Qafqaz müSƏlmanlari idarəSİ



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə330/344
tarix17.05.2022
ölçüsü2,33 Mb.
#87132
1   ...   326   327   328   329   330   331   332   333   ...   344
Azerbaycanda-Ehlibeyt-irsi

Məqalələr toplusu 
 
 
289 
qarşılaşdığımız  əsərlərdən  biri  də  “Əli  və  Nino”  romanıdır.  Qurban 
Səid  tərəfindən  qələmə  alınan  bu  romanda  XX  əsrin  əvvəllərindəki 
Azərbaycan təsvir olunur. Burada Azərbaycan xalqının bir çox cəhəti 
ilə birlikdə milli-mənəvi dəyərləri də geniş əksini tapmışdır. 
Hər  şeydən  əvvəl  onu  qeyd  edək  ki,  romanda  bəhs  olunan 
hadisələr  Azərbaycan  tarixinin  önəmli  səhifələrindəndir.  Bu  dövrdə 
Azərbaycan Türkmənçay müqaviləsi (1828) ilə iki hissəyə bölünmüş, 
şimal hissəsi Rusiya İmperiyasının, cənub hissəsi isə İranın nəzarətinə 
keçmişdi.  
Cənubi  Azərbaycan  Şərq  adət-ənənələrinə  bağlıdır  və  milli-
mənəvi dəyərlərini yaşatmağa davam edir. Şimali Azərbaycan isə Şərq 
və  Qərb  mədəniyyətinin  mübarizə  meydanına  çevrilmiş,  bəziləri  bu 
torpaqları  Avropaya  aid  bilir,  digərləri  isə  şərqli  olaraq  qalmağa 
üstünlük verir. 
Bir çox azərbaycanlı ailə kimi romanın baş qəhrəmanı Əli xan 
Şirvanşirin mənsub olduğu Şirvanşir ailəsinin də bir  hissəsi  şimalda, 
digər hissəsi isə cənubda qalmışdır.  
Yenə  bu  dövrdə  Şərqin  ilk  demokratik  respublikası  olan 
Azərbaycan  Demokratik  Respublikası  qurulmuş,  iki  illik  qısa 
ömründən sonra ruslar tərəfindən işğal edilmişdir. 
Romanın baş qəhrəmanı Əli xan Şirvanşir rus gimnaziyasında 
oxuyur. Bununla birlikdə o, şərqlidir və Şərq adət-ənənəsinə bağlıdır. 
Qərb yönümlü təhsil alsa da, rus məktəbində oxusa da, özünü Şərqə 
aid bilir və bunu hər yerdə dilə gətirməkdən çəkinmir. 
Əli  xanın  ailəsi  mühafizəkar  müsəlmandır.  Bu  ailə,  eyni 
zamanda Əhli-beyt məzhəbinə mənsubdur. Əlinin atası bunu oğluna 
“...Məhəmmədin  (s)    imanını  və  İmam  Cəfər  (ə)  təriqətinin  şiəlik 
təməllərini heç vaxt yaddan çıxartma”, - deyərək xatırladır. 



Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   326   327   328   329   330   331   332   333   ...   344




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə