Qafqaz müSƏlmanlari idarəSİ


Azərbaycan və Əhli-beyt irsi



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə329/344
tarix17.05.2022
ölçüsü2,33 Mb.
#87132
1   ...   325   326   327   328   329   330   331   332   ...   344
Azerbaycanda-Ehlibeyt-irsi

Azərbaycan və Əhli-beyt irsi 
 
 
288 
tamamlanmışdır.  Beləliklə  Azərbaycan  başdan-başa  İslamı  qəbul 
etmişdir.  İslam  orduları tərəfindən  fəth olunduqdan  sonra  bu  torpaq-
ların  insanları  yeni  dini  qəbul  etmiş,  sonrakı  həyatlarını  bu  dinin 
göstərdiyi  şəkildə  davam  etdirməyə  çalışmışlar.  Bu  dinin  qayda  və 
qanunlarını  düstur  kimi  götürmüş  və  Uca  İslam  Peyğəmbərinin  (s) 
gətirdiyi  təlimlərə  bağlı  qalmağa  çalışmışlar.  Beləliklə,  İslam  dini 
Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin formalaşmasında əsas 
amilə çevrilmişdir. 
İslam dininin təlimlərinə bağlı qalmağa, Həzrət Peyğəmbərin 
(s) göstərişlərinə əməl etməyə çalışan Azərbaycan xalqında  yuxarıda 
qeyd  etdiyimiz  hədislə  yanaşı,  Əhli-beyt  haqqında  nəql  olunan 
çoxsaylı rəvayətlər, Allahın Rəsulunun (s) pak ailəsinə qarşı sevgi və 
məhəbbət meydana gətirmişdir. Əhli-beyt sevgisi Azərbaycan xalqının 
həyatının demək olar ki, hər sahəsində özünə yer tapmışdır. 
Azərbaycan ədəbiyyatı da bu haldan istisna deyildir. Məşhur 
Azərbaycan  şairləri  və  yazıçıları  Əhli-beyt  haqqında  əsərlər  qələmə 
almış, onları mədh etmişlər. 
Məsələn,  Azərbaycanın  dünya  şöhrətli  şairi  Məhəmməd 
Füzuli  (1483-1556)  “Hədiqətüs-süəda”  əsərini  İmam  Hüseyn  (ə)  və 
Kərbəla  hadisəsinə  həsr  etmişdir.  XIX  əsrdə  Molla  Məhəmməd 
Naxçıvani (1852-?) “Sihabud-dumu” (Ağlayan buludlar) adlı üç cildik 
əsərinin  “Qurrətul-əbrar  və  Durrətul-əbrar”  adlanan  birinci  cildini 
Həzrət  Peyğəmbər  (s)  və  Əhli-beytdən  bəhs  olunmuşdur. 
Azərbaycanın böyük şairi Məhəmmədhüseyn Şəhriyar (1906-1988) da 
əsərlərində  Əhli-beytə  geniş  yer  ayırmışdır.  Onun  “Əli  ey  Humayi 
Rəhmət”  şeiri  dillərdə  dastan  olmuşdur.  Bu  səbəbdəndir  ki,  Şəhriyar 
Əhli-beyt şairi olaraq bilinir. Müasir Azərbaycan şair və yazıçıları da 
əsərlərində  Əhli-beytə  yer  verirlər.  Əhli-beyt  motivləri  ilə 



Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   325   326   327   328   329   330   331   332   ...   344




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə