Qafqaz müSƏlmanlari idarəSİ


Azərbaycan və Əhli-beyt irsi



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə335/344
tarix17.05.2022
ölçüsü2,33 Mb.
#87132
1   ...   331   332   333   334   335   336   337   338   ...   344
Azerbaycanda-Ehlibeyt-irsi

Azərbaycan və Əhli-beyt irsi 
 
 
294 
keçən  Seyid  Mustafanın  “Babası  da  müqəddəs  Məşhəd  şəhərində 
İmam Rzanın (ə) qəbri başında tanınmış alim idi”. 
İmam  Rzanın  (ə)  Allah  dərgahında  sahib  olduğu  yüksək 
dərəcə sayəsində onu sevənlər həm qəbrini ziyarət edir, həm də orada 
müşküllərin həlli üçün Uca Yaradana yalvarır, imamdan problemlərin 
həlli üçün vəsilə olmasını təmənna edirlər. Əli xanın əmisi Əsəd əd-
Dövlətin uşağı olmayan xanımının xəstəliyinin şəfası üçün etdiyi kimi. 
Azərbaycan xalqının Əhli-beyt və o cümlədən İmam Hüseyn 
(ə)  sevgisinin  bir  başqa  təzahür  forması  isə  onların  yanlarında  dəfn 
olunmaq istəmələridir.  
Kərbəlada  çətin  vaxtında  İmam  Hüseynin  (ə)  yanında  ola 
bilməyən  və  sevgisini  qəlbində  daşıyan  Əhli-beyt  tərəfdarları,  heç 
olmazsa  vəfat  etdikdən  sonra  onların  yanında  olmağı  arzulayırlar. 
Harada  vəfat  etmələrinə  baxmayaraq,  vəsiyyətinə  əməl  edərək  öz 
ölülərini  Kərbəlada  İmam  Hüseynin  (ə)  məzarına  yaxın  yerdə  dəfn 
etmək  istəyirlər.  Bu  ənənə  Azərbaycan  xalqında  da  vardır.  “Əli  və 
Nino”  romanında  bu  ənənəyə  də  şahid  oluruq.  Romanın  baş 
qəhrəmanı Əli gördüyü mənzərəni belə təsvir edir: 
“Maşın  dayandı.  Dəvələrin  omuzlarındakı  yük  cəsədlər  idi. 
Onların  sayı  yüz,  iki  yüz  idi  və  meyitlər  qara  parçaya  bükülmüşdü. 
Dəvələr  ağır  yerişlə  yanımızdan  keçirdilər.  Bu  karvan  öz  yükünü 
səhralardan və dalğalardan dənizlərin qırağındakı yamyaşıl vadilərdən 
keçirirdi.  Lap uzaqda, qərbdə türk sərhədində dəvələr diz çökəcəklər 
və qırmızı fəsli məmurlar meyitlərə əl vurub yoxladıqdan sonra karvan 
yenə yola düzəlib ta müqəddəs Kərbəla şəhərinin günbəzlərinə qədər 
məsafəni  qət  edəcəkdi.  Karvan  İmam  Hüseynin  (ə)  məzarına  çatıb 
dayanmalı idi. Orada qayğıkeş əllər meyitləri qəbrə qoyacaqlar ki, baş 
məlaikənin  şeypur  səsi  onları  əbədiyyət  yuxusundan  oyadana  kimi 



Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   331   332   333   334   335   336   337   338   ...   344




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə