Qafqaz müSƏlmanlari idarəSİ



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə332/344
tarix17.05.2022
ölçüsü2,33 Mb.
#87132
1   ...   328   329   330   331   332   333   334   335   ...   344
Azerbaycanda-Ehlibeyt-irsi

Məqalələr toplusu 
 
 
291 
imamların  sirli  ölümləri  yaddan  çıxmışdır?  Burada,  şiə  şəhərində 
insanlar oturub sünnilərin gəlməsini gözləyirlər”. 
Həzrət Peyğəmbərdən (s) sonra Həzrət Əli (ə) və onun on bir 
övladının imamətinə inananlara “şiə” deyilir. Azərbaycanda şiəliyin ilk 
izlərinə  Hülakülərin  hakimiyyəti  illərində  rast  gəlinir.  İslamı  qəbul 
edən  Qazan  xanın  (1295-1304),  eyni  zamanda  şiəliyi  seçdiyi  bəzi 
mənbələrdə  qeyd  olunur.  Xələfi  Olcaytu  zamanında  isə  şiəlik 
Azərbaycanda  sürətlə  inkişaf  etməyə  başladı.  Şiəliyin  Azərbaycanda 
kütləvi olaraq yayılması Səfəvilər dövrünə təsadüf edir.  
Tolerantlığı ilə seçilən Azərbaycan xalqı fərqli düşüncəyə və 
düşüncə  sahiblərinə  hörmətlə  yanaşmış,  birlikdə  yaşamağın 
mümkünlüyünü hər zaman nümayiş etdirmişdir. Müəyyən dövrlərdə 
bəzi  hadisələri  istisna  etsək,  İslam  tarixi  boyunca  Azərbaycanda 
məzhəb  probleminin  olmadığını  deyə  bilərik.  İslamın  fərqli 
məzhəblərinə mənsub müsəlmanlar bu torpaqlarda inanclarını azad bir 
şəkildə yaşamışlar. Bu ənənə günümüzdə də davam edir.  
Romanın baş qəhrəmanı Əli xan Şirvanşir vətənini, torpağını, 
xalqını  və  doğulub-böyüdüyü  Bakısını  çox  sevir.  Eyni  zamanda 
əqidəsinə bağlı insandır:  
“Şəhərimiz  sayısız-hesabsız  sirlər  şəhəridir.  Onun  künc-
bucaqları qəribə möcüzələrlə doludur. Mən bu möcüzələri, bu künc-
bucaqları,  gecələr  uğuldayan  qaranlığı  və  günorta  çağı  məscidin 
həyətindəki səssiz pıçıltıları sevirəm. Allah mənə şiə təriqətinə, İmam 
Cəfər  (ə)  təriqətinə  mənsub  bir  insan  kimi  burada  dünyaya  gəlməyə 
imkan  vermişdir.  Əgər  O,  mənə  mərhəmət  göstərirsə,  qoy  imkan 
versin ki, elə burada, eyni küçədə doğulduğum eyni evdə ölüm”. 
Şərqli-müsəlman  Əli  xan  Şirvanşir  gürcü  qızı  xaçpərəst 
Ninoya aşiqdir. Nino isə avropalı olmağa üstünlük verir. Aralarındakı 



Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   328   329   330   331   332   333   334   335   ...   344




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə