləri bu 
məkanları  düşdükləri  çətinliklərdən  qurtulma,  xəstəliklərinə  şəfa, 
dərdlərinə  dəva  yeri  olaraq  görürlər.  Bu  xalq  sadəcə  Əhli-beyt 
mənsublarına deyil, eyni zamanda onun məzarını ziyarət edənlərə də 
xüsusi  hörmət  bəsləyir,  məclislərinin  baş  tərəfində  onlara  yer  verir, 



Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   329   330   331   332   333   334   335   336   ...   344




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə